Colidaza

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Colidaza

Colidaza

Köp əleyhinə 100% təbii vasitə

T ərkibi: Hər 5 ml şərbətin tərkibində vardır:

Aptek çobanyastığı (Matricaria chamomilla) efir yağı……………………..2 mkq

Adi razyana (Foeniculum vulgare) efir yağı……………………………………3 mkq

Nanə (Mentha) efir yağı……………………………………………………………….3 mkq

Adi cirə (Cuminum cyminum) efir yağı………………………………………….3 mkq

Laktaza (Lactase)…………………………………………………………………………25 mq

Lactobacillus plantarum, Lactobacillus acidophilus, Bifidobacterium bifidum,

Bifidobacterium infantis………………………………………..4 x 109 KƏV*

KƏV – Koloniya Əmələ gətirən Vahid

Colidaza şərbət – yenidoğulmuş körpələr üçün nəzərdə tutulmuş təbii tərkibli kombinəolunmuş köp əleyhinə preparat olub, qazqovucu təsir göstərir.

Aptek çobanyastığı güclü antiseptik, ağrıkəsici, iltihabəleyhinə, spazmolitik təsirləri hesabına bağırsaq sancısını və meteorizmi aradan qaldırır, dispeptik halların yaranmasının qarşısını alır.

İştahanı artırır, mədə-bağırsaq sekresiyasını və həzmi yaxşılaşdırır.

Adi razyana iltihabəleyhinə, bakterisid, qazqovucu, ağrıkəsici, spazmolitik və yüngül işlədici təsir göstərir. Həzm sisteminə təsir etməklə qəbizliyi və meteorizmi aradan qaldırır. Həmçinin, qaraciyərin toksiki zədələnməsi zamanı hepatoprotektor təsir göstərir. Həzm vəzilərinin və bağırsaqların motor funksiyasını tənzimləyir, qazların orqanizmdən xaric olmasını təmin edir.

Nanə iltihabəleyhinə, antiseptik, qazqovucu və spazmolitik təsir göstərir.

Adi cirə mədə-bağırsaq traktının funksiyasını normallaşdırır, həzm prosesini stimulə etməklə qazın əmələ gəlməsinin qarşısını alır. Bağırsaq divarının spazmını azaltmaqla peristaltikanı normallaşdırır. Mədə-bağırsaq traktının sekretor funksiyasını artıraraq zəif işlədici təsir göstərir.

Laktaza yüksək aktivliyə malik fermentdir. Laktaza çatışmazlığı laktoza dözümsüzlüyünə səbəb olur. Laktaza südün tərkibində olan laktoza disaxaridini hidroliz edir.

Lactobacillus plantarum, Lactobacillus acidophilus, Bifidobacterium bifidum, Bifidobacterium infantisqıcqırma-çürümə prosesləri zamanı bağırsaq mənfəzində zəhərli qazların toplanmasının qarşısını alır, bağırsaqlarda turş mühit yaradaraq patogen və şərti-patogen mikroorqanizmlərin inkişafı üçün əlverişsiz şərait yaradırlar. Bağırsağın epitel hüceyrələrinin membranını stabilləşdirməklə elektrolitlərin, vitaminlərin (B1, B2, B6, B12, K, E, PP, C, D), dəmir və kalsiumun sorulmasını sürətləndirirlər. Həmçinin süd məhsullarının mənimsənilməsində, meteorizmin aradan qaldırılmasında əhəmiyyətli rol oynayırlar.

Uşaqlarda qida qəbulundan sonra gəyirmə və qusma;

-Köp və sancı;

-Aerofagiya;

-Spastik kolit.

Vasitənin hər hansı bir tərkibinə qarşı individual həssaslığın olması, mədə-bağırsaq qanaxmaları, hipoasid qastrit, “kəskin qarın”

Uşaqların əli çatmayan quru və sərin yerdə saxlamaq lazımdır. Flakon açıldıqdan sonra soyuducuda saxlamaq şərti ilə bir ay müddətində istifadəyə yararlıdır.

0 – 6 aya qədər uşaqlar – 5 ml gündə 2 – 4 dəfə;

7 ay – 2 yaş arası uşaqlar – 10 ml gündə 2 – 4 dəfə;

2 yaşdan böyük uşaqlar – 15 ml gündə 2 – 4 dəfə.

100 ml şərbət flakonda, stəkan-dozator və təlimat vərəqəsi ilə birlikdə karton qutuya qablaşdırılmışdır.

Pharmex Rom Industry

Crizantemelor 1, Mogosoaia-Ilfov

Romania.

Azərbaycanda rəsmi distributor: AZƏRİMED şirkətidir

Spelling error report

The following text will be sent to our editors: