ÇOBANYASTIĞI ÇİÇƏYİ

Ticari adı

ÇOBANYASTIĞI ÇİÇƏYİ

ÇOBANYASTIĞI ÇİÇƏYİ
  • Yüngül həzm pozulmalarında, qarın boşluğu spazmlarında, köp (meteorizm) olduqda daxilə qəbul edilir və ya imalə şəklində istifadə olunur. Düz bağırsaq çatları və ya babasil zamanı isə çobanyastığı dəmləməsi ilə sağrı nahiyəsi yuyulur və ya isti vanna da etmək olar.
  • Tonzillit (angina), stomatit, faringitlər zamanı çobanyastığı çayının dəmləmsi ilə qarqara etmək lazımdır. Qulaq-burun-boğaz xəstəlikləri zamanı çobanyastığı çayının dəmləməsi 1 paket 1 stəkan (200 ml) isti suda dəmləyib içmək lazımdır. 2 paket 2 stəkan (400 ml) isti suda dəmləyib başı aşağı əyib 15-20 dəqiqə  buxarla tənəffüs etmək vacibdir.
  • Dəridə yüngül iltihab və ya qıcıqlanma olduqda xaricə təpitmə (kompres) şəklində istifadə olunur.
  • Ginekoloji xəstəliklər zamanı şırınqa üsulu ilə uşaqlıq yoluna həftədə 2 dəfə yeritmək lazımdır. Uşaqlıq yoluna vannalar və təpitmələr şəklində də istifadə etmək olar.
  • Pediatriya: Daxilə qəbul etmək, yuyunmaq, imalə etmək, buxarla tənəffüs, vannalar, təpitmələr, duş qəbul etmək – bütün bu üsullar pediatriyada geniş istifadə olunur!
  • Sinirləri sakitləşdirmək lazım olanda da Herbapol çobanyastığı çayı köməyimizə çatır.Yatmazdan əvvəl bir stəkan çobanyastığı çayı rahat yuxu təmin etməyə kömək edər.

Lazımı sayda paketin üzərinə lazımı miqdar su (1 filtr-bağlama + 200 ml su olmaqla) əlavə edilərək, 5-8 dəqiqə dəmlənir otaq temperaturunda soyutduqdan sonra istifadə edilir.

  • Ø Daxilə qəbul:   1 filtr-bağlama istifadə edilir.
  • Ø İmalə üçün:     5 filtr-bağlama istifadə edilir.
  • Ø Qarqara üçün: 1 filtr-bağlama istifadə edilir.
  • Ø Vanna üçün:    2 – 3  filtr-bağlama istifadə edilir.
  • Ø Təpitmə üçün: 1 filtr-bağlama istifadə edilir.
  • Ø Buxarla tənəffüs (15-20 dəqiqə): 2 filtr-bağlama istifadə edilir.
  • Ø Şırnaq üsulu ilə (uşaqlıq yoluna): 1 filtr-bağlama istifadə edilir.
  • Ø Yuyunmaq üçün: 2 filtr-bağlama istifadə edilir.