CARE-H damcı

Ticari adı

CARE-H damcı

CARE-H damcı

Hər 1 ml məhlulun tərkibində vardır:

Təsiredici maddə: 500 mq levokarnitin

Köməkçi maddələr: Limon turşusu, Kalium-sorbat, Portağal dadlandırıcı, metil hidroksibenzoat, sukraloza, təmizlənmiş su.

L-karnitin (levokarnitin) vitaminəbənzər maddədir. B qrup vitaminlərinə bənzər quruluşa malikdir. Uzunzəncirli yağ turşularının mitoxondriyaların membranından keçərək oksidləşməsində və asetil-KoA-nın (qlükoneogenez prosesində piruvatkarboksilazanın aktivliyini, keton cisimciklərinin əmələ gəlməsini, xolin və onun efirlərinin sintezini, oksidləşdirici fosforlaşmanı və ATF-in yaranmasını təmin edən vacib maddə) əmələ gəlməsində iştirak edir.

Quruluşunda üç labil metil qrupunun olması hesabına yağ depolarından yağları mobilləşdirir. L-karnitin hipoksiya zamanı qlükozanı sıxışdırır və yağ turşularının oksigendən asılı olmayan metabolizminə yol açır, buna görə də beyin hipoksiyasında və digər bənzər vəziyyətlərdə effektivdir. Həzm şirələrinin sekresiyasını və fermentativ aktivliyini artırır. Qidanın mənimsənilməsini yaxşılaşdırır və iştahanı artırır. Artıq bədən çəkisini və əzələlərdəki yağların miqdarını azaldır. L-karnitin qaraciyərdə və əzələlərdə qlikogen ehtiyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir. Neyrotrofik təsir göstərir, apoptozun qarşısını alır, zədələnmiş zonanı məhdudlaşdırır. L-karnitin zəif inkişaf edən və yarımçıqdoğulmuş uşaqların normal fiziki inkişafını təmin edir. Terapevtik konsentrasiyası qanda 9 saat saxlanılır. Qaraciyərə və miokarda sürətlə, əzələlərə isə ləng keçir. Əsasən efirlər şəklində böyrəklərlə xaric olur.

Yenidoğulmuşların hipoksiya və hipotrofiyası;
Doğuş travması, asfiksiya;
Beyin qan dövranı pozğunluqları: dissirkulyator ensefalopatiya, baş beynin müxtəlif növ travmatik və toksik zədələnmələri;
İştahanın zəifləməsi və ümumi zəiflik, anoreksiya;
Respirator distress-sindrom;
Xronik pankreatit;
Uşaq serebral iflicləri, hipoksiya ilə müşahidə olunan ürək qüsurları;
Revmatizm, miokardit;
Nevrit, nevralgiya;
Şəkərli diabet, hipotireoz;
Psoriaz, seboreya, sklerodermiyanın dəri forması;
Uşaqlar və 16 yaşına qədər yeniyetmələrdə bədən çəkisinin defisiti, boy artımının və əqli inkişafın ləngiməsi

Vasitənin komponentlərinə qarşı yüksək həssaslıq.

Yenidoğulmuşlara: 4 damcı gündə 2 dəfə;

1 yaşa qədər uşaqlara: 6 damcı gündə 2 dəfə;

1-3 yaş arası uşaqlara: 8 damcı gündə 2 dəfə;

3-6 yaş arası uşaqlara: 10 damcı gündə 2 dəfə;

6-12 yaş arası uşaqlara: 12-18 damcı gündə 2 dəfə;

Böyüklər: 20 damcı gündə 2 dəfə.

Vasitə yeməkdən 30-40 dəq. əvvəl qəbul edilir.

Yüksək dozalarda istifadə olunduqda belə, heç bir toksik təsir müşahidə edilməmişdir.

Digər preparatlarla qarşılıqlı təsiri müəyyən olunmamışdır.

Preparat hamiləlik və laktasiya dövründə yalnız həkimin təyinatı ilə istifadə oluna bilər

Nadir hallarda yüngül mədə-bağırsaq pozğunluqları (ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, diareya) müşahidə oluna bilər.

Şüşə flakonda, 30 ml məhlul

25°C-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.

Biofaktor Sp.z o.o, Polşa