BRONXOBRYU DEKSTRO

Ticari adı

BRONXOBRYU DEKSTRO

BRONXOBRYU DEKSTRO

Öskürəkəleyhinə və bəlğəmgətirici vasitə

Tərkibi:

1 ml siropun tərkibində var: 10 mq qvayfenizin və 1,5 mq dekstrometorfan hidrobromid.

Öskürək əleyhinə təsir edən və ekspektorantlar.

Preparatın tərkibinə daxil olan əsas aktiv maddələr qvayfenizin və dekstrometorfandır.

Qvayfenizin – mukolitik və bəlğəmgətirici maddədir. Bəlgəmi yumşaldaraq xaric edilməsini aktivləşdirir və öskürək tutmalarını azaldır. Dekstrometorfan – mərkəzi təsirli öskürək əleyhinə maddədir. Dekstrometorfan oskürək mərkəzinə təsir göstərərək öskürəyi aradan qaldırır.

Yuxarı tənəffüs orqanlarının kəskin infeksiyası nəticəsində olan öskürəyin simptomatik müalicəsi;

– Yuxarı tənəffüs orqanlarının fəsadsız infeksiyaları nəticəsində meyadana çıxan öskürəyin simptomatik müalicəsi;

– Ağciyərin xroniki obstruktiv xəstəlikləri, o cümlədən xroniki bronxit nəticəsində olan öskürəyin simptomatik müalicəsi;

– Astma və postnazal şişkinliyi ilə əlaqədar öskürəyin simptomatik müalicəsi;

– Öskürək tezliyinin və səs təzyiqinin səviyyəsinin azaltmaq məqsədilə.

Bronxobru Dekstro siropu tərkibində monoaminoksidaza inhibitorları olan preparatlar qəbul edən, bəlğəmli davamlı öskürəkdən əziyyət çəkən xəstələrə təyin edilməməlidir.

Preparatın tərkibindəki hər hansı bir inqridiyentə həssaslıgı olan xəstələrə təyini məsləhət deyil.

Qvayfenizin və dekstrometorfanın ana südünə nüfuz etməsi haqqında heç bir məlumat olmadığına görə preparat hamiləlik və laktasiya zamanı qəbul edilməməlidir: preparatın potensial kliniki effektivliyi yalnız potensial təhlükə riskindən üstun olduğu hallarda istifadə edilməlidir.

4 – 6 yaşlı uşaqlar: 2,5 ml gündə 3-4 dəfə.

6 – 12 yaşlı uşaqlar: 10 ml gündə 3-4 dəfə.

12 yaşdan yuxarı uşaqlar və böyüklər: 15-20 ml hər 6-8 saatdan bir.

Öskürəyin azalması üçün preperatın bir dozasını qəbul etmək kifayətdir.

Xroniki öskürəyin müalicəsi zamanı preparat 1 həftədən çox qəbul edilməlidir.

Nadir hallarda olsa da prepartın qəbul edilməsi zamanı aşağıdakı əlavə təsirlər müşahidə edilə bilər: allergik reaksiya, başgicəllənmə, baş ağrıları və psixotik hallar (məsələn, depressiya, hallusinasiya), kserostomiya (ağızda quruluq hissi), ürəkbulanma, öyümə, diareya, qarın nahiyəsində ağrılar, dəridə səpki və ya məxmərək (urtikar səpki), bradikardiya, hipotenziya

İşıqdan qorunmaqla 15 – 25ºС temperaturlu şəraitdə və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Reseptsiz buraxılır.

BRUPHARMEXPORT Belçika