Bromoliks

Ticari adı

Bromoliks

Bromoliks

Təsiredici maddə: 1 ml şərbətin tərkibində 0.8 mq bromheksin –hidroxlorid vardı

Öskürəkəleyhinə və bəlğəmgətirci preparat.

Preparat mukolitik (sekretolitik) və bəlğəmgətirici təsir göstərir. Preparat sekretin həm tərkibinə, həm də bronx epitelində qlikoproteidlərin sintezinə təsir göstərir. Zəif iltihab əlehinədə təsir göstərir. Bəlğəmin özüllüyünü və elastikliyini azaldaraq, xaric olmasını asanlaşdırır. Daxili surfaktantın sintezini artırır, tənəffüs prosesində alveolların stabilliyini təmin edir. Preparat öz təsirini müalicəyə başlayandan 2-5 gün sonra özünü göstərir.

Daxilə qəbuldan 30 dəqiqə sonra preparatın demək olarki hamısı (99%) mədə-bağırsaq traktından asanlıqla sovrulur. Biomənimsənilməsi 20%-dir. Plasentar baryeri və HEB – i keçir. Uzunmüddətli istifadə zamanı kumulyasiyaya səbəb ola bilər. T1/2 – 15 saatdır. Böyrəklərlə xaric olur.

Tənəffüs sistemi xəstəlikləri:

Traxeobronxit;
Kəskin bronxoektazaynan nəticələnən müxtəlif etiologiyalı bronxitlər;
Bronxial astma;
Ağciyərlərin vərəmi;
Pnevmoniya;
Mukovisidoz.

Şərbət, 4mq/5 ml(5 ml=1 çay qaşığı)

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə 10 ml (2 çay qaşığı)
6-12 yaşda uşaqlar : gündə 3 dəfə 5 ml (1 çay qaşığı)
2-6 yaşda uşaqlar: gündə 3 dəfə 2.5 ml(1/2 çay qaşığı)
2 yaşdan kiçik uşaqlar: gündə 3 dəfə 1.25 ml(1/4 çay qaşığı)

Bromheksinə və preparatın hər hansı komponentinə qarşı həssaslıq.

Portuqaliya Labaratorios Basi-İndustria Farmaseutica