BONAKSİM 500

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

BONAKSİM 500

BONAKSİM 500

Bonaksim geniş təsir spektrinə malik antibiotik olub, müxtəlif mənşəli infeksiyaların və bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Tərkibi: Sefotaksim 0,5 qr və 1 qr

Yarımsintetik antibiotik olub, III nəsil sefalosporin qrupuna aiddir.

BONAKSİM antibakterial təsirə malikdir. BONAKSİM yarımsintetik antibiotik olub, III nəsil sefalosporin qrupuna aiddir. Təsir mexanizmi transpeptidaza fermentinin aktivliyini ləngidərək, peptidoqlikanda olan polimerazanı blokada edir, mikroorqanizmlərin hüceyrə divarınında mukopeptidin biosintezini pozur. Bakterisid təsir göstərir. β-laktamaza fermentinə davamlıdır. Qrammüsbət və qrammənfi mikroorqanizmlərə təsir göstərir: Staphylococcus aureus, Staphylococcus epidermidis, Enterococcus spp., Streptococcus pneumoniae (əsasən Diplococcus pneumoniae), Streptococcus pyogenes (beta-hemolitik streptokokklar A qrupu), Streptococcus agalactiae (B qrup streptokokklar), Bacillus subtilis, Corinebacterium diphtheriae, Erysipelothrix insidiosa, Eubacterium, Enterobacter aerogenes, Enterobacter cloacae, Escherichia coli, Haemophilus influenzae, o cümlədən ampisillinə həssas ştamlar, Haemophilus parainfluenzae, Klebsiella oxytoca, Klebsiella pneumoniae, Morganella morganii, Neisseria meningitidis, Neisseria gonorrhoeae, o cümlədən penisillinaza istehsal edənlər, Propionibacterium, Proteus mirabilis, Proteus vulgaris, Proteus inconstans, Serratia spp., Veillonella, Yersinia, Bordetella pertussis, Moraxella, Aeromonas hydrophilia, Fusobacterium, Bacteroides spp., Clostridium species, Peptostreptococcus species, Peptococcus spp. Pseudomonas aeruginosa, Acinetobacter, Helicobacter pylori, Bacteroides fragilis, Clostridium difficile kimi ştamlara da təsir göstərir. Pensillinə, I və II nəsil sefalosporinlər və aminoqlikozidlərə davamlı multirezistent ştamlara təsir göstərir

Biomənimsənilmə: əzələ daxilinə yeridildikdən sonra maksimal konsentrasiya 30 dəq çatır. Sefotaksim çox rahatlıqla orqanizmin toxuma və mayelərinə keçir. Qanın plazmasıyla 25-40% birləşir. 90%-ə qədəri sidiklə ifraz olunur: 60-70 % dəyişilməmiş şəkildə, 20-30 % isə aktiv metabolitlər şəklində, onun 15-25 % əsas metabolit olan dezasetilsefotaksim şəklində orqanizmdən xaric olur. Az miqdarda ödlə xaric olur. Yarım parçalanma dövrü 1,2 saatdır. Yeni doğulmuşlarda yarımparçalanma dövrü 3 – 6 saat arasıdır. Plazma zülalları ilə (xüsusən albuminlə) 25-40%-i birləşir. BONAKSİM plasentar baryeri kecir

Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları (tonzillit, otit, sinusit, bronxit, traxeit, pnevmoniya və s.)
Sidik-cinsiyyət yollarının infeksiyaları (pielonefrit, sistit, uretrit, oofarit, salpingit, endometrit)
Xolesistit, xolangit
Dəri və yumşaq toxumaların infeksiyaları (qızıl yel, piodermiya)
Qonoreya
Sümük və oynaqların infeksiyaları (bursit, osteomielit)
İntraabdominal infeksiyalar (pankreatit, peritonit)
Cərrahi əməliyyatlardan əvvəl və sonra profilaktika və ya müalicə məqsədilə
Revmatizm
Sepsis (septik endokardit)
Bakteriemiya
Meningit

Bonaksim ə/d və v/d istifadə olunur.

V/D: 1 qr 4 ml steril mayedə həll edilir və asta-asta 3-5 dəq. ərzində yeridilir.
V/D damcı üsulu ilə: 2 qr preparatı 100 ml izotonik məhlul NaCl və ya 5 % qlükozada həll edilir və 50-60 dəq. ərzində yeridilir.
Hazırlanan məhlul 24 saat ərzində soyuducuda və 12 saat 25 C dərəcə temperaturda saxlanıla bilər.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar:
Kəskinləşməmiş infeksiyalar: 1-2 qr 12 saatdan bir
Orta ağırlıqlı infeksiyalar: 1-2 qr 8 saatdan bir
Ağır infeksiyalar: 2 qr 4,6,8 saatdan bir.
Maksimal sutkalıq doza 12 qr-dan çox olmamalıdır.
1 aydan 12 yaşa qədər uşaqlar: (50 kq-dan çox olan bədən çəkisi olanlar): 50-180 mq/kq/sut ə/d və ya v/d
Yenidoğulmuşlar (1 – 4 həftəyə qədər): 75-150 mq/kq çəkiyə 8 saatdan bir.
Yenidoğulmuşlar (7 günə qədər): 50-100 mq/kq çəkiyə 12 saatdan bir
Yarımçıq doğulan uşaqlar: sutkalıq doza 50 mq/kq artıq olmamalıdır.

Sefalosporinlərə qarşı yüksək həssaslıq, lidokainin istifadəsi zamanı bəzi əks-göstərişləri nəzərə almaq lazımdır: ağır ürək çatışmazlığı, vena daxili yeridilmə, lidokainə qarşı yüksək həssaslıq.

Hamiləlik zamanı və süd vermə dövründə məsləhət görülmür.

BONAKSİM 0,5 qr + lidokain 1 % 2 ml

BONAKSİM 1 qr + lidokain 1 % 4 ml

SLOVPHARM – SLOVENİYA.

Azərbaycanda rəsmi distributor: AZERİMED

Spelling error report

The following text will be sent to our editors: