BOMBİKS sirop

Ticari adı

BOMBİKS sirop

BOMBİKS sirop

Vitamin A – 900 BV

Vitamin D3 – 100BV

Vitamin B1 – 1 mg

Vitamin B2 – 1 mg

Vitamin B6 – 0,6 mg

Nikotinamid (PP) – 5 mg

Vitamin C – 50 mg

D-pantenol – 2 mg

Metabolik proseslərə təsir göstərən praparat.Polivitamin kompleksi.

Bombyx siropu vitamin kompleksidir.Vitaminlər orqanizmdəmetabolik proseslər üçün vacib faktorlardır.Orqanizmin inkişaf və böyüməsinə,sağlamlığın möhkəmlənməsi üçün lazımdır.

Vitamin A – müxtəlif maddələrin sintezində iştirak edir (zülal,lipid,mukopolisaxarid) və dərinin,selikli qişanın normal funksiyasını təmin edir,həmçinin gözün görmə funksiyasını normallaşdırır.

Vitamin D3 – bağırsaqdan kalsium və fosforun sorulmasını normallaşdırır,sümüklərin normal böyüməsini və inkişafını təmin edərək,raxitin əmələ gəlməsinin qarşısını alır.

Vitamin B1 – tiamin sinapslarda impulsların ötürülməsində iştirak edir.Ürək,həzm və sinir sisteminin normal fəaliyyətinə kömək edir.Tiamin beynin funksiyasını və dərketmə qabiliyyətini yaxşılaşdırır.

Vitamin B2 – karbohidrat,zülal və yağ mübadiləsində iştirak edir.Riboflavin qırmızı qan hüceyrələrinin,hemoqlobinin sintezində,antitellərin əmələ gəlməsində,görmənin yaxşılaşmasında ,toxuma tənəffüsündə və regenerasiyasında iştirak edir.

Vitamin B6 – Maddələr mübadiləsində əsas rol oynayır,aminturşuların və zülalların metabolizmində,eritrositlərin yetişməsində,hemoqlobinin,neyromediatorların (asetilxolin,QAYT) sintezində iştirak edir.Piridoksin mərkəzi və periferik sinir sisteminin fəaliyyətini normallaşdırır.Hemopoezi sürətləndirir.

Vitamin C– fol turşusu və dəmirin metabolizmində iştirak edir.Kapillyar keçiriciliyini normallaşdırır.Vitamin C orqanizmin infeksiyalara qarşı olan müqavimətini gücləndirir.

Vittamin PP – hüceyrə tənəffüsündə,yağ və karbohidrat mübadiləsində iştirak edir.PP vitamini orqanizmdən toksinləri xaric edir,xırda kapillyarlarda qan dövranını yaxşılaşdırır.

D-pantenol – karbohidrat,zülal və yağ mübadiləsində,asetilxolinin sintezində iştirak edir.Mərkəzi sinir sisteminin normal fəaliyyəti üçün lazımdır.

B qrup vitaminlərin hipo- və avitaminozu,iştahasızlıq,immunitetin zəifləməsi,müxtəlif infeksion xəstəliklər zamanı (salmanellyoz,şigellyoz və s.),xəstəliyin sağalma dövrü,sinir sistemi tərəfindən yaranmış pozğunluqlar:ensefalit,ensefalomielit,beyin qan dövranının və yaddaşın pozulması,hiperaktivlik və s.)görmənin sinir mənşəli pozğunluqları,disbakterioz,antibiotikoterapiya zamanı kompleks müalicədə

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı individual həssaslıq

Nadir hallarda allergik reaksiyalar

0-2 yaş arası uşaqlar:1/2 ö.q. (2,5 ml) 1-2 dəfə

2-6 yaş arası uşaqlar: 1 ö.q. (5ml) 2 dəfə

6-12 yaş arası uşaqlar:1 ö.q. (5ml) 2-3 dəfə

12 yaşdan böyük uşaqlar: 1 ö.q. (5ml) 3-4 dəfə

Təkrar müalicə kursu 1-3 aydan sonra və ya həkim məsləhəti ilə təkrarlana bilər.

Bombyx şərbət 150 ml-lik şüşə flakonda,içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılıb.

25 C-dən aşağı temperaturda,qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Reseptsiz buraxılır.

Slovpharm d.o.o. Uİ.İvana Regentova 13 6330 Piran,Slovenia AR SN Farmakoloji və Farmakopeya Ekspert Şurasında təsdiqlənmə tarixi:

Dərman haqqında tam məlumat dərman vasitəsinin qablaşmasında olan təlimatından əldə edilə bilər.

Dərman vasitəsinin qeydiyyat tarixi və seriyası:

Tətbiqindən əvvəl dərman haqqında istifadəsinə təlimatının tam surəti ilə tanış olmanızı xahiş edirik.

Dərman haqqında istifadəsinə təlimatın tam surətini tələb edərək,əldə edə bilərsiniz.