BİOTRİVEN

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

BİOTRİVEN

BİOTRİVEN

Aprotinin – 10 000 BV

Biotriven antiproteolitik, antifibrinolitik və qankəsici effektə malikdir. Biotriven əsas proteazaları (tripsin, ximotripsin, kininogenazy, kallikrin, fibrinolisis daxil olmaqla) ingibə edir. Tam proteolitik və fərdi proteolitik fermentlərin fəaliyyətini ingibə edərək antiproteolitik təsir göstərir. Biotriven plazmini ləngitməklə, fibrinolizi azaldır.Yəni antifibrinolitik təsir göstərir və qankəsici effekt yaradır. Biotriven kallikrein – kinin sistemini blokada edərək orqanizmin ağır şok vəziyyətinə düşməsinin qarşısını alır.

Göstərişlər:

ü Kəskin pankreatit zamanı,həmçinin pankreonekroz zamanı, xroniki residivləşən pankreatit,əməliyyatdan sonrakı pankreatitin profilaktikasında;

ü Hiperfibrinoliz fonunda qanaxmalar və qansızmalar: travmalardan sonra; əməliyyatlardan sonra ,doğuş müddətində və sonra,polimenoreya zamanı,trombolitik terapiya zamanı ağır hemorragik fəsadları;

ü Angionevrotik şişkinlik;

ü Şokun müxtəlif formaları : endotoksik , travmatik, hemorragik, yanıq (kompleks müalicədə);

ü Profilaktika məqsədilə əməliyyatlardan sonrakı ağciyər emboliyaları və qanaxmalarında, sınıxlar zamanı piy emboliyalarında.

Biotriven v/d yeridilir şırnaqla ( yavaş-yavaş bir dəqiqədə 5 ml-dən çox olmamaq şərtilə) ya da sistem şəkildə 300 – 500 ml 0.9% NaCl məhlulu ilə, xəstə uzanmış vəziyyətdə olmalıdır.

Kəskin pankreatit: 10 000 BV v/d, sonra isə 30 000-50 000 BV v/d (24 saat ərzində hər 12 saatdan bir). Xəstənin vəziyyətindən asılı olaraq doza tədricən azaldılır;
Xroniki Pankreatit: 10000 – 15000 BV v/d sutkada bir dəfə;
Mədəaltı vəzinin postoperativ nekrozun qabağının alınması üçün v/d 10 000-20 000 BV, cərrahi müdaxilə zamanı 10 000-20 000 BV damcı – damcı v/d yeridilir, eyni dozada bir neçə gün ərzində v/d təyin edilir;
Şok vəziyyətində bir neçə gün ərzində klinik vəziyyəti yaxşılaşdırmaq üçün yavaş – yavaş 15 000-20 000 BV v/d yeridilir;
Hiperfibrinolitik qanaxmalarda 40 000 – 60 000 BV v/d;
Koaqulopatiyalarda ilkin doza 30 000 BV v/d, sonar hər 4 saatdan bir 10 000 BV v/d;
Doğuş zamanı qanaxma: ilkin doza 20 000 – 30 000 BV v/d , sonra qanaxmanı dayandırmaq üçün hər 4 saatdan bir 20 000 BV v/d

Dərman komponentlərinə qarşı hiperhəssaslıq, hamiləliyin birinci rübü.

Nadir hallarda dispeptik pozğunluqlar, allergik reaksiyalar, taxikardiya

İnfuziya üçün hazır məhlul 1 ml 10 000 BV № 10 ampul.

“BIOPHARMA” Kiyev, Ukrayna

Eksklüziv nümayəndə : Norma – Pharm

Spelling error report

The following text will be sent to our editors: