BİOPRON 9

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

BİOPRON 9

BİOPRON 9

Probiotik kompleksidir.

Tərkibi: Canlı mikroorqanizmlərdən ibarət 9 ştam sutkalıq dozaya uyğunlaşdırılmışdır. 1 kapsulun tərkibinə daxildir:

Bifidobacterium bifidum- 2,25x 108 KFV, Bifidobacterium Breve -4,50x 108 KFV , Bifidobacterium longum -6,75x 108 KFV , Lactobacillus acidophilus – 9×108 KFV , Lactobacillus Casei -2,25×108 KFV , Lactobacillus Plantarum-2,25×108 KFV , Lactobacillus Rhamnosus- 4,5×108 KFV , Lactococcus Lactis spp. Lactis-9×108 KFV , Streptococcus Thermophilus4,50x 108 -KFV,Fruktooliqosaxarid-25mq

Biopron 9 tərkibində laktobakteriyalar, bifidobakteriyalar və fruktooliqosaxarid olan kombinə olunmuş preparatdır.Süd turşusu bakteriyaları bağırsaq mikroflorasının fizioloji tarazlığını saxlayır, fruktooliqosaxarid isə normal mikrofloranın inkişafı üçün əlverişli mühiti təmin edir. Bağırsağın fizioloji funksiyalarını bərpa edir-şərti patogen və patogen mikrobların inkişafının qarşısını alır, bağırsağın peristaltikasını normallaşdırır,həzmi yaxşılışdırır,qazyaranma prosesinin qarşısını alır, qidalı maddələrin mənimsənilməsini yaxşılaşdırır, vitamin sintezini həyata keçirir, immuniteti stimulyasiya edir.

Antibiotik terapiya zamanı

Müxtəlif genezli disbakterioz

Dispepsiyalar( qəbizlik, ishal,qusma,qarın nahiyyəsində ağrı)

Malabsorbsiya sindromu

Kəskin və xronik bağırsaq infeksiyaları

MBT-in xronik xəstəlikləri

Göbələk infeksiyaları

Böyüklərə 1 kapsul gündə 1-2 dəfə, 3 yaşdan böyük uşaqlara 1 kapsul 1dəfə, yemək zamanı. 3 yaşdan aşağı uşaqlara doza fərdi seçilir.

Şəkərli diabetli xəstələr, hamilələr və südverən analar istifadə edə bilər

Preparatın hər hansı komponentinə həssaslıq

Müəyyən edilməmişdir.

Oricinal qutusunda 5 C- 25 C temperaturda , quru,günəş işığı düşməyən şəraitdə saxlanılmalıdır. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın

№30 kapsul blister qablamada

VALOSUN Çexiya Respublikası

Spelling error report

The following text will be sent to our editors: