BİOKOL KİDS YUXU

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

BİOKOL KİDS YUXU

BİOKOL KİDS YUXU

Hər 20 ml məhlulun tərkibində vardır:

İnkarnat passiflora ekstraktı (Passiflora inkarnata) – 200 mq, badrənc ekstraktı (Melissa officinalis) – 200 mq, çobanyastığı ekstraktı (Matricaria chamomilla) – 200 mq, natrium-dihidrofosfat – 1208 mq (240 mq P – TSD*-nin 34,3%-i), maqnezium-sulfat – 540,4 mq (56,26 mq Mg – TSD-nin 15%-i), B6 vitamini (piridoksin-hidroxlorid) – 1,4 mq (TSD-nin 100%-i), B1 vitamini (tiamin-hidroxlorid) – 1,1 mq (TSD-nin 100%-i).

Köməkçi maddələr: deminerallaşdırılmış su, çiyələk ətri; qatılaşdırıcı: natriumkarboksimetilsellüloza; stabilizator: maltitol; konservant: kalium-sorbat; dadlandırıcı: sukraloza; turşuluq tənzimləyicisi: limon turşusu.

*TSD – tövsiyə edilən sutkalıq doza. Hər 20 ml üçün qida dəyəri:

zülallar: < 0,12 q; lipidlər: 0,049 q; karbohidratlar: 7,15 q; energetik dəyər: 29,35 kkal; 123,05 кC.

Passiflora (Passiflora inkarnata) təbii yuxugətirici və sakitləşdirici maddədir, tərkibində kruzin (flavonoid) olduğu üçün dərman asılılığı yaratmır. Endomorfinlər hasil edərək xarici mühitin MSS-nə təsirini azaldır, sakit yuxu gətirir. Badrənc (Melissa officinalis) tərkibindəki sitrolenol və monoterpen aldehidləri, flavonoidlər, polifenol birləşmələri, monoterpen qlikozidləri hesabına sakitləşdirici təsir göstərərək orqanizmin gərginliyini azaldır. Çobanyastığı (Matricaria chamomilla) tərkibində benzodiazepinə oxşar aktiv inqrediyentlər hesabına zəif sakitləşdirici, antinevroloji və spazmolitik təsir göstərir, orqanizmi sakitləşdirir. Fosfor antiallergik və antistress təsir göstərir, sinir hüceyrələrini bərpa edir, vegetativ sinir sistemi və ürək ritmlərinin fəaliyyətini tənzimləyir. Maqnezium zehni və sinir fəaliyyətini yaxşılaşdırır. B1 vitamini mərkəzi sinir sistemini stimullaşdırır. B6 vitamini sinir impulslarının ötürülməsində və aerob metabolizmdə iştirak edir.

Uşaqlarda yuxu pozğunluqları, davranış pozğunluqları və yüksək həyəcanlılıq zamanı, hiperfəal uşaqlara, psixi yorğunluq və gərginlik zamanı.

Yaşa müvafiq olaraq stəkan-dozatorla dozalanaraq, təmiz halda və ya su və ya meyvə şirəsi ilə qarışdırılıb qəbul edilir. 1 yaşadək uşaqlara: 2 ml; 1 yaşdan 5 yaşadək uşaqlara: 5 ml; 5 yaşdan 12 yaşadək uşaqlara: 10 ml. Yuxu pozğunluqları və/və ya ayıq yuxu zamanı gündə 1 dəfə yatmazdan əvvəl qəbul edilir. Davranış pozğunluqları zamanı gün ərzində 1 dəfə və yatmazdan əvvəl 1 dəfə qəbul edilir. İstifadədən əvvəl yaxşı çalxalayın.

Tövsiyə edilən sutkalıq doza: sutkalıq dozanı (20 ml) aşmaq məqsədəuyğun deyil

Bu məhsul müxtəlif pəhriz rejimlərini əvəz edə bilməz. Məhsul balanslaşdırılmış qida rejimi və sağlam həyat tərzi üçün nəzərdə tutulub. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Hamiləlik dövrü və süd əmizdirmə zamanı istifadəsi əks-göstərişdir. Vasitənin komponentlərinə qarşı allergik reaksiya olduqda istifadəsi məsləhət görülmür. Vasitənin hədsiz istifadəsi işlədici təsir göstərə bilər.

Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir. Mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə (payızgülü, qızçiçəyi) allergik reaksiya olduqda istifadəsi məsləhət deyil.

Quru, sərin və uşaqlar üçün əlçatmaz, yüksək temperatur və işıqdan qorunan yerdə saxlanılmalıdır. Vasitə açıldıqdan sonra soyuducuda saxlanılmalıdır və 30 gün ərzində istifadəyə yararlıdır

150 ml flakonda, qablaşdırılmış qutuda stəkan-dozator və qəbul qaydası olan təlimatla birlikdə.

Tərkibində təbii bitki ekstraktları olduğu üçün vasitənin xarici görünüşü cüzi olaraq fərqlənə bilər

BIOCOL Laboratórios, Parque Cascais Stock, Armazém 9, Alcoitão, 2645-117, Alcabideche, Portugal. Tel.: 21 460 86 60; Fax: 21 460 86 61; www.biocol.pt

Spelling error report

The following text will be sent to our editors: