BİOKOL KİDS STOP-D

Ticari adı

BİOKOL KİDS STOP-D

BİOKOL KİDS STOP-D

Hər 20 ml məhlulun tərkibində vardır:

Natrium-xlorid (0,9%-li) – 4000 mq (36 mq NaCl; 21,9 mq Cl – TSD*-nin 2,7%-i; 14,1 mq Na); keçibuynuzu ekstraktı (Ceratonia siliqua L.) – 200 mq; dekofeinləşdirilmiş qara çay ekstraktı (Camelia sinensis) – 40 mq (kofein < 0,4%); sink-sulfat - 35,2 mq (8 mq Zn - TSD*-nin 80%-i). Köməkçi maddələr: deminerallaşdırılmış su, banan ətri; qatılaşdırıcı: natrium-karboksimetilsellüloza; konservant: kalium-sorbat; dadlandırıcı: sukraloza; turşuluq tənzimləyicisi: limon turşusu. *TSD - tövsiyə edilən sutkalıq doza. Hər 20 ml üçün qida dəyəri: zülallar: < 0,2 q; lipidlər: < 0,2 q; karbohidratlar: < 0,2 q; energetik dəyər: 0,8 kkal; 3,4 кC.

Natrium-xloridə qanın plazmasında və orqanizmin toxuma mayelərində rast gəlinir. Onun çatışmazlığı müxtəlif patoloji vəziyyətlərdə, məsələn, uzunmüddətli ishal, daimi qusma zamanı müşahidə olunur. Natrium-xloridin fizioloji məhlulu susuzlaşma ilə bağlı vəziyyətlərin korreksiyası üçün, su-duz balansını tənzimləmək üçün istifadə olunur. Keçibuynuzu ekstraktı (Ceratonia siliqua L.) ishal və mədə-bağırsaq traktının pozulması zamanı istifadə olunur. Tərkibində çoxlu miqdarda sellüloza olduğu üçün orqanizmə bağırsaq pozulmaları zamanı kömək edir, bağırsaq ödemini aradan qaldırır, qazları xaric edir. Dekofeinləşdirilmiş qara çay ekstraktı (Camellia sinensis) tərkibindəki tannin hesabına büzüşdürücü təsir göstərir, müxtəlif bağırsaq pozulmalarında, əsasən də ishalda effektivdir. Onun istifadəsi bağırsağın peristaltikasını zəiflədir, nəticədə bağırsaqda olan kütlə bərkiyir və quruyur. Taninlər bağırsaq pozulmalarına gətirib çıxaran mikroblara qarşı bakteriostatik və bakterisid təsirə malikdir. Qara çay ekstraktı çoxlu maye itkisi ilə bağlı hipotoniyanın qarşısını alır. Sink kəskin ishalın müalicəsində nisbətən yeni istifadə olunur. Müxtəlif kliniki tədqiqatların nəticələrinə əsasən sinkin istifadəsi ishalın gedişatının müddətini və ağırlığını azaldır. Təsdiq edilib ki, sink bağırsağın selikli qişasının regenerasiyasını sürətləndirir, enterositlərin xovlarının fəaliyyətini stimulə edir. Sinkin istifadəsi bağırsağın selikli qişasından su və elektrolitlərin daşınmasını yaxşılaşdırır

İstifadəsi uşaqlarda ishal zamanı, nəcis kütlələrinin həcmini artırmaq üçün, dehidratasiya riski olduğu halda tövsiyə olunur.

Bədən çəkisinə müvafiq olaraq stəkan-dozatorla dozalanaraq, təmiz halda və ya su ilə qarışdırılıb qəbul edilir. Hər 10 kq bədən çəkisinə 5 ml təyin olunur, gündə 2 dəfə qida qəbulundan əvvəl daxilə istifadə olunur. İstifadədən əvvəl yaxşı çalxalayın.

Tövsiyə edilən sutkalıq doza: sutkalıq dozanı (20 ml) aşmaq məqsədəuyğun deyil.

Bu məhsul müxtəlif pəhriz rejimlərini əvəz edə bilməz. Məhsul balanslaşdırılmış qida rejimi və sağlam həyat tərzi üçün nəzərdə tutulub. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Hamiləlik dövrü və süd əmizdirmə zamanı istifadəsi əks-göstərişdir. Vasitənin komponentlərinə qarşı allergik reaksiya olduqda istifadəsi məsləhət görülmür. Qara çay dəmirin sorulmasını azaltdığı üçün anemiya və/və ya dəmir defisiti zamanı istifadədən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir.

Quru, sərin və uşaqlar üçün əlçatmaz, yüksək temperatur və işıqdan qorunan yerdə saxlanılmalıdır. Vasitə açıldıqdan sonra soyuducuda saxlanılmalıdır və 30 gün ərzində istifadəyə yararlıdır.

150 ml flakonda, qablaşdırılmış qutuda stəkan-dozator və qəbul qaydası olan təlimatla birlikdə.

Tərkibində təbii bitki ekstraktları və müxtəlif duzlar olduğu üçün vasitənin xarici görünüşü cüzi olaraq fərqlənə bilər

BIOCOL Laboratórios, Parque Cascais Stock, Armazém 9,

Alcoitão, 2645-117, Alcabideche, Portugal.

Tel.: 21 460 86 60; Fax: 21 460 86 61; www.biocol.pt