BİOKOL KİDS MUKOLİTİK

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

BİOKOL KİDS MUKOLİTİK

BİOKOL KİDS MUKOLİTİK

Hər 10 ml məhlulun tərkibində vardır:

Lansetvari bağayarpağı ekstraktı (Plantago lanceolata) – 1000 mq, N-asetilsistein (N-Acetylcysteine) – 100 mq, mis-sulfat – 1,97 mq (0,5 mq Cu – TSD*-nin 50%-i). Köməkçi maddələr: deminerallaşdırılmış su, çiyələk ətri; qatılaşdırıcı: natrium-karboksimetilsellüloza; stabilizator: maltitol, qliserin; konservant: kalium-sorbat; dadlandırıcı: sukraloza; turşuluq tənzimləyicisi: natrium-hidroksid.

*TSD – tövsiyə edilən sutkalıq doza. Hər 10 ml üçün qida dəyəri:

zülallar – 0,05q; lipidlər < 0,01 q; karbohidratlar – 3,05 q; energetik dəyər: 12,4kkal; 51,6 kC.

Lansetvari bağayarpağı (Plantago lanceolata) bəlğəmgətirici və yumşaldıcı təsirə malik olub, bəlğəmin yumşalmasını təmin edir. N-asetilsistein (N-Acetylcysteine) bəlğəmi yumşaldaraq, onun həcmini artırır və xaricolmasını rahatlaşdırır. İrinli bəlğəm zamanı fəallığını itirmir. Qədəhvari hüceyrələr tərəfindən az suvaşqan sialmusinlərin ifrazatını artırır, bronxların selikli qişasının epitelial hüceyrələrində bakteriyaların adgeziyasını aşağı salır. Fibrini lizisə uğradan şirəni ifraz edən bronxların mukoz hüceyrələrini stimulə edir. LOR orqanlarının iltihabi xəstəlikləri zamanı əmələ gəlmiş ifrazata analoji təsir göstərir. Antioksidant və pnevmoprotektor təsirə malikdir. Müəyyən dərəcədə iltihabəleyhinə təsir göstərir. Mis orqanizmdə gedən metabolizm proseslərində önəmli rol oynayan mikroelementlərdən hesab olunur. İmmun statusun tənzimlənməsində mühüm rol oynayır. Antiseptik (dezinfeksiyaedici) və büzücü təsirə malikdir

Quru öskürək və ya çətin xaric olan bəlğəmlə müşayiət olunan tənəffüs yollarının müxtəlif xəstəliklərinin müalicəsi üçün, kəskin və xroniki bronxit, larinqotraxeit, traxeit, bronxiolitlərin müalicəsi üçün, həmçinin tənəffüs yollarının normal fəaliyyətini təmin etmək məqsədilə.

2-5 yaş arası uşaqlara 2,5 ml (ölçülü qaşıqla), 6-12 yaş arası uşaqlara 5 ml (ölçülü qaşıqla) təmiz halda səhər və axşam təyin edilir. İstifadədən əvvəl yaxşı çalxalayın.

Tövsiyə edilən sutkalıq doza: sutkalıq dozanı (10 ml) aşmaq məqsədəuyğun deyil.

Hamiləlik və südvermə dövründə, həmçinin 2 yaşadək uşaqlara istifadəsi əks-göstərişdir. Vasitənin komponentlərinə qarşı allergik reaksiya olduqda istifadəsi məsləhət görülmür. Aktivləşdirilmiş kömürlə birgə və ya hemodializdə olan şəxslərə istifadəsi məsləhət deyil. Vasitənin qəbulu zamanı bəzi laborator analizlərdə, məsələn, sidiyin ümumi analizi, qaraciyər müayinələri, protrombin vaxtının təyinində qüsurlar verə bilər. Vasitənin həddən artıq istifadəsi işlədici təsir göstərə bilər.

Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir.

Quru, sərin və uşaqlar üçün əlçatmaz, yüksək temperatur və işıqdan qorunan yerdə saxlanılmalıdır. Vasitə açıldıqdan sonra soyuducuda saxlanılmalıdır və 30 gün ərzində istifadəyə yararlıdır.

150 ml flakonda, qablaşdırılmış qutuda stəkan-dozator və qəbul qaydası olan təlimatla birlikdə.

Tərkibində təbii bitki ekstraktları olduğu üçün vasitənin xarici görünüşü cüzi olaraq fərqlənə bilər.

BIOCOL Laboratórios, Parque Cascais Stock, Armazém 9,

Alcoitão, 2645-117, Alcabideche, Portugal.

Tel.: 21 460 86 60; Fax: 21 460 86 61; www.biocol.pt

Spelling error report

The following text will be sent to our editors: