BİOKOL KİDS MÜDAFİƏ

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

BİOKOL KİDS MÜDAFİƏ

BİOKOL KİDS MÜDAFİƏ

Hər 10 ml məhlulun tərkibində vardır:

Ensizyarpaq exinaseya ekstraktı (Echinacea purpurea) – 320 mq, narşəkilli malpigiya ekstraktı (Malpighia punicifolia) – 60 mq, arı yapışqanı ekstraktı – 80 mq, mis-sulfat – 3,93 mq (1 mq Cu – 100 TSD*). Köməkçi maddələr: deminerallaşdırılmış su, şaftalı ətri; qatılaşdırıcı: natrium-karboksimetilse lüloza; stabilizator: maltitol, qliserin; konservant: kalium-sorbat; dadlandırıcı: sukraloza; turşuluq tənzimləyicisi: limon turşusu.

*TSD – tövsiyə edilən sutkalıq doza.

Exinaseyanın (Echinacea purpurea) tərkibində olan alkilamidlər T-limfositlərin immun fəaliyyətini artıraraq immuniteti stimullaşdırır, bu da qrip və zökəm kimi xəstəliklərin vaxtında qarşısının alınmasına kömək edir. Malpigiya (aserola, Malpighia punicifolia) C vitamini ilə zəngin olaraq tirozinin metabolizmində, fol turşusunun hüceyrə tənəffüsü səviyyəsində çevrilmələrində iştirak edir, infeksiyalara qarşı müqaviməti artırır, antioksidant təsir göstərir. Onun tərkibində həmçinin B qrupu vitaminləri (tiamin, riboflavin və niasin), dəmir, kalsium, fosfor və natrium var. Arı yapışqanı tərkibində aromatik turşular, naringenin, kversetin və çoxsaylı fenol birləşmələri hesabına antibakterial, antifunqal və antioksidant təsir göstərir. Mis bioloji proseslərdə geniş iştirak edir.

Ağırlaşmamış kəskin infeksion xəstəliklər zamanı immuniteti gücləndirmək üçün, teztez soyuqdəymələrə meyilli olma zamanı, qrip və KRVİ-nin profilaktikası məqsədilə, yuxarı və aşağı tənəffüs yollarının infeksion xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi, immun sistemin zəifləməsi ilə müşayiət olunan uzunmüddətli antibiotikoterapiya zamanı

Yaşa müvafiq olaraq stəkan-dozatorla dozalanaraq gündə 1 dəfə, yemək qəbulundan əvvəl, təmiz halda və ya su və ya meyvə şirəsi ilə qarışdırılıb qəbul edilir. 1 yaşadək uşaqlara: 2 ml; 1 yaşdan 5 yaşadək uşaqlara: 5 ml; 5 yaşdan 12 yaşadək uşaqlara: 10 ml. İstifadədən əvvəl yaxşı çalxalayın. Tövsiyə edilən sutkalıq doza: sutkalıq dozanı (10 ml) aşmaq məqsədəuyğun deyil.

Bu məhsul müxtəlif pəhriz rejimlərini əvəz edə bilməz. Məhsul balanslaşdırılmış qida rejimi və sağlam həyat tərzi üçün nəzərdə tutulub. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Hamiləlik dövrü və süd əmizdirmə zamanı epatiti olan uşaqlara əks-göstərişdir. Autoimmun xəstəliklər (dağınığ skleroz), immunodefisitlər və immunosupressiyalar (onkoloji terapiya) zamanı istifadəsi məsləhət görülmür. Vasitənin komponentlərinə və arıçılıq məhsullarına qarşı allergik reaksiya olduqda istifadəsi məsləhət görülmür. Atopik astma zamanı ehtiyatla istifadə edilməlidir. Vasitəni 8 həftədən artıq istifadə etmək məsləhət görülmür. Vasitənin hədsiz istifadəsi işlədici təsir göstərir. Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir

150 ml flakonda, qablaşdırılmış qutuda stəkan-dozator və qəbul qaydası olan təlimatla birlikdə.

Tərkibində təbii bitki ekstraktları olduğu üçün vasitənin xarici görünüşü cüzi olaraq fərqlənə bilər.

Spelling error report

The following text will be sent to our editors: