BİOKOL KİDS HƏZM

Ticari adı

BİOKOL KİDS HƏZM

BİOKOL KİDS HƏZM

Hər 6 ml məhlulun tərkibində vardır:

Adi razyana ekstraktı (Foeniculum vulgare) – 480 mq, dərman bədrənci ekstraktı (Melissa officinalis) – 300 mq, maqnezium-sulfat – 18,07 mq (1,782 mq Mg – TSD*-nin 0,47%-i). Köməkçi maddələr: deminerallaşdırılmış su, alma ətri; stabilizator: maltitol, qliserin; konservant: kalium-sorbat; dadlandırıcı: sukraloza; turşuluq tənzimləyicisi: limon turşusu.

*TSD – tövsiyə edilən sutkalıq doza. Hər 6 ml üçün qida dəyəri:

zülallar: < 0,03 q; lipidlər: < 0,01 q; karbohidratlar: 0,197 q; energetik dəyər: 7,7 kkal; 3,2 кC.

Vasitə kompleks təsirə malikdir. Adi razyana (şüyüd) tərkibindəki efir yağı (anetol, fenxon və s.), apigenin, beta-karotin, C vitamini, kalsium, maqnezium, dəmir və digər bioloji fəal maddələr hesabına yelqovucu, spazmolitik, ödqovucu və işlədici təsirlərə malikdir, bağırsaqda fermentasiya prosesini inhibə edir, qazların xaric olmasını sürətləndirir, həzm prosesini yaxşılaşdırır. Dərman bədrənci (ballı nanə) tərkibindəki efir yağı (sitral, sitronellal, geraniol və s.) və apigenin hesabına bağırsağın saya əzələlərini boşaldır, spazmolitik və sedativ təsirlər göstərir. Maqnezium-sulfat (acı duz) bağırsağın saya əzələlərini boşaldır, spazmolitik, işlədici və ödqovucu təsir göstərir, ağır metallarla zəhərlənmələr zamanı antidot kimi istifadə olunur

Uşaqlarda bağırsaq sancılanmaları zamanı, dispepsiyanın və meteorizmin müalicəsi üçün, uşaqlarda həzm prosesinin pozulmaları zamanı, aerofagiyanın müalicəsi üçün.

1 ayadək uşaqlara 2-3 damcı gündə 2 dəfə, 1 aydan 1 yaşadək uşaqlara 5-10 damcı, gündə 2 dəfə, 1 yaşdan 12 yaşadək uşaqlara 10-20 damcı, gündə 2 dəfə, daxilə təyin olunur. Təmiz halda istifadə olunur. İstifadədən əvvəl yaxşı çalxalayın. Dozatorla dozalayın.

Tövsiyə edilən sutkalıq doza: sutkalıq dozanı (6 ml = 60 damcı) aşmaq məqsədəuyğun deyil.

Bu məhsul müxtəlif pəhriz rejimlərini əvəz edə bilməz. Məhsul balanslaşdırılmış qida rejimi və sağlam həyat tərzi üçün nəzərdə tutulub. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Hamiləlik dövrü və süd əmizdirmə zamanı istifadəsi əks-göstərişdir. Vasitənin komponentlərinə qarşı allergik reaksiya olduqda istifadəsi məsləhət görülmür. Yerkökü, dənli (taxıl) bitkilərə və mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə (payızgülü, exinaseya, qızçiçəyi, gülümbahar) allergik reaksiya olduqda istifadəsi məsləhət deyil. Sedativ vasitələrlə birgə istifadəsi məqsədəuyğun deyil. Vasitənin hədsiz istifadəsi işlədici təsir göstərə bilər.

Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir.

Quru, sərin və uşaqlar üçün əlçatmaz, yüksək temperatur və işıqdan qorunan yerdə saxlanılmalıdır. Vasitə açıldıqdan sonra soyuducuda saxlanılmalıdır və 30 gün ərzində istifadəyə yararlıdır.

90 ml-lik damcıladıcı flakonlarda, qablaşdırılmış qutuda qəbul qaydası olan təlimatla birlikdə.

Tərkibində təbii bitki ekstraktları olduğu üçün vasitənin xarici görünüşü cüzi olaraq fərqlənə bilər.

BIOCOL Laboratórios, Parque Cascais Stock, Armazém 9,

Alcoitão, 2645-117, Alcabideche, Portugal.

Tel.: 21 460 86 60; Fax: 21 460 86 61; www.biocol.pt