BİOKOL KİDS

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

BİOKOL KİDS

BİOKOL KİDS

Hər 20 ml məhlulun tərkibində vardır:

Kress ekstraktı (Nasturium officinale) – 800 mq, acıçiçəyi ekstraktı (Gentiana lutea) – 160 mq, kasnı otu ekstraktı (Cichorium intybus) – 160 mq, manqan-sulfat – 3,2 mq (1,05 mq Mn – TSD*-nin 52,5%-i). Köməkçi maddələr: deminerallaşdırılmış su, şaftalı ətri; qatılaşdırıcı: natrium-karboksimetilsellüloza; stabilizator: maltitol, qliserin; konservant: kalium-sorbat; dadlandırıcı: sukraloza; turşuluq tənzimləyicisi: limon turşusu.

*TSD – tövsiyə edilən sutkalıq doza.

Kress (Nasturium officinale) tərkibində olan C və K vitaminləri, həmçinin fenol birləşmələri hesabına iştahanı artırır. Acıçiçəyi (Gentiana lutea) tərkibində olan triterpen və ksanton inqrediyentləri hesabına ağız suyu və mədə şirəsinin sekresiyasını gücləndirərək dad hissini artırır. Kasnı (Cichorium intybus) tərkibindəki seskviterpen laktonları və fenol birləşmələri hesabına iştahanı stimullaşdırır, dispeptik halları aradan qaldırır. Manqan dəmirin mənimsənilməsini tənzimləyir, qlükoza və lipidlərin metabolizmində katalizator rolunu oynayır.

Uşaqlarda iştahanı stimulə etmək üçün (hipotrofiya, asteniya, xroniki yorğunluq zamanı, keçirilmiş xəstəliklərdən sonra bərpa dövründə).

Yaşa müvafiq olaraq stəkan-dozatorla dozalanaraq gündə 2 dəfə, yemək qəbulundan 15 dəqiqə əvvəl, təmiz halda və ya su və ya meyvə şirəsi ilə qarışdırılıb qəbul edilir. 1 yaşdan 5 yaşadək uşaqlara: 5 ml; 5 yaşdan 12 yaşadək uşaqlara: 10 ml. İstifadədən əvvəl yaxşı çalxalayın.

Tövsiyə edilən sutkalıq doza: sutkalıq dozanı (20 ml) aşmaq məqsədəuyğun deyil.

Bu məhsul müxtəlif pəhriz rejimlərini əvəz edə bilməz. Məhsul balanslaşdırılmış qida rejimi və sağlam həyat tərzi üçün nəzərdə tutulub. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Hamiləlik dövrü və süd əmizdirmə zamanı istifadəsi əks-göstərişdir. Vasitənin komponentlərinə qarşı allergik reaksiya olduqda istifadəsi məsləhət görülmür. Mədə və onikibarmaq bağırsağın xoraları, qastrit kimi mədə-bağırsaq traktı problemləri olan pasiyentlərə istifadəsi məsləhət görülmür. Mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə (payızgülü, exinaseya, qızçiçəyi, gülümbahar) allergik reaksiya olduqda istifadəsi məsləhət deyil.

Vasitənin hədsiz istifadəsi işlədici təsir göstərə bilər.

Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir

Quru, sərin və uşaqlar üçün əlçatmaz, yüksək temperatur və işıqdan qorunan yerdə saxlanılmalıdır. Vasitə açıldıqdan sonra soyuducuda saxlanılmalıdır və 30 gün ərzində istifadəyə yararlıdır

150 ml flakonda, qablaşdırılmış qutuda stəkan-dozator və qəbul qaydası olan təlimatla birlikdə.

Tərkibində təbii bitki ekstraktları olduğu üçün vasitənin xarici görünüşü cüzi olaraq fərqlənə bilər.

BIOCOL Laboratórios, Parque Cascais Stock, Armazém 9,

Alcoitão, 2645-117, Alcabideche, Portugal.

Spelling error report

The following text will be sent to our editors: