BİOGEST

Ticari adı

BİOGEST

BPA

Progesterone

ATC

G03DA04

BİOGEST

Təsiredici maddə: hər suppozitoriyanın tərkibində 200 və ya 400 mq progesteron vardır.

Köməkçi maddələr: stearil polioksiqliseridləri, sorbin turşusu, kakao yağı, təmizlənmiş su

Gestagenlər.

Təbii gestagen (progestin, lüteoid, sarı cism) hormonlara aid progesterondan ibarətdir. Hədəf-orqan hüceyrələrinin səthindəki reseptorlarla birləşərək nüvəyə daxil olur, DNT-ni aktivləşdirərək RNT-nin sintezini stimulə edir. Uşaqlığın selikli qişasının follikulyar hormon tərəfindən təmin edilən proliferasiya fazasından sekretor fazaya, mayalanmadan sonra isə mayalanmış yumurtahüceyrənin inkişafı üçün lazım olan vəziyyətə keçməsinə şərait yaradır. Uşaqlığın və uşaqlıq borularının əzələ qatının oyanıqlığını və yığılma qabiliyyətini zəiflədir.

Proteinlipazanı stimulə edir, yağ ehtiyatlarını artırır, bazal və stimuləedilmiş insulinin konsentrasiyasını yüksəltməklə qlükozanın sərf ediməsini artırır, qaraciyərdə qlikogenin toplanmasına şərait yaradır, hipofizin qonadotrop hormonlarının hasilatını artırır, azotemiyanı azaldır, azotun sidiklə xaric olmasını artırır. Süd vəzisində asinusların sekretor hissələrinin inkişafını aktivləşdirir və laktasiyanı induksiya edir. Normal endometriumun əmələ gəlməsinə şərait yaradır.

Sorulması: Progesteron vaginal istifadə zamanı sürətlə sorulur. Plazma səviyyəsində maksimal konsentrasiya fərdi olaraq dəyişir və adətən 3-8 saat ərzində əldə olunur, 24 saat sonra isə azalma müşahidə olunur.

Metabolizmi: Progesteron qaraciyərdə metabolizə olunur. Vaginal istifadədən sonra progesteronun qan plazmasında uzunmüddətli səviyyəsi metabolizmin qaraciyərdə baş verməsi ilə əlaqədardır.

Xaric olması: Progesteron əsasən böyrəklər vasitəsilə (50-60%), az miqdarda (10%) isə ödlə və nəcislə xaric olur.

Qadınlarda mayalanma zamanı progesteron sekresiyasının çatışmazlığı vəziyyətləri;

-Adəti düşük halları və düşük təhlükəsi: bu zaman hamiləliyin lap əvvəlindən gündə 200-400 mq progesteron qəbuluna başlamaq məsləhətdir;

-Hamiləlik zamanı cərrahi əməliyyat: gündə 200-400 mq və yaxud digər dozalarda müalicə tətbiq olunur;

-Menstruasiyaönü sindrom, mentruasiyaönü gərginlik və depressiya daxil olmaqla;

-Doğuş sonrası depresiyanın müalicəsi.

Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq;

-Diaqnozu məlum olmayan vaginal qanaxma;

-Trombo-embolik pozğunluqlar;

-Hiperhəssaslıq, trombofilik pozğunluqlar, kəskin qaraciyər çatışmazlığı;

-Serebral hemorragiya;

-Trombozlara meyillik, flebitin və ya tromboembolik xəstəliklərin kəskin formaları, natamam abortlar, porfiriya;

-Süd vəzilərinin və cinsiyyət orqanlarının aşkar edilmiş və ehtimal olunan bədxassəli törəmələri.

Biogest hamiləlik zamanı adəti düşük və düşük təhlükəsinin müalicəsi üçün həkim məsləhəti ilə istifadə olunur. Vaxtından əvvəl baş verən doğuşların müalicəsi üçün istifadə olunmur.

Yuxululuq, başgicəllənmə, görmə pozğunluqları kimi əlavə təsirlər baş verə bildiyindən, preparatın qəbuluna fərdi yanaşmaq lazımdır

Progesteron qaraciyərdə metabolizmə uğradığından qaraciyərin funksional pozğunluğu olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Qadınlarda menstrual siklin ikinci yarısında və hamiləlik dövründə progesteronun miqdarı yüksək olduğundan, bu hallarda, Biogestin qadınlara təyini zamanı preparata qarşı həssaslığa diqqət yetirmək lazımdır. Əgər progesteron təyini zamanı döş xərçənginin inkişaf riski varsa, bu halda, preparatın qəbulu dayandırılmalıdır. Progesteron ürək-damar sistemi xəstəlikləri, qaraciyər çatışmazlığı, şəkərli diabet, epilepsiya, miqren, xroniki böyrək çatışmazlığı, arterial hipertenziya, bronxial astma, hiperlipoproteinemiya, laktasiya dövrü, psixi depressiya hallarında ehtiyatla və xüsusi nəzarət altında təyin olunmalıdır.

Preparatın kontraseptiv vasitə kimi istifadəsi məqsədəuyğun deyil.

Uşaqlarda istifadəsi məqsədəuyğun hesab olunmur.

Biogest 200 mq birdəfəlik doza gündəlik uşaqlıq yoluna (vaginal yol) və ya düz bağırsağa (rektal yol) yeridilir, lakin dozanı gündə 2 dəfə 400 mq-yə qədər artırmaq mümkündür.

Biogest 400 mq birdəfəlik doza gündəlik vaginal və ya rektal istifadə olunur.

Preparatdan istifadə adətən aşağıdakı qaydada həyata keçirilir:

-Düşük təhlükəsi zamanı:

1-ci dərəcəli: 7 gün ərzində hər gün 200 mq, sonrakı müalicə klinik mənzərəyə uyğun şəkildə davam etdirilir.

2-ci dərəcəli: 7 gün ərzində hər gün 200 mq, sonrakı müalicə klinik mənzərəyə uyğun şəkildə davam etdirilir.

-Adəti düşük zamanı: gündəlik 200 mq dozada Biogestin istifadəsinə başlamaq lazımdır. Hamiləliyin 3-cü ayında sarı cismin involyusiyası ilə əlaqədar olaraq progesteronun təbii ifrazının azalması zamanı preparatın qəbulu xüsusi diqqət tələb edir.

-Hipermenoreya, polimenoreya və metroragiya zamanı Biogestin istifadəsinə endometriuma müdaxilədən əvvəl başlamaq lazımdır.

-Amenoreya, hipomenoreya və oliqomenoreya: progesteron monoterapiyada və ya FSH (folikulstimullaşdırıcı hormon) və LH (luteinləşdirici hormon) ilə birlikdə yalnız diaqnoz qoyulduqdan sonra istifadə olunmalıdır (hipofiz, uşaqlıq, yumurtalıq). Belə hallarda Biogest siklin ikinci yarısında təyin olunmalıdır.

-Hamiləlik zamanı cərrahi əməliyyat: gündə 200 mq doza və yaxud həkim məsləhətinə uyğun şəkildə.

-Menstrusiyaönü pozğunluqlar: bəzi hallarda mentrual siklin başlanmasının 14-cü günündən etibarən gündəlik müalicə tövsiyə olunur.

Progesteronun istifadəsi simptomların aradan qaldırılması fonunda azaldıla bilər.

Qastro-intestinal patologiyalar, sızanaqlar, mayenin orqanizmdə ləngiməsi və yaxud ödem, çəkinin dəyişməsi, allergik dəri qaşınması və ya övrə, psixi pozğunluq, döş nahiyəsində narahatlıq hissi və yaxud çox az hallarda rast gəlinən ginekomastiya və libidonun dəyişilməsi. Qaraciyər funksiyasının dəyişilməsi ilə əlaqədar çox nadir hallarda sarılıq müşahidə olunmuşdur.

Statistik əhəmiyyətli trombofiliya halları (periferik, kəllə-beyin, ağciyər, böyrək), həmçinin, neyro-göz simptomları estrogenlərlə əlaqələndirilmiş progesteron qəbulu fonunda qeyd olunmuşdur. Digər əlavə reaksiyalar: fərdi olaraq bəzi şəxslərdə hipertenziya, mentruasiyaönü sindrom, qaraciyər funksiyasının dəyişilməsi fonunda bəzi test nəticələrinin dəyişməsi (BSF, qələvi fosfataza, transaminazalar və hemoaqqlutinasiya kimi testlərin), xloazma, alopesiya, hirsutizm.

Doza həddinin aşılması: Doza həddinin aşılması zamanı eyforiya və ya dismenoreya meydana çıxara bilər.

Müalicəsi: simptomatik və dəstəkləyici müalicə aparılır.

Biogest 200 mq. 5 ədəd suppozitoriya, blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Biogest 400 mq. 5 ədəd suppozitoriya, blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

25 °C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Resept əsasında buraxılır.

Marcyrl Pharmaceutical İndustries, El-Obour, Misir.