BENORAL B COMPLEX

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

BENORAL B COMPLEX

BENORAL B COMPLEX

Hər tabletin tərkibinə daxildir:

aktiv maddələr: 3 mq B1 vitamini (tiamin hidroxlorid), 5 mq B2 vitamini (riboflavin-5-fosfatın natrium duzu), 5 mq B6 vitamini (piridoksin hidroxlorid), 5 mq B5 vitamini (kalsium pantotenat), 40 mq PP vitamini ( nikotinamid).

köməkçi maddələr: mikrokristallik sellüloza E 460, PVP K 30 birləşdirici maddə E 1201, yağ turşularının maqnezium duzu – yapışma əleyhinə maddə E 470 b, kolloid silisium dioksid – E 551.

örtük qişa: hipromeloza E 464, polietilenqlikol E 1521, talk E 553 b, titan dioksid E 171, sarı xinolin boya, qırmızı al boya.

Örtük qişalı tablet

Vitamin B1 (tiamin hidroxlorid) – orqanizmdə tiamin-pirofosfata (kokarboksilazaya) çevrilir; axırıncı müxtəlif dekarboksilazaların kofermenti olub, piruvat, alfa-ketoqlütaratın metabolizmində iştirak edir, qlükozanın metabolizmində vacib rol oynayır; hüceyrə membranını peroksidləşmə məhsullarının toksiki təsirindən qoruyur; orqanizmin müxtəlif funksiyalarına, maddələr mübadiləsinə, sinir-reflektorik requlyasiyaya təsir edir; sinapslarda impuls ötürücülüyünü təmin edir, qanqlioblokator təsirə malikdir.

Vitamin B2 (riboflavin-5-fosfatın natrium duzu) bağırsaqlardan sorulduqdan sonra FMN (flavinmononukleotid) və FAD (flavinadenindinukleotid) kimi kofermentlərin əmələ gəlməsinə səbəb olur. FMN və FAD kofermentləri isə oksidləşmə-reduksiya reaksiyalarında, toxuma tənəffüsündə, enerji əmələ gəlməsində aktiv iştirak edən fermentlərin tərkib hissəsinə daxil olurlar. Mərkəzi və vegetativ sinir sisteminin funksiyasına yaxşı təsir edir, gözün görmə funksiyasını normallaşdırır.

Vitamin B6 (piridoksin hidroxlorid) – maddələr mübadiləsində böyük rolu olub, mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün vacibdir; orqanizmə daxil olarkən piridoksal-5-fosfata çevrilir və aminturşuların dekarboksilləşmə, yenidən aminləşməsində iştirak edir. Piridoksin hidroxlorid triptofan, metionin, sistein, qlütamin və digər aminturşuların mübadiləsində iştirak edir. O eyni zamanda histamin, vitamin B12 və fol turşusunun mübadiləsində də iştirak edir. QAYT, qlisin, serotoninin sintezi üçün vacibdir. Piridoksin hidroxlorid yağların da mübadiləsində iştirak edir, ateroskleroz zamanı lipid mübadiləsini yaxşılaşdırır.

Vitamin B5 (kalsium pantotenat) – hüceyrə metabolizmini stimulə edir. Asetil KoA –nın koferment hissəsinə daxildir. Karbohidrat, yağ, zülal mübadiləsində iştirak edir, asetilxolin, steroid hormonların sintezinə səbəb olur. Miokardın hərəki fəaliyyətini yaxşılaşdırır.

Vitamin PP (nikotinamid) – vitamindir, toxuma tənəffüsündə, oksidləşmə-reduksiya reaksiyalarında iştirak edən fermentlərin tərkib hissəsinə daxil olur. Heç bir hüceyrəni bu fermentlərsiz təsəvvür etmək olmaz. Quruluşuna görə nikotin turşusuna bənzəyir. Ondan fərqli olaraq damar genəldici xüsusiyyətə malik olmayıb, dəri örtüyündə qızartı, başda istilik hissi vermir. Nikotinamidin requlyar qəbulu I tip şəkərli diabet zamanı insulinə olan ehtiyacı azaldır. Sakitləşdirici xüsusiyyətə malik olub, həyəcanı götürür. Antioksidant xüsusiyyətə malikdir.

B qrup vitaminlərin müalicə və profilaktikası
Uzun müddət davam edən stress vəziyyəti, asteniya
Şəkərli diabet
Dermatitlər, psoriaz, ekzema, trofiki xoralar, fotodermatozlar, qırmızı qurd eşənəyi, herpetik infeksiyalar
Neyrodermit, kəmərvari dəmrov
Hamiləlik toksikozu, hamiləlik, laktasiya dövrü
Yuxarı tənəffüs yollarının iltihabı, bronxit, pnevmoniya
Hipertireoz
Vərəm, izoniazid və digər vərəməleyhinə preparatların, antibiotiklərin təyinatı
Kəskin və xroniki hepatit, sirroz, xroniki pankreatit, malabsorbsiya sindromu, uzun müddət davam edən xroniki infeksion xəstəliklər
Disbakterioz və bağırsağın funksional pozğunluğu
Polinevritlər, nevralgiyalar, paresteziyalar, parez və iflic, radikulit
Bağırsağın hipomotor diskineziyası, əməliyyatdan sonrakı bağırsaq atoniyası (tonusunun azalması)
Hipoxrom, mikrositar anemiya
Müxtəlif intoksikasiyalar, xroniki alkoqolizm, qaraciyərin etanol və vərəməleyhinə dərman vasitələrinin qəbulu nəticəsində zədələnməsi
Hemodializ
Konyunktivit, irit, keratit, blefarit, katarakta, hemeralopiya, işıqdan qorxma
Sağalmayan yaralar, stomatit, qlossit, xeylit
Miokardiodistrofiyalar, koronar qan dövranı pozğunluğu
Ac qalma, pəhriz saxlanması

Preparatın komponentlərinə qarşı fərdi həssaslıq

Yüksək həssaslıq reaksiyaları çox nadir hallarda rast gəlinir.

1-2 tablet gündə 1-2 dəfə gündə təyin olunur.

+25 0 C-dən yüksək olmayan otaq temperaturunda saxlamalı.

Uşaqların əli çatmadığı yerdə saxlamalı!

Benoral B complex karton qutuda, hər blisterdə 25 tablet olmaqla 2 blisterli və təlimat-içlikli qablamada buraxılır.

Biofaktor Sp.zo.o., ul. Crysta 4, 96-100 Skierniewice/Poland

Spelling error report

The following text will be sent to our editors: