B12 NB 500

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

B12 NB 500

B12 NB 500

B12 NB 500 qanazlığının müalicəsində istifadə edilir (eritrositlərin istehsalı üçün B12 ehtiyac var). Sinir ağrılarını, yaddaş pozulmalarını, depressiyanı aradan qaldırır. Uşaqlarda zəkanın inkişafına müsbət təsir edir. Hafizə və diqqəti artırır. B12 vitaminin ən müasir orijinal buraxılış formasıdır. Dilaltı olduğu üçün mədə-bağırsaq xəstəliklərində effektini qoruyub saxlayır. Dilaltından birbaşa arterial qana sorulur, öz kliniki təsirini sürətlə göstərir.

Hər dil altı mikrohəb tərkibi:

B12 vit. (sianokobalamin) 500 mkq

B12 vitamini suda həll olan vitamindir. Digər suda həll olan vitaminlərdən fərqli olaraq qaraciyərdə, böyrəklərdə və digər toxumalarda depolanır. DNT sintezində və sinir sisteminin normal fəaliyyət göstərməsində, qanazlığında əhəmiyyətlidir. Hafizə və diqqəti artırır. Qida maddələrinin orqanizmdən sorulması və həzmi üçün də bu vitaminə ehtiyac vardır. Siqaretin orqanizmə verdiyi zərərlərini azaldır.

B12 vitamini defisiti: Kifayət qədər B12 tərkibli qidaların istifadə edilməməsi (vegetarianlarda) və ya onun absorbsiyasının pozulması, həddən çox alkoqol istifadə edilməsi, bəzi dərmanların uzun müddət qəbulu kimi səbəblərdən meydana çıxa bilər. Uzun müddət müalicə edilməzsə orqanizmdə ciddi xəstəliklərə yol aça bilər. Qanazlığı (eritrositlərin istehsalı üçün B12 ehtiyac var), sinir ağrıları, unutqanlıq, depressiya, qulaq cingildəməsi müşahidə olunur. Əl və ayaqlarda keyləşmə olur. Uşaqlarda B12 defisiti danışma və yerimə kimi davranışların daha gec ortaya çıxmasına səbəb ola bilər.

Göstərişlər:

– B12 vitaminin hipo- və avitaminozu

– Anemiyaların kompleks müalicəsi, pernisioz anemiya, xronik hepatit, sirroz, qaraciyər çatışmazlığı, alkoqolizm

– Nevrit, polinevrit, radikulit, pleksit, işalgiya, nevralgiya, hipotrofiya, periferik sinir travmaları, yan amiotrofik skleroz, uşaq serebral iflici

– Baş ağrıları, miqren

– Miokardiodistrofiya, revmatizm, ÜİX

– Dayaq-hərəkət aparatı xəstəlikləri: artrit, osteoartrit, revmatoid artrit

– Dəri xəstəlikləri: psoriaz, fotodermatoz, dermatit, neyrodermit

– Vərəməleyhinə preparatların qəbulu, mədə-bağırsaq xəstəlikləri, mədə-bağırsaq əməliyyatları

– Stress vəziyyətləri, pəhriz zamanı

0 – 1 yaş 1/4 mikrohəb gündə 1 dəfə

1 – 3 yaş 1/3 mikrohəb gündə 1 dəfə

3 – 6 yaş ½ mikrohəb gündə 1 dəfə

6 – 12 yaş 1 mikrohəb gündə 1dəfə

12 yaşdan yuxarı və böyüklər 1 – 5 mikrohəb gündə 1 dəfə

Preparat dil altına qoymaqla sorulur.

Preparata qarşı individual həssaslığın olmas

Mikrohəb № 30

Natures Bounty – ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidi

Spelling error report

The following text will be sent to our editors: