AVİSİN

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

AVİSİN

AVİSİN

Hər ampulun tərkibində vardır: Amikasin sulfat – 100 mq

Aminoqlikozid qrupuna mənsub yarımsintetik antibiotik olub, geniş təsir spektrinə malikdir. Avisin bakterisid təsir göstərir. Bakteriyanın hüceyrə membranından aktiv keçir, bakterial ribosomun 30S subvahidi ilə birləşir, törədicinin zülal sintezini zəiflədir.

Müxtəlif qrammənfi aerob bakteriyalara: Pseudomonas aeruginosa, Escherichia coli, Shigella spp., Salmonella spp., Klebsiella spp., Entterobacter spp., Serratia spp., Providencia stuartii və s. qarşı yüksək həssasdır. Bəzi qrammüsbət bakteriyalara: Staphylococcus spp. (həmçinin, penisillin, metisillin və bəzi sefalosporinlərə davamlı ştammlar), Streptococcus spp.-nin ştammlarına qarşı da fəallıq göstərir. Anaerob bakteriyalara qarşı fəal deyil.

Əzələ daxilinə yeridildikdə tez və tam sorulur. Orqanizmin bütün toxumalarına yayılır. Plazma zülalları ilə az miqdarda (0-10%) birləşir. Plasentar baryeri keçir. Metabolizmə uğramır. Dəyişilməmiş şəkildə sidiklə xaric olur. Yarımxaricolma dövrü 2-4 saatdır.

Avisinə həssas mikroorqanizmlər tərəfindən törədilmiş ağır infeksion-iltihabi xəstəliklər:

Qarın boşluğu infeksiyalarında (həmçinin peritonitdə)
Sepsis (yenidoğulmuşların sepsisi)
MSS-nin infeksiyaları (həmçinin meningit)
Sümük-oynaq infeksiyaları (həmçinin osteomielit)
Septik endokardit
Dəri və yumşaq toxumaların irinli infeksiyaları (həmçinin irinləmiş yaniqlar və müxtəlif irinli xoralarda)
Sidikçıxarıcı yolların residivləşən infeksiyaları (pielonefrit, sistit, uretrit və s.)
Mədə-bağırsaq infeksiyaları və ödaxarı yollarının infeksiyaları
Vərəmin kompleks müalicəsi
Tənəffüs yolları infeksiyaları (bronxit, pnevmoniya, plevranın empiema, ağciyərlərin absesi)
Cərrahi əməliyyatdan əvvəl və sonra profilaktika məqsədilə
Brusellyoz

Böyrək funksiyasının ağır pozğunluqları, eşitmə sinirinin nevriti, hamiləlik dövrü, aminoqlikozidlərə qarşı yüksək həssaslıq.

Miasteniyalı və parkinsonizmli xəstələrə, yaşlı şəxslərə ehtiyatla təyin edilməlidir. Böyrəklərin ifrazat funksiyası pozulmuş xəstələrdə kreatinin klirensindən asılı olaraq doza korreksiya olunur. Digər aminoqlikozidlərə qarşı yüksək həssaslığı olan xəstələrdə çarpaz allergiya təhlükəsi olduğundan belə xəstələrə Avisin təyin etmək olmaz. Avisin yüksək dozada istifadə edildikdə ototoksik və nefrotoksik təsirinin inkişaf riski yüksəkdir.

Həzm sistemi tərəfindən: qaraciyər transaminazalarının aktivliyinin artması, hiperbilirubinemiya, ürəkbulanma, qusma. Allergik reaksiyalar: dəri səpgiləri, qaşınma, qızdırma; nadir hallarda – Kvinke ödemi.

Qantörədıcı sistem: anemiya, leykopeniya, qranulositopeniya, trombositopeniya. Mərkəzi və periferik sinir sistemi tərəfindən: baş ağrıları, yuxululuq, sinir-əzələ keçiriciliyinin pozğunluğu, eşitmənin zəifləməsi, hətta karlıq, vestibulyar pozğunluqlar.

Sidikçıxarıcı sistem tərəfindən: oliquriya, proteinuriya, mikrohematuriya; nadir hallarda böyrək çatışmamazlığı.

Hamiləlik zamanı Avisin əks göstərişdir. Laktasiya dövründə təyin etmək lazım gələrsə, südlə qidalandırma dayandırılmalıdır.

Yaş

Çəki (kq)

Birdəfəlik doza/ml

Günlük doza

0-2 ay

5

0.5 ml x 2 dəfə

50 mq

3-4 ay

6-7

1.0 ml x 2 dəfə

100 mq

5-7 ay

8-9

1.3 ml x 2 dəfə

130 mq

8-10 ay

10

1.5 ml x 2 dəfə

150 mq

1 yaş

11

1.6 ml x 2 dəfə

165 mq

2-5 yaş

11-14

2.0 ml x 2 dəfə

200 mq

İnfeksiyanın lokalizasiyası, ağırlığı və törədicinin həssəslığı nəzərə alınmaqla fərdi təyin edilir. Əzələ və venadaxilinə 2 dəq. ərzində şırnaq və ya damcı üsulu ilə yeridilir. Yaşlılara və yeniyetmələrə ə/d və v/d – 5 mq/kq dozada hər 8 saatdan, yaxud 7,5 mq/kq dozada hər 12 saatdan bir 7-10 gün müddətində təyin edilir. Uşaqlar üçün başlanğıc doza 10 mq/kq-dır, sonradan doza 7,5 mq/kq-dək artırılaraq hər 12 saatdan bir təyin edilir. Böyüklər üçün maksimal doza 1,5 q-dır.

Avisin amfoterisin B, vankomisin, metoksifurin, enfluran, QSİP, rentgenokontrast maddələr, sefalotin, siklosporin, sisplatin, polimiksinlə və furasemidlə eyni zamanda istifadə etdikdə nefrotoksik təsirin inkişaf riski yüksəlir. Avisin ilgək diuretikləri (furosemid, etakrin turşusu) və sisplatinlə eyni zamanda istifadə etdikdə nefrotoksik təsirin inkişaf riski yüksəlir. Avisin ilgək diuretikləri (furosemid, etakrin turşusu) və sisplatinlə eyni zamanda istifadə edildikdə, ototoksik təsir inkişaf edə bilər. Böyrək çatışmamazlığı zamanı penisillinlərlə birgə təyin edildikdə mikrobəleyhinə təsir zəifləyir. Etil efiri və sinir əzələ keçiriciliyinin blokatorları ilə birgə təyin edildikdə, tənəffüsün ləngiməsi riski yüksəlir. Avisin məhlulda penisillinlər, sefalosporinlər, amfoterisin B, xlortiazid, eritromisin, heparin, nitrofurantoin və tiopentonla, habelə, məhlulun tərkibi və qatılığından asılı olaraq tetrasiklin, B qrupu vitaminləri, C vitamini və kalium xloridlə uyuşmur

30°C-dən aşağı temperaturda, donmadan qorumaqla, qaranlıq yerdə saxlayın.

100 mq 2 ml ampulda N5.

Həkim resepti əsasında.

3 il, Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Avis İlac

RƏSMİ DİSTRİBUTOR: Azerimed MMC

Spelling error report

The following text will be sent to our editors: