AVICALSIN sirop

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

AVICALSIN sirop

AVICALSIN sirop

Şərbətin hər 2 x 5ml-də:

Kalsium qlükonat – 500 mg,Maqnezium qlükonat – 150 mg,Sink sulfat – 6 mg,D3 vitamini – 400 BV

Mineral-vitamin kompleksi.

Avicalsin raxit və osteomalyasiyanın müalicə və profilaktikası üçün kombinəolunmuş preparatdır.Kalsium,maqnezium,sink və D3 vitamini defisitini aradan qaldırır,sümük toxumasının mineralizasiyasını sürətləndirir,kalsium-fosfor mübadiləsini tənzimləyir.Kalsium sümüklərin və dişlərin mineralizasiyasını yaxşılaşdırır,qanın laxtalanmasında,sinir-əzələ keçiriciliyində iştirak edir.

Maqnezium kalsiumun metabolizmini sürətləndirir,sümüklərin inkişafında iştirak edir və D3 vitamini ilə birlikdə sümük homeostazını stabil saxlayır.D3 vitamini (Xolekalsiferol) kalsium-fosfor mübadiləsini tənzimləyir,kalsium ionlarının bağırsaqlardan sorulmasını yaxşılaşdırır,osteositlərdə DNT sintezini stimullaşdırır.Sink 100-ə yaxın fermentativ reaksiyalarda iştirak edir,boy artımını və inkişafı sürətləndirir,zülal və aminturşu sintezində rolu var.

Avicalsin qəbuldan dərhal sonra sorulmağa başlayır,MBT-də ionlaşmış kalsiumun təqribən 2/3-si sorularaq,orqanizmdə əsasən sümük toxumasında depolaşır.Böyrəklər və bağırsaqlarla xaric olur.

Raxit və osteomalyasiyanın müalicə və profilaktikası

Uşaqlarda kalsium defisiti zamanı (əmgəyin gec bağlanması,dişlərin gec çıxması,osteopatiyalar,boy artımının ləngiməsi,karies).

D vitamini defisiti zamanı (süni qidalanan,açıq havada az olan uşaqlar).

Osteoporoz,qıcolma sindromu,spazmofiliya,malabsorbsiya sindromu,xroniki diareya,steatoreya

İntensiv boyatma dövründə boy artımının ləngiməsi

Preparatın komponentlərinə tələbatın artması halları (hamiləlik,laktasiya dövrü,menopauza,vegetarianlar,yaşlılar).

Sınıqlardan sonra reabilitasiya dövründə

Diuretiklərin,qlükokortikoidlərin,qıcolma əleyhinə preparatların,immunodepressantların,antasidlərin ,hormonal preparatların uzunmüddətli qəbulu zamanı

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq,hiperkalsiemiya,D3 vitamininin hipervitaminoz

1-2 yaş – 1 ç.q. gündə 2 dəfə

3-12 yaş – 2 ç.q. gündə 2-3 dəfə

Böyüklər,hamilələr,pəhriz saxlayanlar – 2 ç.q. gündə 2 dəfə

adətən yaxşı qəbul olunur.Nadir hallarda uzunmüddətli qəbul zamanı hiperkalsiemiya müşahidə oluna bilər.

200ml flakonda,portağal tamlı şərbət

Slovpharm,Sloveniya

Spelling error report

The following text will be sent to our editors: