ALSET tablet

Ticari adı

ALSET- ALSET

BPA

Setirizin – Cetirizine

ATC

R06AEO7

ALSET tablet

Örtük qişaya malik tablet, 10 mq

Tərkibi

Hər tabletin tərkibinə daxildir:

aktiv maddə: setirizin dihidroxlorid 10 mq,

köməkçi maddələr: qarğıdalı nişastası, laktoza, polivinilpirrolidon, maqnezium stearat, təmizlənmiş  su, Eudragit E məhlulu (quru maddə), polietilenqlikol 6000, titan dioksid, talk, metilen xlorid.

Ağ rəngli örtük qişaya malik tablet olub, yumrudur, iki tərəfi qabarıq şəkildədir, üzərində bir tərəfli SN/10 yazısı, digər tərəfində xətti işarə vardır.

Piperazin törəməsi olan sistem təsirli antihistamin preparat.

Setirizinin maksimal konsentrasiyası plazmada preparat qəbulundan 1 saat sonra yaranır. Yarımparçalanma dövrü 11 saatdır, 6-12 yaşlı uşaqlarda isə – 6 saatdır. Böyrəklərlə preparatın çıxarılan miqdarı həm böyüklərdə, həm uşaqlarda qəbul edilən dozanın 2/3 hissəsini təşkil edir. Uşaqlarda hesablanmış klirens böyüklərə nisbətən daha artıqdır, eliminasiya isə eynidir. Plazmada olan göstəricilər qəbul edilən dozadan asılı olaraq dəyişmir. Setirizin plazma zülalları ilə sıx şəkildə birləşir.

Alset periferik histamin H1-reseptorlarının yüksək seçici blokatorudur. Sedativ və xolinolitik effektlərə malik deyildir, çünki farmakoloji aktiv formalarda hematoensefalik baryeri keçmir. Alset  ekzogen histaminin kapilyarların genəlməsi, keçiriciliyin artması (ödemin inkişafı, övrə, qızartı), hissi sinir ucluqlarının stimulə olunması (göynəmə, ağrı) və tənəffüs orqanlarının, mədə – bağırsaq traktı saya əzələlərinin spazmı kimi fizioloji və patofizioloji effektlərini ingibə edir. Vazoaktiv intestinal polipeptid (VİP) və P maddəsi (allergik reaksiyada iştirak edən  polipeptid) tərəfindən inkişaf edən dəridəki reaksiyaların qarşısını alır. Alset allergiyanın histamindən asılı olan “erkən” mərhələsinin (antihistamin təsir) qarşısını alır və eozinofillərin iltihabi mediatorlarının miqrasiya gücünü azaldır, bununla da atopik reaksiyanın “gecikmiş” fazasının mediatorlarının ifrazını (antiallergik təsir) tormozlayır.

Alset bronxial astmalı xəstələrdə histaminə qarşı hiperreaktivliyi, xüsusi allergenə qarşı allergik reaksiyaları azaldır.

  • pollinoz (mövsümi allergik rinitlər və konyunktivitlər),
  • xroniki allergik rinit,
  • allergik göynəmə,
  • xroniki urtikariya (övrə)

Preparatın qəbulu qida qəbulundan asılı deyildir.

Müalicənin müddəti prosesin lokalizasiyasından və ağırlığından asılıdır. Preparatın qəbulu axşam yeməyi zamanı məsləhət görülür, çünki gecə simptomlar özünü daha güclü şəkildə büruzə verir. Pollinoz zamanı müalicə 3-6 həftə davam etməlidir.

12 yaşdan böyük uşaqlarda və böyüklərdə 1 tablet (10 mq) gündə 1 dəfə təyin edilir.

2 yaşdan 12 yaşa qədər uşaqlarda:

– çəkisi 30 kq – dan az uşaqlarda ½ tablet (5 mq) gündə.

– çəkisi 30 kq – dan çox olan uşaqlarda – 1 tablet (10 mq) gündə.

Ehtiyac yaranarsa tableti ortada xətti işarə olan tərəfdən 2 hissəyə bölmək və 5 mq dozada (1/2 tabletdən) səhər və axşam qəbul etmək olar.

Preparat adətən yaxşı mənimsənilir. Nadir hallarda müşahidə olunur:

  • baş ağrısı, başgicəllənmə,
  • yuxululuq,
  • güclü həyəcan,
  • ağızda quruluq,
  • dispepsiya.
  • müxtəlif orqan və üzvlərdə  müxtəlif tezlikdə, müxtəlif səpgili əlavə təsirlər rast gəlinə bilir, məsələn:

–          trombositopeniya, çəki artımı, anafilaktik şok, aqressiya, depressiya, sidik ləngiməsi, qıcolmalar, sui-qəsd ideyaları, amneziya, müxtəlif yaddaş pozğunluqları, görmə pozğunluqları, taxikardiya, diskineziya, dad dəyişməsi.

  • preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq
  • hamiləlik  dövrü
  • laktasiya dövrü
  • 6 yaşa qədər uşaqlar
  • qalaktozaya tolerantlığın pozulması ilə müşayiət olunan nadir irsi patologiyalarda, yaxud qlükoza-qalaktoza malabsorbsiyası olan xəstələr
  • kreatin klirensi 10ml/dəq-dən az olan ağır dərəcəli böyrək çatmazlığı

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri yoxdur. Simetidin və diazepamla birgə təyinatına əks göstəriş yoxdur. Setirizin terapevtik dozalarda (0,8 q/l qanda) alkoqolun təsirini artırmamışdır. Sedativ preparatların qəbulu ilə Alseti birgə təyin edərkən diqqətli olmaq vacibdir

Həkim məsləhəti olmadan qəbul etməməli.

Sidik ləngiməsinə meylli xəstələrdə ehtiyatla istifadə edilməlidir.

Böyrək çatmazlığı zamanı doza ½ tabletə enməli.

Epileptik və ya qıcolmaya meylli xəstələrdə ehtiyatla istifadə edilməlidir.

Preparatın nəqliyyat vasitələrindən və potensial baxımdan təhlükəli mexanizmlərdən istifadəyə təsiri

Kəmiyyət baxımından obyektiv qiymətləndirmə zamanı məsləhət olunan dozanın, 10 mq təyinatı nəqliyyatdan və təhlükəli mexanizmlərdən istifadə edən şəxslərdə xoşagəlməz hallar verməmişdir, bununla belə ehtiyatlı olmaq və dozanı aşmamaq məsləhət görülür.

Alsetin birdəfəlik 50 mq dozada (5 tablet) istifadəsi zamanı yuxululuq verməsi mümkündür.

Artıq dozalanma zamanı digər tədbirlərlə yanaşı mədənin yuyulmasını da aparmaq lazımdır.

Setirizinə qarşı xüsusi antidot yoxdur.

Alsetin  karton qutusuna 10 örtük qişalı tablet olan blister və təlimat – içlik daxildir.

+25 0 C-dən yüksək olmayan otaq temperaturunda saxlamalı.

Uşaqların əli çatmadığı yerdə saxlamalı!

2 il

Qutunun üzərində olan müddət bitdikdə istifadə edilməməli.

Santa farma İlaç Sənaye A.Ş.

P.K.262, 34361 Şişli – İSTANBUL/TÜRKİYƏ