ALSET sirop

Ticari adı

ALSET sirop

ALSET sirop

ALSET sirop

Tərkibi

1 menzurka (5ml ) siropda: Setirizin dihidroxlorid 5 mq,

Piperazin törəməsi olan sistem təsirli antihistamin preparat.

Setirizinin maksimal konsentrasiyası plazmada preparat qəbulundan 1 saat sonra yaranır. Yarımparçalanma dövrü 11 saatdır, 6-12 yaşlı uşaqlarda isə – 6 saatdır. Böyrəklərlə preparatın çıxarılan miqdarı həm böyüklərdə, həm uşaqlarda qəbul edilən dozanın 2/3 hissəsini təşkil edir. Uşaqlarda hesablanmış klirens böyüklərə nisbətən daha artıqdır, eliminasiya isə eynidir. Plazmada olan göstəricilər qəbul edilən dozadan asılı olaraq dəyişmir. Setirizin plazma zülalları ilə sıx şəkildə birləşir.

Alset periferik histamin H1-reseptorlarının yüksək seçici blokatorudur. Sedativ və xolinolitik effektlərə malik deyildir, çünki farmakoloji aktiv formalarda hematoensefalik baryeri keçmir. Alset ekzogen histaminin kapilyarların genəlməsi, keçiriciliyinin artması (ödemin inkişaı, övrə, qızartı), hissi sinir ucluqlarının stimulə olunması (göynəmə, ağrı) və tənəffüs orqanlarının, mədə bağırsaq traktı saya əzələlərinin spazmı kimi fizioloji və patofizioloji effektlərini ingibə edir. Vazoaktiv intestinal polipeptid (VİP) və P maddəsi (allergik reaksiyada iştrak edən polipeptid) tərəfindən inkişaf edən dəridəki reaksiyaların qarşısını alır. Alset allergiyanın histamindən asılı olan “erkən” mərhələsinin (antihistamin təsir) qarşısını alır və eozinofillərin iltihabi mediatorlarının miqrasiya gücünü azaldır, bununla da atopik reaksiyanın “gecikmiş” fazasının mediatorlarının ifrazını (antiallergik təsir) tormozlayır.

Alset bronxial astmalı xəstələrdə histaminə qarşı hiperreaktivliyi, xüsusi allergenə qarşı allergik reaksiyaları azaldır. Alset periferik histamin H1-reseptorlarının yüksək seçici blokatorudur. Sedativ və xolinolitik effektlərə malik deyildir, çünki farmakoloji aktiv formalarda hematoensefalik baryeri keçmir. Alset ekzogen histaminin kapilyarların genəlməsi, keçiriciliyinin artması (ödemin inkişaı, övrə, qızartı), hissi sinir ucluqlarının stimulə olunması (göynəmə, ağrı) və tənəffüs orqanlarının, mədə bağırsaq traktı saya əzələlərinin spazmı kimi fizioloji və patofizioloji effektlərini ingibə edir. Vazoaktiv intestinal polipeptid (VİP) və P maddəsi (allergik reaksiyada iştrak edən polipeptid) tərəfindən inkişaf edən dəridəki reaksiyaların qarşısını alır. Alset allergiyanın histamindən asılı olan “erkən” mərhələsinin (antihistamin təsir) qarşısını alır və eozinofillərin iltihabi mediatorlarının miqrasiya gücünü azaldır, bununla da atopik reaksiyanın “gecikmiş” fazasının mediatorlarının ifrazını (antiallergik təsir) tormozlayır.

Alset bronxial astmalı xəstələrdə histaminə qarşı hiperreaktivliyi, xüsusi allergenə qarşı allergik reaksiyaları azaldır.

pollinoz (mövsümi allergik rinitlər və konyunktivitlər),
xroniki allergik rinit,
allergik göynəmə,
xroniki urtikariya (övrə

Preparatın qəbulu qida qəbulundan asılı deyildir.

Müalicənin müddəti prosesin lokalizasiyasından və ağırlığından asılıdır. Preparatın qəbulu axşam yeməyi zamanı məsləhət görülür, çünki gecə simptomlar özünü daha güclü şəkildə büruzə verir.

Yaş

Dozalanma

Qəbul

0-2 yaş

2.5 ml

1 dəfə

2- 6 yaş

5 ml

1 dəfə

6-12 yaş

5-10 ml

1 dəfə

Böyüklər

10 ml

1 dəfə

Pollinoz zamanı müalicə 3-6 həftə davam etməlidir

Preparat adətən yaxşı mənimsənilir. Nadir hallarda müşahidə olunur:

baş ağrısı, başgicəllənmə,
yuxululuq,
güclü həyəcan,
ağızda quruluq,
dispepsiya.

preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq,
hamiləlik,
laktasiya dövrü.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri yoxdur. Simetidin və diazepamla birgə təyinatına əks göstəriş yoxdur. Setirizin terapevtik dozalarda (0,8 q/l qanda) alkoqolun təsirini artırmamışdır. Sedativ preparatların qəbulu ilə Alseti birgə təyin edərkən diqqətli olmaq vacibdir.

Həkim məsləhəti olmadan qəbul etməməli.

Böyrək çatmamazlığı zamanı doza ½ tabletə enməli.

Preparatın nəqliyyat vasitələrindən və potensial baxımdan təhlükəli mexanizmlərdən istifadəyə təsiri

Kəmiyyət baxımından obyektiv qiymətləndirmə zamanı məsləhət olunan dozanın – 10 mq təyinatı nəqliyyatdan və təhlükəli mexanizmlərdən istifadə edən şəxslərdə xoşagəlməz hallar verməmişdir, bununla belə ehtiyatlı olmaq və dozanı aşmamaq məsləhət görülür.

Alsetin birdəfəlik 50 mq dozada (5 tablet) istifadəsi zamanı yuxululuq verməsi mümkündür.

Artıq dozalanma zamanı digər tədbirlərlə yanaşı mədənin yuyulmasını da aparmaq lazımdır.

Setirizinə qarşı xüsusi antidot yoxdur.

Alsetin karton qutuda, 200ml sirop tünd şüşədə, plastik menzurka (5 ml) və içlik var.

+25 0 C-dən yüksək olmayan otaq temperaturunda saxlanmalı.

Uşaqların əli çatmadığı yerdə saxlamalı!

2 il

Qutunun üzərində olan müddət bitdikdə istifadə edilməməli

Santa farma İlaç Sənaye A.Ş.

P.K.262, 34361 Şişli – İSTANBUL/TÜRKİYƏ