Alfatron

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Alfatron

Alfatron

Alfatron®

(sublinqval)

 

Tərkibi: mikronizə edilmiş α 2B interferon…………………………..200 B.V.

 

Alfatronun istehsalında mikronizasiya texnologiyasından istifadə olunmuşdur.Örtüklə örtülmüş hər tablet alfa 2b interferon molekulasının nanohissəciklərindən ibarətdir.

Virus əleyhinə,antiproliferativ və immunomodulyator təsirə malikdir. İnterferon virusun həyat tsiklinin istənilən mərhələsində – hüceyrəyə daxil olan andan, çoxalaraq xaric olan ana qədərki mərhələni blokada edir. Virusların orqanizmdə çoxalmasının qarşısını alır. Hüceyrənin virusa qarşı rezistentliyini artırır. Alfa interferonun virus əleyhinə təsiri onun immunomodulyator effekti ilə bağlıdır. Alfa interferonun immunomodulyator təsiri sitostatik T-limfositlərin, natural killerlərin aktivliyinin yüksəlməsi,faqositozu stimulə etməsi və bir sıra digər immunotrop effektləri yüksəldərək immun cavabda iştirakı ilə izah olunur.

Makrofaqları aktivləşdirərək infeksiyaya qarşı mübarizə aparır.Antiproliferativ təsiri isə atipik hüceyrələrin artmasını ingibə etməklə şiş hüceyrələrinin inkişafını və metastazın əmələ gəlməsinin qarşısını alır .

ü Uşaq və böyüklərdə B,C və D virus hepatitləri,xroniki virus hepatitləri – aktiv və qaraciyər sirrozu ilə ağırlaşmış formaları;

ü Urogenital infeksiyalarda ( xlamidioz, sitomeqalovirus infeksiyası, ureoplazmoz, trixomoniaz, qardenelyoz, papillomavirus infeksiyası, bakterial vaginoz, residivləşən vaginal kandidoz, mikoplazmoz) ;

ü Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri ( servisit, uşaqlıq boynunun ektopiyası , uşaqlıq boynunun həqiqi eroziyası, uşaqlıq yolunun və boynunun kondilomatozu, servikal kanalın polipi);

ü Hamilələrdə urogenital infeksiyalar və müştərək müşayət olunan kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri ;

ü Dəri və selikli qişaların birincili və residivləşən , yüngül və orta ağır gedişatlı, lokal və urogenital herpetik infeksiyaları;

ü Hamilələrdə qrip və digər KRVX və KRİ , o cümlədən bakterial infeksiya ilə ağırlaşmış formaları;

ü Uşaq və böyüklərdə kəskin respirator virus infeksiyaları və yanaşı tənəffüs yolları xəstəliklərinin (kəskin sinusitlər , rinitlər, rinofaringitlər, tonzillitlər, laringitlər ,larinqotraxeitlər, traxeobronxitlər) ;

ü Hamilələrdə infeksion xəstəliklərin profilaktikası;

ü Birincili və təkrari düşüklər;

ü Qızılca;

ü Konyuktivitlər;

ü Onkoloji xəstəliklər;

ü Digər infeksion xəstəliklər;

ü Cərrahi əməliyyatdan sonra fəsadların profilaktikası;

ü Kəskin virus və qarışıq virus-bakterial etiologiyalı bağırsaq infeksiyaları;

ü Artrit-poliartrit; Revmatizm;

ü Fiziki halsızlıq və zəifləmiş immunitet.

Hamilələrə ilkin  həftələrdən gündə 1  sublinqval tablet (dil altında əridilməklə) yeməkdən 30 dəqiqə əvvəl 10 gün ərzində, hər 10-20 gündən bir profilaktik kurslar təyin olunur, profilaktik kurslar doğuşa qədər hər ay təkrar olunur.

Böyüklərə:

10 yaşdan yuxarı uşaqlara  və böyüklərə gündə 1-2 sublinqval tablet (dil altında əridilməklə), yeməkdən 30 dəqiqə əvvəl, ac qarına qəbul etməli.

Uşaqlara:

Yenidoğulmuşlara və 3 yaşa qədər uşaqlara gündə 1 tablet əzib dil altına səpmək. Kurs 5-10 gündür.  Dərman qəbulundan dərhal sonra maye qəbul etməyin!

3 – 10 yaşında uşaqlara gündə 1 sublinqval tablet.

İnterferona qarşı allergiy

Preparatın əlavə təsiri qeydə alınmayıb

Həkim məsləhəti ilə Alfatron-u qəbul etmək olar.

sublinqval tablet N30

Favea Trade s.r.o.Çexiya.

Eksklüziv nümayəndə : Norma – Pharm

Spelling error report

The following text will be sent to our editors: