ADDİTİVA Vitamin C 1000 mq

Ticari adı

ADDİTİVA Vitamin C 1000 mq

ADDİTİVA Vitamin C 1000 mq

ADDİTİVA  Vitamin C 1000 mq

limon dadında qazlı tablet forması

ADDİTİVA /Activline  Vitamin C 240 mq

qırmızı portağal dadında qazlı tablet forması

1 tabletin tərkibi:

Vitamin C (askorbin turşusu) 1000 mq

Vitamin C (askorbin turşusu) 240 mq 

Metabolik proseslərdə iştirak edən, suda asanlıqla həll olan vitamin preparatıdır. Oksidləşmə reduksiya prosesində, karbohidrat mübadiləsində, toxuma regenerasiyasında iştirak edir, qlükozanın istifadə olunmasını bərpa edir. Bağırsaqdan Fe ve Ca-un sorulmasını yaxşılaşdırır. İmmun reaksiyaları requlə edir; faqositoz prosesini başa çatdırır, interferon və antitelin sintezini aktivləşdirir. Soyuqdəymənin müalicəsini sürətləndirir,  ümumi zəifliyi (bədəndə əzginlik, əzələ ağrılarını) aradan qaldırır, orqanizmi virus və bakterial infeksiyalardan qoruyur. Damaqlarda qanaxmaları azaldır, damar divarının keçiriciliyini bərpa edir, qaraciyərdə protrombinin sintezini artırır, kapilyarlara qansızmaların qarşısını alır. Tərkibində şəkər yoxdur, şəkərli diabetli xəstələrdə istifadəsi təhlükəsizdir: vitamin C hüceyrələrdəki sorbitol adlı şəkəri artıraraq yüksək qan şəkərinin yan təsirinin qabağını alır;  şəkərli diabetli xəstələrdə böyrək problemi olduqda sidikdə protein səviyyəsi artır bu zaman qəbul olunan C vitamini sidikdə protein miqdarını aşağı salır.

Mədə bağırsaq traktından asanlıqla sorulur (əsasən nazik bağırsaqda), bütün orqan və toxumalara asanlıqla paylanılır. Leykosit və trombositdə plazmadan daha çox konsentrasiya toplayır. Qaraciyərdə metabolizmaya uğrayır. Aktiv və metabolit şəklində böyrəklərlə atılır. 200 mq-a qədər dozada daxilə qəbul olunduqda preparatın (140 mq)  70% -i sorulur; 200 mq –dan yüksək dozada daxilə qəbul olunduqda sorulma 50-20% azalır. Vitamin C  plazma zülalları ilə 25% birləşir. Orqanizmdə ehtiyat halında 1,5 qr toplanılır, gündəlik qəbul zamanı bu göstərici 2,5 qr olur. Yarımatılma dövrü 4 saat təşkil edir.

Fəsil dəyişəndə profilaktika məqsədilə , vitamin C çatışmazlığı zamanı

—  İnfeksion xəstəliklər zamanı müşahidə olunan intoksikasiyalarda

—  Diş əti xəstəlikləri və diş qanaxması zamanı

—  Kəskin respirator və virus infeksiyaları zamanı

—  Qış aylarında infeksion xəstəliklərə tutulma riski olduqda

—  Tez-tez xəstələnən insanlar (immunodefisit vəziyyət)

—  Ağır xəstəliklərdən sonra sağalma dövründə

—  İştahasızlıq

Komponentə qarşı həssalığın olması, böyrək daşı xəstəliyi, 3 yaşına qədər olan uşaqlar, tərkibində aliminium olan dərman preparatları ilə birgə istifadə.

3-4 yaş uşaqlar: 240 mq (1/2 tablet) gündə 1 dəfə (7-14 gün)

4 -6 yaş uşaqlar: 240 mq gündə 1 dəfə (7-14 gün)

6 -14 yaş uşaqlar: 240 mq gündə 2 dəfə (7-14 gün)

14 yaşından yuxarı uşaqlar və böyüklər: 1000 mq gündə 1 dəfə

Hamiləlik (3 aylıqdan sonra) və laktasiya zamanı: 240 mq gündə 1 dəfə

Qazlı tablet 200 ml və ya 2/3 stəkan suda həll edilərək yeməkdən sonra günün birinci yarısı qəbul edilir.

Diqqət: 3 yaşından yuxarı olan uşaqlarda təyin olunan dozanı artırmaq olmaz.

№ 20 suda tez həll olan tablet (qazlı tablet)

Aptekdən reseptsiz satılır.

Dr. Scheffler – ALMANİYA