Домой / Anatomiya / Fiziologiya / Döş qəfəsinin topoqrafo-anatomik xüsusiyyətləri, inkişaf qüsurları və onların cərrahi korreksiya üsulları
Döş qəfəsinin topoqrafo-anatomik xüsusiyyətləri, inkişaf qüsurları və onların cərrahi korreksiya üsulları

Döş qəfəsinin topoqrafo-anatomik xüsusiyyətləri, inkişaf qüsurları və onların cərrahi korreksiya üsulları

Want create site? Find Free WordPress Themes and plugins.

Döş qəfəsi divarları mürəkkəb quruluşa malikdirlər. Onların əmələ gəlməsində gövdənin ümumi örtükləri (dəri, dərialtı piy toxuması,  səthi fassiya), çiyin qurşağı, gövdəni açan əzələlərlə birlikdə fəqərə sütunu, qarın basqısının bir hissəsi, döş skeleti, tənəffüs əzələləri və diafraqma iştirak edirlər.

Döşün ön, yan və arxa divarlarını təşkil edən toxumalar üç (səthi, orta və dərin) təbəqədə yerləşirlər.

Səthi təbəqənin tərkibinə dəri, dərialtı toxuma, səthi damar və sinirlər, səthi fassiya və süd vəziləri daxildirlər.

Dəri. Döşün ön və yan səthlərinin dərisi, kürək nahiyəsindəkinə nisbətən, nazik və hərəkət-dərialtı piy toxumasmın inkişaf dərəcəsi və quruluş xarakterindən asılı olaraq, dərisinin hərəkətliliyi onun müxtəlif hissələrində eyni cür olmur. Döş sümüyü və tinli çıxıntılar nahiyəsində dərialtı piy toxumasının inkişaf etdiyinə və birləşdirici toxuma liflərı arakəsmələri ilə dəlindiyinə görə dəri burada hərəkətlidir. Dərinin tük örtüyü fərdi və cinsi xüsusiyyət daşıyır və xüsusən kişilərdə döş və kürək sümüyü nahiyələrində güclü inkişaf etmişdir, ona görə də, həmin nahiyələrdə follikulit, furunkul və karbunkul kimi irinli proseslər tez-tez təsadüf olunur.  Dəri, xüsusən də döş və kürək sümükləri nahiyələrində, piy və tər vəziləri ilə zəngindir. Piy vəziləri axacaqlarının laxtalanmış ifrazatla tutulması nəticəsində bu nahiyələrdə çoxsaylı və bəzən də böyük həcmli retension kistalar – steromalar əmələ gələ bilir. Dərialtı toxumanın inkişaf dərəcəsi yaşdan, cinsdən, qidalanmadan asılı olmaqla, qadınlarda yaxşı təzahür etmişdir. Dərialtı toxuma döş sümüyü nahiyəsində zəif, qadınlarda süd vəziləri səviyyəsində güclü və döşün digər səthində Döş qəfəsinin topoqrafo-anatomik xüsusiyyətləri, inkişaf qüsurları və onların cərrahi korreksiya üsullarıbərabər dərəcədə inkişafa malikdir. Döşun dərialtı toxumasında, süd vəzılərı nahiyəsində xüsusən daha inkişaf etmiş, sıx zərif venoz tor yerləşmişdir. O, dəlib keçən venalar vasitəsilə qoltuq, körpücükaltı, qabırğaarası venalar, döş qəfəsinin daxili və qarnın ön divarı venaları ilə anastomozlaşır. Bu venalardan ən böyüyü və döşün ön-yan divarlarında yerləşən döş qəfəsi – qarınüstü vena ( v. thoracoepigastrica), iki ədəd olmaqla, çox uzun gedişə malikdir və səthi qarınüstü vena ilə anastamozlaşdığı yerdən – göbək səviyyəsindən başlayır, sonra döşün yan divarının dərialtı təbəqəsi ilə qoltuq çuxuruna daxil olaraq ya qoltuq venasına, ya da döşün yan venalarından birinə açılır. Beləliklə, bu vena göbəkətrafı venoz tordan başlayan və aşağı boş vena sisteminə açılan v.epigastrica ilə anastomozlaşaraq, yuxarı və aşağı boş venalar-arasındakı kava-kaval anastomozun əmələ gəlməsində iştirak edir. Döşün səthi venaları boyunnahiyəsi venaları və qabırğaarası venalar ilə də anastomozlaşırlar. Aşağı boş venada qan axını çətinləşən zaman venoz qanın müəyyən hissəsi döş və qarın divarlarının səthi venaları ilə axa bilir ki, bu, da həmin venaların əhəmiyyətli dərəcədə genişlən məsinə və dəri altından aydın görünməsinə səbəb olur.

Anoloji şəkil yuxarı boş və qapı venalarında qan axını çətinləşən zaman da baş verir. Aşağı boş venada qan axını çətinləşən zaman göbək ətrafında səthi venaların genişlənməsi nəticəsində əmələ gələn ilanabənzər venoz tor klinikada “meduza başı” sindromu, yuxarı boş venada durğunluq olduqda döşün ön səthindəki səthi venaların genişlənərək, əmələ gətirdikləri venoz tor isə “yuxarı boş vena” və ya “yuxarı boş venanın sıxılması” sindromu adlanır. Bunların da differensial diaqnostika zamanı böyük praktik əhəmiyyəti vardır. Döşün ön divarında yerləşən arterial tor aa. thoracica internae, aa. intereostales, aa.axillares və aa.thoracales lat- crales hesabına əmələ gəlir. Döşün arxa divarından əmələ gələn torda qabırğaarası arteriyaların arxa və yan şaxələri iştirak edirlər.

Döş dərisinin innervasiyası körpücüküstü və qabırgaarası sinirlərin, həmçinin döşün uzun sinirlərinin səthi (dəri) şaxələri ilə təmin olunur. Limfanın daşınmasında səthi damarları müşayiət edən limfa damarları iştirak edir və reqionar limfa düyünlərinə açılırlar.

Döşün səthi fassiyası – fascia superficialis, boyunun I (səthi) fassiyasının davamı olmaqla bədənin səthi fassiyasının bir hissəsidir. Bu fassiya boyundan döşə keçərkən körpücük sümüyü ilə birləşir və III qabırğa səviyyəsinə qədər möhkəm ,səhfədən təskil olunur, qadınlarda süd vəzisinin yuxarı kənarına çataraq, ıki səhfəyə bolunür və süd vəzisini öndən və arxadan əhatə edərək,onun üçün kapsula əmələ gətirir. Şəthi fassiyanm hər iki səfhələri süd vəzisinin aşağı yarımçevrəsi səviyyəsində yenidən birləşərək, bir səfhə şəklində aşağı enir və qarının səthi fassiyası adı ilə davam edir.

Səthi fassiyanın körpücük sümüyü ilə süd vəzisinin yuxarı yarımçevrəsi arasındakı hissəsi qalın və möhkəmdir. Fassiyanın bu hissəsi süd vəzisinin asılan bağı – ligamentum suspensorium mammae (s.lig. Giraldes) adlanır.

Döşün səthi fassiyası süd vəziləri səviyyəsində həm dəriyə, həm də süd vəzisinin daxilinə atmalar verirlər.Səthi fassiyanın dərinin dərin qatlarına gedən hissələri (atmaları) lig. suspensorium Cooperi adlanır. Bu atmalar dəridəki irinli proseslərin asanlıqla dərialtı toxumaya, oradan da süd vəzisi toxumasma keçməsinə əlverışli şərait yaradır. Ona görə də, süd vəzisini örtən dərinin irinli proses mənbələrinin vaxtında və ciddi müalicəsinə xüsusi diqqət yetirilməlidir. Səthi fassiyanın iki səfhəyə bölünərək, süd  vəzisini ön və arxadan xüsusi kapsula şəkilində əhatə etməsi körpücük sümüyü ilə vəzinin yuxarı kənarı arasında birləşərək, möhkəm, qalın, bəzən də tərkibində m.platisma lifləri yerləşən, bir səfhə – süd vəzi asılan bağı əmələ gətirməsi, vəz nahiyəsində və onunla  körpücük sümüyü arasında dərinin dərin qatlarına atmalar verməsi və bu atmaların körpücük sümüyü ilə vəz arasındakı sahədə döş fassiyası ilə birləşməsi süd vəzisi üçün təbii büsthalter rolunu oynayan xüsusi təsbit sistemi yaradır ki, bunun da praktik cərrahlıqda böyük əhəmiyyəti vardır. Belə ki, körpücük sümüyü ilə süd vəzisi arasındakı nahiyədə yaralanmalar və ya cərrahi əməliyyatlar zamanı süd vəzi asılan bağın tamlığının pozulması və yenidən bərpa olunmaması süd vəzisinin təsbitini pozur və gələcəkdə onun sallanmasına (mastoptoz) və funksiyasının pozulmasına gətirib çıxarır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation