Домой / Cərrahiyə / Cərrahi əməliyyatın mərhələləri, əməliyyat zamanı fəsadlar
Cərrahi əməliyyatın mərhələləri, əməliyyat zamanı fəsadlar

Cərrahi əməliyyatın mərhələləri, əməliyyat zamanı fəsadlar

Hər bir cərrahi əməliyyat 3 əsas mərhələdə aparılır: cərrahi kəsik; əsas cərrahi əməliyyatın icrası; əməliyyatın yekunlaşması.

Cərrahi kəsik – xəstə üzvə çatıb onu əldə etmək üçün bədən toxumasının kəsici alətlərlə açılmasıdır. Bədənin hər hansı bir nahiyəsində aparılan kəsik üçün xəstəyə əməliyyat stolu üzərində müvafiq vəziyyət verilməlidir. Boyunda, ürəkdə qarında, çanaqda, aşağı ətraflarda aparılan əməliyyat üçün xəstə arxası üstə;böyrəkdə, döş qəfəsində əməliyyat üçün xəstə böyrü üstə; arxa divararalığında, traxeya və baş bronxlarda əməliyyat üçün xəstə – üzüüstə; aralıqda əməliyyat üçün – Trendelenburq veziyyətində uzadılır .

Cərrahi əməliyyatın asas hissəsinin icrası – geniş cərrahi kəsiklə istər döş, istərsə də qarın boşluğunda olan xəstə üzve çatdıqdan sonra cərrah təftiş aparır, diaqnoz tam təsdiqləndikdon sonra əməliyyatın əsas hissəsinin icrasına başlanır:

a)sağlam toxuma hüdudunda xəstə üzvün bir hissəsinin çıxarılması;

b)xəstə üzvün tam çıxarılması;

c)üzərində əməliyyat aparılan üzvün aid olduğu sistemin pozulmuş fəaliyyətinin bərpası.

Xəstə üzvün bir hissəsinin xaric olmasına rezeksiya deyilir. Məsələn, mədə rezeksiyası, yumurtalığın rezeksiyası, bağırsağın rezeksiyası ve s. əməliyyat üzvün adı ilə adlandırılır.

Xəstə üzvün tam çıxarılması ektomiya adlanır. Xəstə üzvün latınca adının axırına «ektomiya» ifadəsinin əlavə olunması əməliyyatın adını göstərir. Korbağırsağın iltihablaşmış soxulcanabənzər çıxıntısının çıxarılması apendektomiya ,mədənin xaric edilməsi qastrektomiya  adlanır.

Xəstə üzv bütövlükdə, yaxud onun patoloji prosesə tutulmuş hissəsi xaric edildikdən sonra əməliyyatın daha məsuliyyətli mərhələsi-kəsilmiş ucların birləşdirilməsi və qidanın, seliyin, ödün, mədəaltı və bağırsaq şişlərinin, öz yolu ilə axınının təmin edilməsidir.

Bəzi xəstəliklər zamanı cərrah xəstə üzvü çıxarmır, onun pozulmuş fəaliyyətini tam, yaxud qismən bərpa edir. Məsələn, mexaniki sarılığa səbəb olan Fater məməciyinin böyük şişinə görə əməliyyat zamanı pankreatoduodenal rezeksiya qeyri-mümkün olduqda nazik bağırsaqla xarici öd yolları arasında anastomoz qoyulur və ödün bağırsağa axını bərpa edilir. Mexaniki sarılıq aradan qaldırılır. Yaxud boyunda yaradılmış yemək borusu ilə mədə və ya yoğun bağırsaq arasında qoyulmuş anastomozun daralması zamanı anastomoz nahiyəsi boylama açılıb köndələninə tikilir  və anastomozun qida ötürmə qabillyyəti bərpa edilir.

Əməliyyatın yekun mərhələsi – cərrahi kəsiyin icrası zamanı mexaniki üsulla aralanmış toxumaların tamlığının bərpası ilə başa çatır.

Əməliyyatın əsas hissəsi qurtardıqdan sonra cərrah bir daha təftiş aparır, qanaxmanın, döş, yaxud qarın boşluğunda yad cismlərin (tənzif parçaları cərrahi alətlər) olmamasına tam əmin olduqdan sonra qarın, yaxud doş boşluğuna nəzarət, oraya toplanan qan və toxuma mayesini xaric etmək məqsədilə rezin boruların bir ucu əməliyyat sahəsində qoyulub, digər ucu isə dəridən xaricə çıxarılıb cərrahi yara qat-qat tikilir.

Cərrahi əməliyyatın gedişində infeksiyalaşma ehtimalı nəzərə alınaraq, toxumaların bərpası aşağıdakı üsullarla aparılmalıdır:

  • aseptik yaraların qat-qat tikilməsi;
  • yaraları qat-qat tikməklə rezin boruların yarada saxlanılması;
  • yaraların hissəvi tikilməsi və yarada tənzif parçalarının saxlanması;
  • yaraların təkrari açılıb yoxlanılması üçün seyrək tikişlə bərpa;
  • yaraya heç bir tikiş qoymadan açıq saxlanılması.

Əməliyyat zamanı və əməliyyatdan sonra irinli fəsadlar lörənə bilər.

Əməliyyat daxili fəsadlar – əməliyyatın gedişində 2 əsas fəsad daha çox müşahidə olunur; qanaxma və üzvlərin divarının təsadüfən açılması

Qanaxma – əməliyyatın gedişində güclü qanaxma iri mənfəzli damarın ya təsadüfı zədələnməsi, ya da boş bağlanmış liqaturanın sürüşməsi nəticəsində meydana çıxır.

Boşluq daxili xüsusən qarın boşluğu üzvlərinin zədələnməsi – ehtiyatsız işlədikdə, yaxud təkrari əməliyyatdan sonra toxumaların boşluqlu üzvlərin divarında identifikasiya etmədən kəsilməsi, irinli fəsadların meydana çıxmasına səbəb olur. Əməliyyat daxili fəsadların qarşısının alınmasının əsas şərtləri aşağıdakılardır:

  • cərrahi kəsik geniş olmalı və bütün üzvlər gözlə görünməlidir, onların divarları aydın seçilməlidir, çox incə aralanmalıdır, əməliyyatı icra edən cerrah topoqrafık anatomiyanı iri damarların başlanmasını, şaxələnməsini ve gedişini yaxşı bilməlidir;
  • əməliyyat kifayət qədər homeostazla, toxumaları seçmək üçün «quru» sahəde icra edilməlidir;
  • toxumalarla ehtiyatlı rəftar etmək lazımdır, zədə vurmaq, yersiz dartmaq, didmek və cırmaq olmaz.

İrinli fəsadlar və onların qarşısının alınması– irinli fəsadların qarşısının alınması əməliyyat stolunun  üstündən başlıyır. Əməliyyatın başlanğıcı ve bütün gedişi zamanı aseptik qaydalara ciddi əməl olunmalı və aşağıdakı telebler nəzərdən qaçırılmamalıdır:

  • dəri kəsiyindən başlayaraq əməliyyat tam hemostaz şəraitində aparılmalı; toxumalara qansızma, yara boşluğunda qanın toplanması, mikroblar üçün qidalı mühitə çevrilir və onların qısa muddətdə artmasına, irin mənbəyi törətməsinə səbəb olur,
  • əməliyyatın gedişində toxumaları dartmaq, cırmaq qəti olmaz, çünki zədələnmiş toxumalar nekroza uğrayıb irinli fəsadlaşmalar verir;
  • əməliyyat sahəsi və əməliyyat icra olunan (döş, qarın boşluğu) sahə kifayət qədər drenajlanmalıdır;
  • əməliyyatın gedişində kəsilmiş toxuma və qatlar tənzif parçalarla mühafizə olunmalıdır;
  • əməliyyatın  gedişində istifadə olunan cərrahi alətlər tibb bacısı tərəfındən silinməli və qansız quru vəziyyətdə cərraha verilməlidir;
  • irinii möhtəviyyatla təmasda olmuş alətlar aməliyyatın gedişində bir daha islənməməli və dərhal antiseptiklərlə yuyulmalı və mikrobsuzlaşdırılmalıdır,
  • əməliyyatın gedişində cərrahi briqada üzvləri əməliyyatın mərhələlərinə uyğun əlcəkləri yumalı, spirtlə işlədikdən sonra əməliyyatı davam etdirməiidir;
  • uzunmüddətli əməliyyat və infeksiya şəraitində işləyən cərrahi briqada tez-tez əlcəklərini dəyişdirməlidir;
  • irinli ocağa çatdiqda onu açmazdan əvvəl ətraf toxumalar nəmləndirilmiş tənzif parcaların aralanmalı və mühafızə olunmalıdır;
  • irinli ocaq boşaldıqdan sonra həmin nahiyə antiseptiklərlə təkrar yuyulmalıdır. Məsələn, korbağırsağın iltihabı ilə əlaqədar qalça çuxurunda əmələ gəlmiş abses boşluğu irin xaric etdikdən sonra antiseptiklərlə yuyulmalı və drenajlanmalıdır.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*