Домой / Otorinolarinqologiya / Xroniki irinli orta otit və burunun furunkulu
burunun furunkulu

Xroniki irinli orta otit və burunun furunkulu

Orta qulağın xroniki irinli iltihabı xəstəlikləri, kəskin və  xroniki olmaqla otoatriyanın mühüm hissəsini təşkil edir. Bu, nəinki onların tez-tez aşkar edilib rast gəlinnməsı ilə izah edilir, eyni zamanda eşitmənin müxtəlif dərəcədə pozulması ilə müşayiət olunur. Həmin müddətdə vestibulyar funksiyaların pozulması  xəstənin əmək qabiliyyətinə təsir göstərir. Ondan əlavə, irinli otitlər həyat üçün qorxulu və təhlükəli fəsadlara gətirib çıxara bilər. Buna görə də xroniki otiti olan xəstələr fəsadlardan qorunmaq üçün uzun müd­dət həkim nəzarəti altında olmalıdırlar. Kiçik yaşlı uşaqlarda eşitmənin zəifləməsi, nitqin pozulmasına səbəb olur, bu da sonrakı dövrdə tərbiyə və təhsilə mane olur və həmin şəxsin sənət seçməsinə əngəl törədir.

Kliniki gedişinə, patomorfoloji dəyişikliklərə, və xəstəliyin ağırlıq dərə­cəsinə görə, xroniki irinli otitlər 2 əsas formaya bölünür: mezotimpanit və epitimpanit.

Mezotimpanit zamanı iltihabı proses orta qulağın seliki qişasını – təbil boşluğunun orta və aşağı şöbəsini, eləcə də eşitmə borusu nahiyəsini əhatə edir.

Bu çox vaxt burun-udlağın və burun boşluğunun iltihabı patoloji vəziy­yəti ilə əlaqədardır. Beləliklə, həmin sahələrdən orta qulağa daim iltihab yayılır, eyni zamanda eşitmə borusunun hava mübadiləsi və drenaj funk­siyaları pozulur.

Epitimpanit zamanı isə iltihabi proses orta qulağın sümük strukturla rına keçib kariesə səbəb olub yayılmaqla ağ sədəf rəngində xolestea-tomanın yaranmasına səbəb olur. Xolesteatomanın kimyavi tərkibi yağ turşularından, zülaldan eləcədə su və s. ibarətdir.

Çox zaman təbil pərdəsinin kənari perforasiyası zamanı, xarici qulaq keçəcəyinin epidermisinin oradan keçib yayılması nəticəsində xolesteatoma əmələ gəlib (matriks) formalaşır ki, bu onun xarici qatını təşkil edir, attiki, eləcə də cibləri və təbil pərdəsinin Şrapnel hissəsini əhatə edir. Xolesteatomanın daxili qişası isə konsentrik yerləşmiş məhv olmuş epi- dermis hüceyrələrindən ibarətdir.

Xolesteatoma inkişaf edib attiki, antrumu ətraf sümükləri dağıdır, karies prosesi bu qayda ilə sümük divarların dağılmasın sürətləndirməklə labirintin sümük kapsulun dağıdır, üz sinirinin kanalının divarını, məməvarı çıxıntı müəyyən edir.

Burunun furunkulu.Çox vaxt burun girəcəyinin müxtəlif dəri zədələnmələrı zamanı infeksiyanın – qızılı stafilokokk və streptokokkların – piy vəzləri və tük soğanaqlarına keçməsi furunkulun əmələ gəlməsinə səbəb olur. Digər tərəfdən bədənin ümumi müqavimətinin zəifləməsi, hipovitaminoz, soyuq  , şəkərli diabet və s. digər infeksiyalar da furunkulun yaranmasına sə ə ola bilər. Furunkulun yerləşməsinə gəldikdə burunun furunkuluburun girəcəyində, burun ucunda, burun-yanaq büküşü nahiyəsində, eləcə də üzdə, yanaq  və boyunda aşkar edilə bilər. Xəstəlik ağrı və temperaturun bir qədər yüksəl­məsi ilə başlayıb, şişkinlik və hiperemiyanın olması ilə xarakterizə olunur və infiltratın forması konusvari şəkil alır, onun mərkəzində irincik görünür. Ümumi vəziyyət daha da ağırlaşır, ümumi intoksikasiya simptomları – baş ağrıları, ürəkbulanma. limfa vəzlərinin şişkinliyi ilə bərabər, temperaturun yüksəlməsi müşahidə olunur. Bu zaman irinliyin öz-özünə deşilməsi də baş verə bilər, ancaq onun vaxtında açılıb drenasiya edilməsi prosesin tez sakitləşməsinə səbəb olur. Bəzən yanaşı olaraq iki və daha çox fu­runkulun əmələ gəlib birləşməsi daha ağır gedişli karbunkulun yaranma­sına gətirib çıxarır.

Xəstəliyin gedişi. Müalicə düzgün aparılmadıqda bəzi hallarda sepsisə keçə bilər ki, bu da infeksiyanın vv.facialis angularis et ophtalmici va­sitəsilə göz və kəllə daxilinə yayılaraq ağırlaşmalara səbəb ola bilər. Fu­runkulun müalicəsi məqsədilə, əsasən, yüksək dozalarda geniş spektrli antibiotiklər, vitaminlər, sulfanilamidlər və analgetiklərdən istifadə və yerli məlhəmlərin tətbiqi, spirtli sarğılar qoyulması vacibdir. Cərrahi müalicə zamanı yetişmə mərhələsinə çatan furunkullar yerli applikasion, qısa­müddətli venadaxili və ya ümumi narkoz altında açılıb təmizlənməli, özəyi çıxarılmaqla drenasiya edilməlidir, irindən yaxma hazırlanaraq mikroflora və onun antibiotiklərə həssaslığı öyrənilməlidir. Müvafiq müalicə fonunda yerli hipertonik – 10%li Natrium xlorid məhlulu ilə kompress və yara daxi­linə yeridilmiş xırda turundalardan istifadə etmək olar. Dezintoksikasion hiposensiblizasiyaedici terapiya ilə yanaşı antikoaqulyantlar (heparin) ve­na daxilinə və əzələyə yeridilir, eləcə də ağır hallarda stafilokokk əleyhinə qamma-qlobulin, antistafilokokk plazmasını istifadə etmək məsləhətdir .

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*