Домой / Otorinolarinqologiya / Burunətrafı əlavə ciblərin müayinə üsulları
Burunətrafı əlavə ciblərin müayinə üsulları

Burunətrafı əlavə ciblərin müayinə üsulları

Want create site? Find Free WordPress Themes and plugins.

Paranazal sinusların (əlavə ciblərin ) diaqnostikasında diafonoskopiya, tomoqrafiya, flyuroqrafiya  və rentgenoqrafiya tətbiq edilir .

Diafonoskopiya məqsədilə kiçik Kerinq lampasından istifadə edirlər: sınaq qaranlıq otaqda aparılır. Lampanın şəffaf kalpaklı və xüsusi şpadeli olur .Şpadel ilə dili aşağıya basaraq lampanı müayinə olunan şəxsin ağzında yeridirlər, bu zaman müayinə olunan şəxs şpadeli dodaqları ilə kip sıxır .Lampa yanarkən gözyuvasının aşağı kənarı altında qırmızı işıqlanma və gözün işıqlanması qeyd olunur, patologiya zamanı isə qeyd olunmur.

Alın ciblərinin müayinəsində şpadeli xüsusi işıq keçirməyən, distal ucunda linza olan metal kolpal ilə əvəz edirlər .Lampanı yanmış halda göz yuvasının daxili yuxarı bucağına (alın cibinin aşağı divarı) kip sıxılırlar. Normalda sağlam alın cibi nahiyəsinə işıqlanma qeyd olunur ki, xəstəlik olan tərəfdə işıqlanma olmur.

Klinik müşahidələr göstərir ki, əvvələn ,haymor cibinin tutqunluğu tamamilə sağlam adamlarda da ola bilir ki, ikincisi ,yaxşı işıqlanan boşluqlarda selikli və ya selikli-irinli sekret daşıyır. Bunu nəzərə alaraq diafonoskopiyaya böyük əhəmiyyət vermək olmaz.

Burunun əlavə boşluqlarını müayinə etməyin ən qiymətli metodu rentgenqrafiyadır. Rentgenoqrafiya burunun və əlavə ciblərinə məxsus divarların sınıqlarından, əlavə ciblərin iltihabından başqa şişləri , sümük destruksiyasiyalarını ,metal yad cisimləri də aşkar çıxarırlar. Rentgen şəkillərini bir və ya iki proyeksiyada : ənsə-alın və ənsə-çənəaltı proyeksiyalarında çəkirlər. Belə şəkillərdə haymor və alın cibləri ,habelə xəlbir hüceyrələri yaxşı görünür .Əsas cibi aşkar etmək üçün aksial şəkillər çəkilir (çənəaltı-şaquli  vəziyyətdə) .Haymoritin Şhaymor cibindəki şişin və ya sistin diaqnostikası üçün bəzən kontrakt rentgenoqrafiya metoduna müraciət olunur . Bu məqsədlə haymor cibinin punksiyasından və yuyulmasıından sonra bəzən kontrast rentgenoqrafiya metoduna müraciət olunur . Bu məqsədlə haymor cibinin punksiyasından və yuyulmasından sonra ona yodlipol ,lipiodol və ya serqozin yeridirlər .Biz öz praktikamızda  haymor cibinin kontrastlığını üçün barium sıyığı işlədirik . O həm ucuz ,həm də sərfəlidir .Müəyyən vərdiş olduqda rentgenoqramların oxunuşu o qədər də çətin deyildir. Patoloji ciblər deyişikliyin dərəcəsindən asılı olaraq aydın olmur , yaxud diffuz tutqunlaşmamış halda görünür .

Haymoritlərin diaqnostikasında ən dəyərli metod haymor cibinin sınaq punksiyası və yuyulması ,frontitlərin diaqnostikasında isə alın cibinin zondlaması və yuyulmasıdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation