Домой / Pulmonologiya / Bronxial astmanın etiologiya və patogenezi
Bronxial astmanın etiologiya və patogenezi

Bronxial astmanın etiologiya və patogenezi

  • Bronxial astma polietioloji xəstəlikdir.
  • Xroniki, allerqik, residivləşən gedişə malikdir.
  • Xəstəliyin əsas klinik simptomları:
    • Bronxospazm
    • Bronxların selikli qişasının ödemləşməsi və hipersekresiyası nəticəsində boğulma tutmaları
    • Xəstəliyin inkişafında iştirak edən amillər

Daxili amillər:

  • Immun,endokrin,vegetativ sinir sisteminin,
  • bronxların reaktivliyinin,
  • mikosiliar klirensin,araxidon turşusunun metabolizminin bioloji qüsurlarından ibarətdir.

Xarici amillər:

  • Allergenlər
  • İnfeksiyalar
  • Mexaniki və kimyəvi qıcıqlandırıcılar
  • Meteoroloji və fiziki-kimyəvi amillər
  • Stres mənşəli sinir-psixi təsirlər
  • Farmakoloji təsirlər
  • Bir qayda olaraq BA zamanı xəstədə bir neçə amilin müştərək iştirakını aşkar etmək mümkündür.
  • Xəstəlik uzun müddət davam etdikdə müxtəlif spesifik və qeyri spesifik psixogen amillərin əhəmiyyəti artır.
  • Patogenezinin əsasını orqanizmin infeksion və qeyri-infeksion allergenlərə qarşı sensibilizasiyası təşkil edir.
  • Patogenezinin mərkəzi mərhələsini iltihab hüceyrələri və onlar tərəfindən ifraz olunmuş bioloji fəal maddələrin – mediatorların təsiri nəticəsində bronxlarda inkişaf edən qeyri-infeksion mənşəli iltihab prosesi təşkil edir.

BA-nın inkişafında allergik mexanizm :

  • Qeyri-infeksion allergik astma(qeyri-infeksion allergenlərın təsiri ilə)
  • İnfeksion allergik astma ( infeksion allergenlərin təsiri ilə)

BA-nın inkişafında immun mexanizm:

BA-dan əziyyət əkən insanların əksəriyyətində immun səlahiyyətli sistemin pozulmaları I, III, IV tip hiperhəssaslıq reaksiyaları formasında keçir.

Bronxial astmanın patogenezi:

  1. İmmunoloji
  2. Patokimyəvi
  3. Patofizioloji

Immunoloji mərhələ

  • Sensibilizasiya baş verir(sürətli və ləng tipli reaksiyalarla)
  • Sürətli tip-qeyri infeksion BA
  • Ləng tip- infeksion allergik BA
  • Antitellər( daha çox İgE) və sensibilizə olmuş limfositlər əmələ gəlir
  • Antigen antitel komleksi tosqun,plazmatik və limfatik hüceyrələrə fiksə olunur

Patokimyəvi mərhələ

  • Tosqun hüceyrələrin deqranulyasiyası
  • Bronxospastik təsirə malik mediatorlar-histamin,serotonin,bradikinin,asetilxolin azad olunur

Patofizioloji mərhələ

  • Kapillyarların keçiriciliyi artır
  • Bronxlarda ödem,seroz iltihab və bronxospazm inkişaf edir

BA tutmaları

BA-nın kliniki-patogenetik variantları:

  • atopik
  • Infeksiyadan asılı
  • Autoimmun
  • Dishormonal
  • Sinir-psixi disbalans
  • Adrenergik disbalans
  • Bronxların reaktivliyinin birincili dəyişməsi

BA-nın gedişi ağırlıq dərəcəsinə görə:

  • Yüngül gedişli
  • Orta ağır gedişli
  • Ağır gedişli
  • BA-nın gedişində mərhələlərinə kəskinləşmə(güclü təkrari tutmalar),sakitləşən kəskinləşmə( seyrək və yüngül tutmalar)və remissiya(tipik təzahürlər yox olur) mərhələləri ayırd edilir.

BA ilə digər xəstəliklərdən yaranan bronxospastik sindromu fərqləndirmək üçün aşağıdakılar təyin edilir :

  • Boğulma tutmalarının xüsusiyyətləri və müəyyən amillərlə əlaqəsi
  • Allerqoloji anamnez
  • Ağciyərin əvvəldən mövcud olan xəstəlikləri
  • Əvvəllər aparılan müalicənin effektliliyi
  • Xəstəliyin gedişi və ağırlaşma hallarının meydana çıxması
  • Klinik mənzərəsi:
  • Xəstələr boğulma tutmalarından, təngnəfəslikdən, öskürəkdən şikayət edirlər.
  • Öskürək quru,əzabverici,tutmaşəkilli  və ya yapışqanlı çətin xaric olan bəlğəmli olur.
  • BA tutmaları eynitipli olur, qəflətən meydana çıxır, tədricən artır və bir neçə dəqiqədən,bir neçə saata,hətta bir neçə günə qədər davam edir.
  • Xəstə tənəffüsü yüngülləşdirməkçün məcburi vəziyyət alır. Yataqda oturaraq ayaqlarını sallayırlar və əllərini çarpayının kənarına söykəyirlər.Döş qəfəsi maksimal nəfəsalma vəziyyətində olur,köməkçi çiyin qurşağı, kürək, qarın əzələləri də tənəffüsə qoşulur.
  • Nəfəsalma qısa,güclü, nəfəsvermə isə küylü, nəfəsalmadan 3-4dəfə uzun olur. Beləliklə tənəffüs tezləşir,uca,fitəbənzər və küylü olur.
  • Perkussiya zamanı ağciyər üzərində qutu səsi alınır, ağciyərlərin sərhədi aşağı enir və ekskursiyası kəskin azalır.
  • Auskultasiya zamanı bronx obstruksiyasının əlamətləri olan uzadılmış nəfəsvermənin və əsasən quru, fitverici xırıltıların olması aşkar edilir. Ağciyərin müəyyən sahəsi üzərində daimi eşidilən uca ( cırıltılı xarakterli) xırdaqabarcıqlı xırıltılar pnevmosklerozun inkişafına dəlalət edir.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*