Домой / İnfeksiyon xəstəliklər / Epidemiologiya / Bakterioloji (bioloji) silah. Bakterioloji silah ocağında indikasiya və əksepidemik tədbirlər.
Bakterioloji (bioloji) silah. Bakterioloji silah ocağında indikasiya və əksepidemik tədbirlər.

Bakterioloji (bioloji) silah. Bakterioloji silah ocağında indikasiya və əksepidemik tədbirlər.

Bakterioloji silah – kütləvi qırğın silahlarından biri olub insan, heyvan və bitkilərə xəstəlik törədici mikroorqanizmlərin zədələyici təsirinə əsaslanır. İnsan və heyvanları yoluxdurmaq üçün seçilmiş patogen; mikroorqanizmlər və onların toksinləri istifadə olunur. Patogen mikroorqanizmlər quruluşu, ölçuləri və bioloji təsirinə görə bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər, spiroxetlər və ibtidailər sinfinə bölünür.

Bakteriyalar – bir hüceyrəli orqanizmlərdir. Ölçüləri 03-0/5 mkm-dən 8- 10 mkm-ə qədərdir. 1 ml mayedə 550 milyard bakteriya ola bilər. Bakteriyaların çoxalması bölünmə yolu olur. Əlverişli şəraitdə hər 20-30 dəq-də bakteriyalar ikiyə bölünürlər. Bakteriyaların tipik nümayəndələri- sibir yarası, tulyaremiya, vəba, taun və s.törədiciləridir.

Bakteriyalar yüksək temperatur, işıq şüaları, rütubət və dezinfeksiyaedici maddələrin təsirinə həssasdır. Bəzi bakteriyalar xüsusi kapsula ilə örtülür və spor əmələ gətirir. Sporlar yüksək və aşağı temperatura, qurumaya, dazinfeksiyaedici maddələrin təsirinə çox davamlıdır.

Viruslar – mikroorqanizmlərin xüsusi sinifidir. Ölçüləri çox kiçikdir, canlı toxumadan kənarda yaşaya bilmirlər, buna görə bunları hüceyrədaxili parazitlər adlandırırlar. Günəş və ultrabənövşəyi şüaların, yüksək temperaturun, dezinfeksiyaedici maddələrin təsirinə həssasdırlar. Viruslar 200- dən artıq xəstəliyın səbəbi ola bilir.

Rikketsiyalar – mikroorqanizmlərin xüsusi qrupudur, viruslar və bakteriyalar arasında yer tutur.Quruluşuna, xarici görünüşünə və ölçülərinə görə bakteriyalara, hüceyrədaxili parazit olmasına, yalnız canlı toxumalarda çoxalmasına görə viruslara oxşayır. Qarın yatalağı, Ku- qızdırması kimi xəstəliklərin törədicisidir.

Göbələklər – çox müxtəlif və geniş çeşiddə olan mikroorqanizmlərdir.

Bitki mənşəli olub mükəmməl quruluşa malikdir, fiziki, kimyəvi təsirlərə və günəş şüalarının təsirinə, qurumağa davamlıdırlar. Koksidioidomikoz, kriptokokkoz və s. kimi xəstəlikləri törədir.

Toksinlər bir sıra mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələn, canlılara yüksək toksiki təsir göstərən, bəzi hallarda ölümə səbəb olan zülali maddələrdir. Botulizm, difteriya, tetanus toksinləri təmiz halda alınmışdır. Hərbi məqsədlə ən çox botulizm toksini və stafilokok enterotoksini diqqəti cəlb edir, bunlar kimyəvi silah növünə daxildir. Toksinlər yüksək bioloyi aktivliyə malikdirlər, belə ki, botulizm toksininin 0,005 – 0,008 mq dozası ölümə səbəb olur.

Kənd təsərrüfatı bitkilərinə təsir edən kimyəvi vasitələr – toksinlər, herbisidlər, defoliantlar və desikantlar istifadə olunur. Bu kimyəvi vasitələr alaq otlarının məhv edilməsi, yarpaqların tökülməsi və bitkilərin qurudulması məqsədilə istifadə olunur. Bu maddələrin kütləvi istifadəsi torpağın sterilizasiyasına, bitkilərin ölməsinə, heyvan və insanların zəhərlənməsinə səbəb olur. 1963-cü ildə Vyetnamda herbisidlərin külli miqdarda istifadə olnması 2000 insanın zəhərlənməsinə (80 ölüm), 1969-cu ildə isə 28500 insanın zəhərlənməsinə (500 ölüm) səbəb olmuşdur. Bakterioloji silah kimi kənd təsərrüfatı bitkilərinə zərər vuran həşəratlardan istifadə olunur. Kolorada böcəyi, sarança, hessen milçəyi belə həşəratlardandır. Kolorada böcəyi kartof, pomidor, kələm vəs. kimi kənd təsərrüfatı məhsullarına ziyan vurur. Sarança böyük ərazilərdə bitki örtüyünə zərər vurma qabiliyyətinə malikdir. Hessen milçəyi buğda, arpa, çovdar kimi dənli bitkilərə ziyan vurur.

Bakterioloji silah məqsədilə taun, vəba, sibir yarası, botulizm, təbii çiçək, tulyaremiya kimi xəstəliklərin törədicilərindən istifadə olunur.

Taun – kəskin infeksion xəstəlikdir. İnkubasion dövrü 1-3 gündür. Xəstəlik kəskin başlayır: ümumi zəiflik, titrətmə, baş ağrısı, yüksək hərarət, huşun alaqaranliğı qeyd olunur. Xəstəliyin ağciyər forması daha ağırdır. Bu zaman ağır ümumi əlamətlərə döş qəfəsində ağrı, bəlğəmli öskürək qoşulur. Xəstə tez zamanda gücünü və huşunu itirir. Artan kəskin ürək-damar çatmamazliği nətucəsində ölüm baş verir. Xəstəlik 2 gündən 4 günədək davam edir.

Vəba ağir gedişli, tez yayılan kəskin infeksion xəstəlikdir. Xəstəliyin törədicisi vəba vibrionları xarici mühit amillərinə qarşı davamlıdır, suda bir neçə ay qala bilir. İnkubasiya dövrü bir neçə saatdan 6 günədək, orta hesabla 1-3 gündür. Əsas əlamətləri – qusma, ishal, qıcolmalərdır. Qusuntu və nəcis düyü həlimini xatırladır. Orqanizm sürətlə mayesini və çəkisini itirir, temperatur 350-dən aşağı düşür. Ağır hallarda ölüm baş verir.

Sibir yarası əsasən kənd təsərrüfatı heyvanlarının yoluxduğu kəskin infeksion xəstəlikdir. Xəstə heyvanlardan insanlar dəri, tənəffüs yolları, mədə-bağırsaq yolu ilə yoluxur və müvafiq olaraq xəstəliyin dəri, ağciyər və bağırsaq formaları ayırd edilir. Sibir yarasının ağciyər forması ağciyərlərin spesifik iltihabı, hərarətin yüksəlməsi, qanlı bəlğəmli öskürək ilə xarakterizə olunur. Ürək fəaliyyəti zəifləyir və müalicə olunmadıqda 2-3 gündən sonra ölüm baş verir. Sibir yarasının bağırsaq formasında bağısaqda xoralar əmələ gəlir, qarında kəskin ağrılar, qanlı qusma, ishal qeyd olunur. 3-4 gündən sonra ağır hallarda ölüm baş verir. Dəri formasında əsasən dərinin açıq hissələri (əl , üz, boyun, ayaqlar) zədələnir. Mikrobların düşdüyü yerdə qaşınan ləkələr əmələ gəlir. Bu ləkələr 12- 15 saatdan sonra içərisində bulanıq və ya qanlı möhtəviyyat olan suluqlara çevrilir. Bu suluqlar partlayır və onların yerində dərin qara xoralar əmələ gəlir. Bu xoraların diametri bəzən 6-9 sm-ə çatır. Xoralar çox ağrılı olur, ətrafında ödem əmələ gəlir. Əlverişli hallarda 5-6 gündən sonra sağalma baş verir, hərarət aşağı düşür.

Botulizm müasir dövrdə güclü zəhər sayılan botulizm toksini tərəfindən törədilir. Yoluxma zədələnmiş dəridən, tənəffuüs yollarından, həzm kanalından və selikli qişqlardan baş verir. İnkubasiya dövrü 2 saatdan 1 sutkayadək olur. Toksin mərkəzi sinir sistemini, azan siniri və ürəyin sinir aparatını zədələyir. Əvvəlcə ümumi zəiflik, başgicəllənməsi, qarında ağrılar, mədə-bağırsaq yolunda pozğunluqlar əmələ gəlir. Sonra əsas əzələ qruplarının: dil, yumşaq damaq, qırtlaq, üz əzələlərinin iflici baş verir. Mədə-bağırsaq əzələlərinin iflici nəticəsində meteorizm və davamlı qəbizlik yaranır. Tənəffüs üzvlərinin iflici nəticəsində ölüm baş verir.

Tulyaremiya töradicilari suda, torpaqda, tozda uzun müddət sag qala yoluxma tənəffüs yolları, həzm sistemi, selikli qişalar və dəridənbaş verir. Hərarətin yüksəlməsi, baş ağrıları, əzələ ağrıları ilə başlayır. Xəstəliyin ağciyər, bağırsaq və tifoz forması ayırd edilir.

Təbii çiçək viruslar tərəfindən törədilən, qızdırmavə özündən sonr çapıqlar qoyan səpkilərlə xarakterizə olunan xəstəlikdir. Hava və əşya ar vasitəsilə yoluxdurulur.

Bakterioloji silah bakterial vasitələrə və onları tətbiq etmək üçün istifadə olunan döyüş sursatlarına, cihaz və tərtibatlara (raket, aviasiya bombaları və konteynerlər, artilleriya vasitələri) deyilir. Bakterioloji silahın əsas xüsusiyyətləri:

  • Infeksion xəstəlik törədicilərinin epidemiya əmələ gətirməsi, qısa müddətdə müəyyən ərazidə eyni xəstəliklə kütləvi xəstəlik əmələ gətirməsi.
  • Çox az miqdarda törədicinin xəstəlik törətmə qabiliyyətinin olması
  • Inkubasiya ( gizli) dövrünün olması.
  • Xarici mühitdə mikroblar və onların toksinlərinin çətin təyin olunması. Müxtəlif mikroorqanizmlərin təyini yalnız laborator şəraitdə mümkündür.
  • Seçıci və məqsədyönlü təsir etməsi. Yalnız bitkilərin yoluxması məqsədilə (fitoftoraz), heyvanların yoluxması məqsədilə (iribuynuzlu heyvanların taunu), yalnız insanların yoluxması məqsədilə (təbii çiçək, vəba) istifadə olunan bakteriyalar mövcuddur. Düşmən öldürücü təsirə malik (taun, təbii çiçək, sibir yarası) və ya canlı qüvvəni müvəqqəti sıradan çıxarma (tulyaremiya) qüvvəsinə malik törədicilər istifsdə edə bilər.
  • Güclü psixoloji təsiri insanlar arasında təşviş yaradır.
  • Bakterioloji silahın nüvə və kimyəvi silahlara nisbətən ucuz başa gəlməsi.
  • Bioloji törədicilərin çox müxtəlif olması – eyni zamanda bir neçə xəstəlik törədicisi istifadə oluna bilər.
  • Təsirinin uzun müddət davam etrnəsi, məs. sibir yarası sporları xəstəlik törətmə təsirini bir neçə il saxlaya bilir.
  • Xəstəlik törədicilərinin və onların toksinlərinin hava vasitəsıiə hermetik olmayan yerlərə daxil olub insanları yoluxdurrnaq qabiliyyətinin olması.
  • Xəstəlik törədiciləri insan orqanizminə müxtəlif yollarla düşə bilər. Ən geniş yayılmış üsul hava vasitəsilədir. Su və qida ilə, açıq yara və yanıq yerlərinə mikrob düşməsi, yolxucu həşəratlarln dişləməsi ilə, kontakt yolu ilə, bioloji vasitələrlə yoluxdurulmuş hərbi sursatlar vasitəsilə yoıuxma mümkündür. Qansoran həşəratlar xəstəliyi xəstə insan və heyvanlardan sağlam fərdlərə ötürür. Bu həşəratlər: bit, birə,
  • ağcaqanadlar, gənələr, se-se milçəkləri və s. səpkili yatalaq, hemorragik qızdırma kimi xəstəliklərin ötürücüsüdür. Xəstə heyvanlardan insana keçən xəstəliklərə zoonozlar deyilir (brusellyoz, sibir yarası). Xəstəliklərin yayılma yollarından biri də qida yoludur. Yoluxmuş ət və ət məhsullarından sibir yarası, tulyaremiya, salmonellyoz və parazit xəstəlikləi, tərəvəzlərdən vəba, dizenteriya, qarın yatalağı və s. ötürülur.
  • Epidemik təhlükəliliyinə görə bakteriya və viruslar yoluxdurucu olmayan, zəif yoluxdurucu və güclü yoluxdurucu olmaqla 3 qrupa bölünür. İstifadə olunan mikroorqanizmlərin hansı qrupa aid olmasından asılı olaraq zədələnmə ocağının epidemioloji xüsusiyyətləri və epidemiya əleyhinə tədbirlərin xarakteri dəyişir. Törədicisi yüksək yolxucu olan xəstəliklər sürətlə yayılaraq epidemiyalar əmələ gətirir. Epidemiya– ümumi infeksiya mənbəyi, ümumi yoluxma yolu olan bir infeksion xəstəliyin müəyyən ərazidə geniş yayılmasına deyilir. Pandemiyabir ölkə və qitənin sərhədlərini aşan, böyük insan kütləsini əhatə edən güclü epidemiyadır. Hər hansı bir xəstəliyin müəyyən ərazidə daimi rast gəlməsinə endemiyalar deyilir. Heyvanlar arasında yolxucu xəstəliklərin yayılması – epizootiya, bitkilər arasında yayılması – epifitotiya adlanır. Heyvanlar arasında sibir yarası, sap, tulyaremiya, taun, iri buynuzlu heyvanların taunu və s. kimi xəstəliklər yayıla bilər.
  • Bakterial vasitələrin istifadə edilməsi yolları və üsulları.
  • Bakterial silahın çatdırılma yolları müxtəlifdir: təyyarə bombaları, top güllələri, raketlər və içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatıçığı (reseptur) doldurulmuş xüsusi konteynerlər və cihazlar, zəhərlənmiş daşıyıcılar (həratlar, gənələr, gəmiricilər). Bakterial silahı işlətmək üçün düşmən aerozol üsuldan (havanın yoluxdurulması), transmissiv üsuldan (qan soran həşəratlar – bit, birə, ağcaqanad vasitəsilə), diversion üsul-qapalı yerlərin, suyun, ərzağın qəsdən gizli şəkildə yoluxdurulmasından istifadə edə bilər. Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxmasıdır. içərisində bakteria vasitələr olan hərbi sursat partlayarkən havada duman və ya tustuşəkıllı aerozol buludu əmələ gəlir ki, bu bulud külək vasitəsilə yayılır, torpağa çökür və yoluxmuş zona əmələ gətirir. Onun zədələyici təsiri tətbiq edilən xəstəliktörədicidən, ərazinin relyefindən, meteoroloji şəraitdən və s. asılıdır. Yoluxma təkcə bakterial vasitələrin tətbiq edildiyi zaman deyil, buluddan ayrılmış aerozol hissəciklərinin zədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı olaraq, bir neçə saat, gun, həftə, hətta ay müddətində də baş verə bilər.Yoluxdurulmuş həşəratlar vasitəsilə sarı qızdırma,taun və s. kimi xəstəliklər yayılır. Düşmən geri çəkilərkən yoluxmuş əşyaları: geyim, ərza, sigaret və xəstə insanları saxlamaqla infeksion xəstəliyin yayılmasma nail ola bilər. Bu zaman yoluxma birbaşa kontakt vasitəsilə baş verir.
  • Bakterioloji ocaqda əhalinin davranışı
  • Düşmən tərəfindən bakterial silahın işlədilməsinin hər hansı əlamətini təyin etdikdə dərhal əleyhqaz, respirator, toz əleyhinə parça maska və ya pambıq – tənzif maska taxmaq, dərinin qoruyan vasitələr geyinmək və yaxmlıqdakı mülki – müdafiə orqanları və ya tibbi müəssisəyə xəbər vermək lazımdır. Sonra isə şəraitdən asılı olaraq mühafizə qurğularında (sığınacaq, radiasiya əleyhinə daldanacaq və ya sadə daldanacaq) saxlanmaq lazımdır. Fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etmək, mühafizə qurğularında saxlanmaqla bakterial vasitələrin tənəffüs orqanlarma, dəriyə və paltara düşməsinin qarşısını almaq olar. Əhalinin infeksion xəstəliklərə qarşı dözümlülüyünü artırmaq, immurıiteti yüksəltmək üçün sülh dövründə müəyyən işlər görülməlidir. Belə ki, sistematik bədən tərbiyəsi və idmanla məşğul olmaq, peyvənd və zərdablarla spesifik profilaktika aparmaq lazımdır. Zədələnmə olduqda Aİ – 2 aptekçədə olan bakteriya əleyhinə dərmandan istifadə olunur. Bakterial silahdan effektiv müdafiə məqsədilə epidemiya əleyhinə və sanitar – gigiyenik tədbirlər həyata keçirilir.

Sanitar-gigiyenik tədbirlərə aşağıdakılar aiddir:

  • Şəxsi gigiyena qaydalarına riayət etmək,ərzağın keyfiyyəti, saxlanma rejiminə nəzarət, tara və bağlamaların vəziyyətinə, su mənbələrinin, su borularına nəzarət.
  • Qida rnüəssisələrinin, bina, avadanlıq və nəqliyyat vasitələrinə nəzarət
  • lctimai iaşə müəssisələri, mağaza, bazarların sanitar vəziyyətını yaxşılaşdırmaq. Bu müəssisələrin dezinfeksiyaedici vasitələrlə, dezinfeksiya, dezinseksiya, deratizasiya aparmaq üçün avadanlıqlarla təmin ediiməsi.

İnfeksion xəstəlikdən qorunmağın əsas yollarından biri şəxsi gigiyena qaydalarına riayət etməkdən ibarətdir:

  • əllərin işdən sonra, yeməkdən əvvəl sabunla yuyulması
  • bədənin hamamda duş altında yuyulması, alt paltarları və yataq ağlarının vaxtaşırı dəyişilməsi
  • üst paltarlarmın sistematik çırpılıb təmizlənməsi
  • yaşayış və iş yerlərinin təmizlənməsi
  • yalnız yoxlanılmış ərzaqlardan istifadə olunması, su və südün qaynadılması, meyvə və tərəvəzlərin qaynadılmış su ilə yuyulması, ət və balıq məhsullarının yaxşı qaynadılıb bişirilməsi, çörəyin odda qurudulması.

İnfeksion ocağın ləğv edilməsində əhalinin aktiv və şüurlu hərəkət etməsinin rolu böyükdür. Hər bir şəxs işdə, evdə, küçədə qoyulmuş qayda və rejimə riayət etməlidir. Qida hazırlanarkən və qəbul edilərkən qablar dezinfeksiyaedici vasitələrlə yuyulmalı və ya qaynadılmalıdır. Yalnız bağlı qablarda, soyuducularda olan ərzaqlardan istifadə olunmalıdır. Otaqdan çıxarkən tənəffüsü, dərini qoruyan fərdi müdafiə vasitələrini taxmalı, içəri girərkən isə ayaqqabilar bayırda çıxarılıb dezinfeksiyaedici vasitələrlə təmizlənməlidir. Xəstəliyin ilk əlamətlərini müəyyən edən zaman dərhal həkim çağırmaq, xəstəni təcrid etmək lazımdır. Xəstə evdə müalicə olunarsa ayrı otaqda yerləşdirmək və ya buna imkan yoxdursa xəstənin çarpayısını ayırmaq lazımdır. Xəstənin qablarını ayırmaq, otaqda cari dezinfeksiya aparmaq, sodalı, sabunlu su və ya başqa yuyucu vasitələrlə əşyaları yumaq, bəzi əşyaları qaynatmaq və bu xəstəyə qulluq mümkün olarsa bir adam tərəfindən aparılmalı təhlükəsizlik qaydalarına, şəxsi gigiyena qaydalarına cıddı etmək lazımdır. Xəstə sağaldıqdan və ya xəstəxanaya yerləşdirdikden sonra son dezinfeksiya işləri aparılır. Xəstənin otağı,  ağları, əşyaları dezinfeksiya olunur.

İnfeksion xəstəliklər ocağında sakinlər öz mənzil və ev əşyalarını ezinfeksiya etməlidirlər. Bunun üçün müxtəlif maddələrdən (xlorlu əhəng, xloramin, qələvilər, formalin, lizol) istifadə olunur. Divarlar, tavan, döşəmə, mebel və ağac əşyalar dezinfeksiyaedici maddələrlə isladılmış əskilərlə silinir. Yumşaq mebel əvvəlcə tozsoranla təmizlənir,sonra isə 3%- li xloramin məhlulunda isladılmış əski ilə silinir. Pambıq paltarlar 2% – li soda məhlulunda 2 saat ərzində qaynadılır, qaynar ütü ilə ütülənir. Qaynatmaq mümkün olmayan əşyalar, ayaqqabılar, xalça, yastıq və s. dezinfeksiya stansiyalarında təmizlənir. Yaşayış mənzilləri, fərdi mühafizə vasitələri də dezinfeksiya olunur. İşlənmiş əskilər, materiallar xüsusi yerlərdə toplanılır və yandırilir. Mənzilləri dezinfeksiyaetmək üçün 5% – li xlorlu əhəng məhlulundan istifadə olunur. Dezinfeksiya işləri aparan şəxslər işdən sonra tam sanitar təmizləməsindən keçirlər. Stasionar yuma məntəqələrində, hamam və ya xüsusi yaradılmış yuma meydançalarında tam sanitar təmizləməsi aparılır. Bu meydançalarda 3 otaq: soyunma, yuyunma və geyinmə otaqları ayrılır. Bundan başqa yoluxmuş əşyaları zərərsizləşdirmək üçün şöbə vardır. Soyunma otaqlarında üst paltarlar, baş örtüyü, dərini qoruyan vasitələr çıxarılır. Bu paltarlar xidməti işçilər tərəfindən zərərsizləşdirmək üçün xüsusi şöbəyə aparılır. Yuyunma otağına girişdə əleyhqaz çıxarılır, selikli qişalar 2% – li soda məhlulu ilə silinir, hər adama sabun və lif verilir. Yuyunma otaqlarında sabun və isti su ilə əvvəcə əllər sabunlanır, üz, baş yuyulur, sonra isə bütün bədən yuyulur. Duş altında yuyunma 10 – 15 dəq. davam edir. Geyinmə otaqlarında tam sanitar təmizləməsi keçənlər tibbi baxışdan keçib ya təmizlənmiş öz paltarlarını ya da ehtiyyat fonddan paltarlar geyinirlər.

Bakterial zədələnmə ocağında əhalinin təcili profilaktik müalicəsi aparılır. Bu müalicəni obyektə təhkim olunmuş tibb işçiləri, sahə tibb işçiləri, həmçinintibb birləşməsinin şəxsi heyəti aparır. Hər bir sanitar drujinasına müəyyən sahə ayrılır. Sutkada 2-3 dəfo sanitar drujinaçıları ərazini gəzir, əhaliyə müalicəvi preparatlar paylayır. Profilaktika məqsədilə geniş spektrli antibiotiklər verilir. Aİ 2 aptekçədə olan Idərmanlardan insanlar sərbəst istifadə edirlər.Törədici məlum olduqda bu xəstəlik üşün spesifik olan antibiotik, zərdab və s. ilə təcili profilaktika aparılır. Epidemik prosesin gedişinə sosial faktorlarm təsiri böyükdür. Əhalinin yaşayış şəraiti,əhalinin sıxlığı, sanitar mədəniyyəti, miqrasiya prosesləri,profilaktik tədbirlərin vaxtında aparılması böyuk rol oynayır. İnfeksion xəstəliklərə qarşı tibbi tədbirlər profilaktik və epidemiya əleyhinə olmaqla 2 yerə bölünür. Profilaktik tədbirlərin məqsədi infeksion xəstəliyin əmələ gəlməsinin qarşısını almaqdır və infeksion xəstəliyin olub — olmamasından asılı olmayaraq aparılır. Epidemiya əleyhinə tədbirlər epidmik ocaqda infeksiyanın ləğvinə yönələn tədbirlər kompleksidir. Bu tədbirlər əsas 3 istiqamətdə aparılır:

  • İnfeksiya mənbəyinə qarşı
  • İnfeksiyanın ötürülmə yollarına qarşı
  • İnfeksion xəstəliyə dözümlülüyün artırılması

Bu tədbirləi həyata keçirmək üçün aşağıdakı işlər görülur:

  • ilk infeksion xəstəni vaxtında təyin etmək
  • xəstəni təcrid etmək, onunla kontaktda olanları təyin etmək
  • xəstəlik haqqında təcili xəbərdarlıq
  • təcridetmə və rejimli ( karantin) tədbirlərinin görülməsi
  • xəstə ilə kontaktda olanla nəzarət, onların təcridi
  • təcili və spesifik profilaktika
  • dezinfeksiya, dezinseksiya və deratizasiya
  • su, ərzaq məhsullarından nümunələr götürüb analiz olunması

Bakterioloji zədələnmə ocağında infeksion xəstəliyin yayılmasının qarşısını almaq üçün xüsusi rejim – karantin rejimi qoyulyr.

Karantin – bakterial zədələnmə ocağını tam təcrid etmək, infeksion xəstəliyin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən epidemiya əleyhinə rejimli profilaktika tədbirlər sistemidir. Karantinin məqsədi zədələnmə ocağını tam təcrid etmık və xəstəliyi aradan qaldırmaqdır. Rejimli tadbirlərə aiddir: zədələnmə ocağını təcrid etmək, əhalini kiçik qruplara bölmək, ocaqda komendant xidməti yaratmaq, əraziyə giriş və çıxışı qadağan etmək, ev əşyalarının və heyvanlarının ərazidən çıxarılmasına qadağan qoymaq, ocağın içərisində hərəkəti məhdudlaşdırmaq.

Epidemiya əleyhinə tədbirlərə aiddir: təcili profilaktika, xəstələrin və şübhəlilərin müəyyən olunması, təcrid olunması, qospitala göndərilməsi və müalicə olunması, əhalinin sanitar təmizlənməsi, Ərazinin, nəqliyyatın, əşyaların, mənzillərin dezinfeksiyası.

Karantin qoyulan ərazidə bütün müəssisələrdə işlər dayandırılır, tədris müəssisələrində dərslər dayandırlır, bazarlar və əhalinin kütləvi yığıldığı yerlər bağlanılır. Fəhlə və qulluqçular profilaktik sanitariya təmizlənməsindən keçirilir. Karantin zonasına giriş mülki müdafiə qərargahı rəisi tərəfindən yalnız xüsusi birləşmələrə verilir. İşini davam etdirın xalq təsərrüfatı obyektləri xüsusi rejimə keçirilir, işçılər kiçık qruplara bölünür, onlar arasında kontakt azaldılır. Qidalanmaq və istirahət üçün xüsusi otaqlar ayrılır. Əhaliyə evlərindən çıxmamaq tövsiyə olunur, ərzaq , su lazım gəldikdə xüsusi dəstələr vasitəsilə evlərə çatdırılır. Karantin müddəti son xəstənın təcridindən sonra xəstəliyin inkubasiya dövrü müddətinə uyğun vaxt keşdikdən, şəxsi heyətin tam sanitariya təmizlənməsi və yoluxmuş obyektlərin dezinfeksiyası başa çatdıqdan sonra təyin olunur. Tibb xidmətinin şəxsi heyəti xüsusi təhlükəli xəstəliklə yoluxmuş xəstələrə xidmət zamanı taun əleyhi qoruyucu kostyumlarda işləyirlər.

Xəstəlik xüsisi təhlükəli xəstəliklərə aid olmadıqda və kütləvi xəstələnmə təhlükəsi olmadıqda observasiya rejimi təyin olunur.

Observasiya – epidemiya ocağındayolxucu xəstəliklərin qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə – məhdudlaşdırma və müalicə – profilaktik tədbirlər sisteminə deyilir. Observasiya zamanı aşağıdakı işlər görülür:

  • giriş – çıxış məhdudlaşdırılır
  • infeksion xəstələrin müəyyən edilməsi, təcrid edilməsi və qospitalizasiyası
  • əhalinin sanitar təmizlənməsl
  • təcili profilaktik tədbirlərin görülməsi
  • sanitar – gigiyenik və epidemiya əleyhinə tədbirlərin gücləndirilməsi

Observasiya zamanı bütün müalicəvi – profilaktik tədbirlər olduğu kimi aparılir, yalnız təcridetmə tədbirləri daha yüngülləşdirilir. İnfeksion zədələnmə ocağında əhali tibb xidmətinin qoydugu bütün tədbirlərə ciddi riayət etməlidir., profilaktik peyvəndlərin keçirilməsindən və dərman qəbulundan heç kim imtina etməməlidir. Observasiya müddəti xəstəliyin inkubasiya dövrünə uyğun təyin olunma və son xəstə təcrid olunduqdan , dezinfeksiya işləri başa çatdıqdan sonra aradan qaldırılır. Müşahidə olunan şəxslər bu  məqsədlə yaradılmış observasiya məntəqələrində yerləşdirilir, daimi  nəzarəti altında saxlanılır. Bəzən müşahidə zamanı profilaktik  peyvəndlər aparılır. Müşahidə olunan şəxslər arasında xəstələr aşkar edilərsə onlar təcrid olunur, digələri yenidən sanitarıya təmizlənməsindən keçirilir, otaqlar dezinfeksiya edilir, observasiya müddəti uzadılır. Oservasiya müddəti başa çatdıqdan sonra

müşahidə  olunan şəxslər karantin zonasını tərk edir və onlara əmək qabi iyyətını itirmə vərəqəsi verilir, observasiya məntəqələrində son dezin e işləri aparılır. Karantin və observasiya zonalarında əhali profilaktik olaraq antibiotik və digər preparatlar qəbul edir. Karantın və observasiya təyin olunduqdan sonra həmin ərazıdə dezinfeksıya, dezinseksiya və deratizasiya həyata keçirilir.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*