Домой / Kardiologiya / Ateroskleroz
Ateroskleroz

Ateroskleroz

Want create site? Find Free WordPress Themes and plugins.

Ateroskleroz (yunanca: athere – “sıyıq”, “sıyığabənzər kütlə”, sklerosis – “birləşdirici toxumanın inkişafı”, “bərkimə”) – orqanizmdə piy və zülal mübadiləsinin pozulması ilə əlaqədar elastik və əzələ-elastik tipli arteriyaların daxili qatında lipid və zülalların ocaqlar şəklində toplanması və birləşdirici toxumanın inkişafı ilə xarakterizə olunan xroniki xəstəliyə deyilir.

Ateroskleroz xəstəliyinin adı təbabətə ilk dəfə 1904-cü ildə F. Marşan tərəfindən tətbiq edilmişdir. 1911-ci ildə isə rus-patoloq anatomu N.N.Aniçkov eksperimental yolla ateroskleroz xəstəliyinin əsas məzmununu öyrənmiş və göstərmişdir ki, ateroskleroz hiperlipidemiya zamanı qanda olan xolesterinlərin damar divarına infiltrasiyası nəticəsində baş verir. Ona görə də ateroskleroza Marşan-Aniçkov xəstəliyi də deyilir.

Aterosklerozun əsas klinik-morfoloji xüsusiyyətləri ardıcıllıqla aşağıdakılardan ibarətdir: orqanizmdə lipoproteid mübadiləsinin pozulması ilə əlaqədar qanda olan xolesterinin və onun efirlərinin, zülalların aterial tipli damarların intimasına infiltrasiya etməsi; bu damarların divarında ocaqlı piy distrofiyasının inkişaf etməsi, bununla da həmin ocaqlarda xroniki hipoksiya nəticəsində reaktiv olaraq birləşdirici toxumanın – sklerozun meydana çıxması və fibroz aterosklerotik düyünlərin inkişafı; bu düyünlərin tədricən böyümələri ilə əlaqədar aterial damarların mənfəzlərinin daralması; bu damarların qanla təchiz etdiyi toxumalarda işemiyanın və işemik dəyişikliklərin meydana çıxması; aterosklerotik düyünlərin mənfəzə doğru açılması və damarların intimasında yaraların əmələ gəlməsi; bu yaralar nahiyəsində tromb kütlələrinin meydana çıxması, trombemboliyaların və digər ağırlaşmaların inkişafı və s.

Aterosklerozun etio-patogenezi

Əksər ürək-damar sistemi xəstəlikləri, o cümlədən də ateroskleroz üçün etioloji amillər ümumidir və bunlara risk faktorları deyilir. Aterosklerozun inkişafında xüsusi əhəmiyyət kəsb edən risk faktorlarına aşağıdakılar aiddirlər: psixo-emosional gərginlik və sinir amili, irsi-genetik amillər, etnik amillər, yaşın və cinsin təsiri, arterial hipertenziya, siqaret çəkmə, hipodinamiya, piylənmə, qidalanma xüsusiyyətləri, maddələr mübadiləsinin ekzogen və endogen səbəblərdən pozulması, hormonal pozğunluqlar, damar dəyişiklikləri, şəkərli diabet və s. Beləliklə, polietioloji xəstəlik hesab edilən aterosklerozun  inkişafında bu və ya digər dərəcədə rol oynaya biləcək bütün faktorlar nisbi olaraq 3 qrupa bölünə bilər: 1) Xarici mühit faktorları; 2) Qidalanma faktorları; 3) İrsi və ya daxili faktorlar.

Aterosklerozun morfogenezi və morfologiyası

Ateroskleroz xəstəliyi elastiki və əzələ-elastiki tipli arterial damarların, daha doğrusu iri və orta kalibrli arteriyaların divarında aterosklerotik düyünlərin meydana çıxması ilə xarakterizə olunur. Çox az hallarda bu düyünlərə kiçik kalibrli – əzələ tipli arteriyalarda rast gəlinir. Bir sözlə ateroskleroz ən çox və ilk növbədə döş aortasında və qarın aortasında, ürəyin tac arteriyalarında, baş beyin əsasının damar kələfində, böyrək və müsariqə arteriyalarında, aşağı ətraf arteriyalarında və s. meydana çıxır. Ağımtıl rəngə və bərk konsistensiyaya malik olan bu düyünlər müxtəlif ölçülü ocaqlar şəklində çox zəif sürətlə və tədricən inkişaf edir. Dalğavari xroniki gedişə malikdir. Belə ki, eyni bir xəstənin bir damarında tamamilə ayrı-ayrı inkişaf mərhələlərində olan aterosklerotik dəyişiklər qeyd edilir.

Ateroskleroz öz inkişafında makroskopik (gözlə) və mikroskopik səviyyələrdə konkret mərhələlər keçirir.Ateroskleroz

Makroskopik olaraq aterosklerozun inkişafında 4 mərhələ ayırd edilir.

  1. Piy ləkələri mərhələsi
  2. Fibroz düyünlər mərhələsi
  3. Yaraların əmələ gəlməsi mərhələsi və ya ağırlaşan zədələnmələr mərhələsi
  4. Aterokalsinoz mərhələsi

Aterosklerotik dəyişiklikləri mikroskopla müayinə etdikdə isə damar divarında nəinki yuxarıda göstərilən və gözlə görünən makroskopik dəyişikliklərin histoloji mahiyyəti aydınlaşır, digər tərəfdən gözlə görünməyən yeni patohistoloji dəyişikliklər və hətta yeni mərhələlər də müəyyənləşdirilmiş olur.

Aterosklerozun mikroskopik mərhələləri, o cümlədən də morfogenezi və xarakter mikroskopik patohistoloji dəyişiklikləri aşağıdakılardan ibarətdir.

  1. Lipidönü mərhələ
  • Arterial damarların zədələnməsi ilə əlaqədar onun keçiriciliyinin pozulması, intimaya plazmorragiya və plazma zülallarının keçməsi,Ateroskleroz intimanın səthində çoxlu miqdarda, xırda ölçülü, yastı divarönü mikrotromb kütlələrinin əmələ gəlməsi
  • Bu dəyişikliklərlə əlaqədar intimada reaktiv olaraq turş qlikozaminqlikanların toplanması və intimanın ödemi
  • Endotel hüceyrələrdə, daxili qatın bazal membranında və lifli strukturlarda destruktiv dəyişiklərin baş verməsi, keçiriciliyin daha da pozulması, külli miqdarda lipoproteidlərin intimaya infiltrasiyasının başlanması, intimada və intima ilə media arasında saya əzələ hüceyrələrinin və makrofaqların proliferasiyası
  1. Lipoidoz mərhələsi
  2. Liposkleroz mərhələsi
  3. Ateromatoz mərhələ
  4. Yaralanma mərhələsi
  5. Aterokalsinoz

Aterosklerozun klinik-morfoloji formaları

Aterosklerozun morfoloji dəyişiklikləri həmişə bütün şəxslərdə bütün arterial damarlarda eyni intensivliklə və eyni dərəcədə inkişaf etmir və bununla da əlaqədar eyni dərəcədə klinik əhəmiyyət kəsb etmir. Aterosklerotik dəyişikliklərin hansı arterial damarda daha çox üstünlük təşkil etməsindən, bununla da əlaqədar hansı müvafiq üzv və toxumada morfoloji dəyişiklərə səbəb olmasından və klinikada müvafiq əlamətlərlə müşayiət olunmasından asılı olaraq ateroskleroz xəstəliyinin aşağıdakı klinik-morfoloji formaları ayırd edilir: 1. Aorta forması; 2. Ürək forması; 3. Beyin forması; 4. Böyrək forması; 5. Müsariqə forması; 6. Ətraf forması; 7. Universal və ya müştərək (kombinə olunuş) forma

Aterosklerozun bu klinik-morfoloji formaları içərisində ən geniş yayılanları və daha çox klinik əhəmiyyət kəsb edənləri aorta, ürək və beyin formalarıdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Автор публикации

не в сети 7 months

Mariam Sadikova

Комментарии: 0Публикации: 62Регистрация: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Авторизация
*
*


Регистрация
*
*
*


Генерация пароля