Домой / Farmakologiya / Antibiotiklərin təsir vahidi. Bakterisid və bakteriostatik təsir.
Antibiotiklərin təsir vahidi. Bakterisid və bakteriostatik təsir.

Antibiotiklərin təsir vahidi. Bakterisid və bakteriostatik təsir.

Antibiotiklər bakteriyalara aktiv inkişaf və çoxalma fazasında təsir gostərir.  Bu onunla əlaqədar olur ki , əksər antibiotiklər bakteriyalara metabolizm səviyyəsində təsir göstərərək onların formalaşmış strukturunu zədələmirlər. Bu səbəbdən antibiotiklər  xroniki infeksiyalara nisbətən kəskin infeksiyalarda daha yüksək effektə malik olur. Təsir mexanizmlərimlərinə gorə aşağıdaki qruplara ayirmaq olar.

  1. Bakteriya hüceyrə divarının sintezinin inhibə edilməsi  və litik enzimlərin aktiv olunmasi. Bu tipdə təsir göstərən bakteriyalar əsasən bakterisid təsir gostərirlər. Bakteriyani ən xaricdə olan huceyrə divarının funksiyası hüceyrə icində olan 25 atmosferlik təzyiqə müqavimət göstərərək  hüceyrənin formasını qorumaqdır.  Əgər bu divar zəifləyərsə  bakteriya şişməyə başlayir və hüceyrə 25 atmosferlik təzyiqə müqavimət göstərə bilməyib dağılır. Bu normotonik və hipotonik hallarda olur. Hipotonik halda isə baş vermir.  Belə vəziyyətlərdə bakteriya protoplast və  ya  sferoblast vəziyyətə kecər.

Bu tip təsir edən penisillinlər, sefolosporinlər və xematoteropotiklərdir.  Bunlar hüceyrə divarını yaradan maddələrdən mureinin içindəki peptidoqlikan zəncirinin yan dallanmalarini təşkil edən transpeptidaz enzimini inhibə edərlər və zəncirlərin bir-birinə bağlanmasına mane olaraq murainin meydana gəlməsini dayandırırlar.

Basitrasin, novobiosin , vankomisin, sefamisin, karbopenem və mono baktamlar eyni şəklində bakterisid təsir gostərirlər.

  1. Hüceyrə membranının permiabilitəsinin artırılması.  Sitoplazma memranı dağıldığında həyati əhəmiyyətli elektrolitlər çölə çıxır və hüceyrənin daxili tarazlığı pozulur.  Bu cür təsir göstərənlər çox tez bakterisid təsir göstərirlər.  Polomiksinlər ,gramisidin,  nistatin,  amfoterisin –b , kolistin, imidazol törəmələri hüceyrə membranındakı fosfolipidlərə bağlanaraq permiabilitəsini artırırlar.
  2. Ribosomlardakı protein sintezinin pozulmasi. Bu tip təsir göstərən maddələr geniş spektirli və bakrerisid təsirlidir. Təsirlərini m-RNT-ni pozaraq edirlər. Tetrasiklinlər , n-RNT-nin ribosomlara bağlanmasına mane olurlar. Kloramfenikol , m-RNT-nin oxunmasını pozur. Eritromisin , klindamisin, fusidin də m-RNT-nin oxunmasını pozurlar.

Aminoqlikozid antibiotiklər , m-RNT-nin ribosomlara bağlanmasına mane olurlar. Bunlar digərlərinin tərsinə bakterisid təsir göstərirlər və 30 dəqiqə içində təsir göstərirlər.

  1. Genetik materialin pozulmasi . DNT sintezinin pozulması, bu yolla  DNT kontrolundakı RNT sintezinin pozulması. Bu yola təsir edənlərin selektivliyi çox aşağıdır.

Mitoisin , aktinomisin , dauronubisin, sitozin-arabinozin, 5-flurotozin, interferon, sulfonamid, trimetoprim, rifampisin, nalidiksit asit, nitrofurantoin, metronidazol, kinolon, primetamin, griselfulvin. Bunların bir qismi bakteriostatik bir qismi isə bakteriosid təsirlidir.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*