Alkoqol şəxsiyyət dəyişilməsi
Xronik alkoqolizm, spirtli içkilərə güclü meyillik, ona qarşı orqanizmin fiziki və psixi asıldığı müşayiət edilən, tədricən şiddətlənən xəstəlikdir: Bu, alkoqolu uzun müddət müntəzəm olaraq qəbul edən adamlar arasında baş verir. Xəstəliyin özünəməxsus klinik mənzərəsi, qanunauyğun dinamikası, somatik və psixonevroloji ağırlaşmaları vardır.
Xronik alkoqolizm əhali arasında geniş yayılmış xəstəliklərdəndir. Elmi mənbələrin məlumatına görə bu xəstəliyə düçar olma halları spirtli içkilər qəbul edənlər arasında 0,1-0,6% və daha çox təşkil edir. 2001-çi ilin məlumatına görə isə Azərbaycanda 0,5% olmuşdur. Qadınlar axasında alkoqolizmə 10 dəfə az təsadüf edilir.
Xronik alkoqolizmin meydana çıxması təkcə onu müntəzəm qəbul etməklə deyil, həm də qəbul edilən içkidə alkoqolun konsentrasiyası, şəxsin yaşı, fərdi həssaslığı, irsi meyilliliyi, orqanizmin ümumi sağlamlığının somatik xəstəlikləri, kəllə travmalarının olması asılıdir
Xroniki alkoqolizm və onun mərhələləri
- mərhəl (məişət alkoqolizmi)
- mərhələ (xumarlanma sindromu)
- mərhələ (tolerantlığın azalması, şəxsiyyət dəyişkənliyi və i.a.)
Alkoqolizmin üçüncü mərhələsində şəxsiyvətinenməsi, kobudluq, emosiya, iradə sferasına aid olan əlamətlərlə təzahür etməyə başlayır. Xəstə qəzəbli, aqressiv, ədəbsiz və ya süst, qəmgin, yazıq və küt görünür. Adi sosial-etik prinsiplər pozulur və xəstənin bütün varlığı yalnız bir istiqamətə, istənilən yolla içki əldə etməyə yönəlir. İnsanlıq ləyaqətini itirmiş belə adamlar heç nəyin fərqinə varmadan harada gəldi, necə gəldi içir, lüzumsuz və cəfəng bir şəkildə öz heyvanı hisslərini söndürməyə cəhd göstərirlər. Belə vəziyyətə düşmüş alkoqolik artıq ailəsini də itirir, heç yerdə daimi işə qəbul edilmir, təsadüfü qazancla, bəzən də xırda oğurluq və ya tanış-bilişlərdən qəpik-quruş almaq hesabına (dilənçilik edənlər de az olmur) dolanırlar. Bu mərhələnin ağır keçən formalarında ağıl zəifliyi – demensiya inkişaf edir. Yaddaş kəskin şəkildə pozulur, intellektual fəaliyyətin xeyli zəifləməsi qeyd edilir. Üçüncü mərhələdə xəstələrə tibbi yardım göstərmək praktik olaraq qeyri-mümkündür.
Leave a Reply