Домой / Səhiyyə təşkilatı / Ailə həkiminin təcrübəsində tibbi deontologiya və həkim etikası.
Ailə həkiminin təcrübəsində tibbi deontologiya, həkim etikası, tibbi və ailə psixologiyası, yatrogen xəstəliklər.

Ailə həkiminin təcrübəsində tibbi deontologiya və həkim etikası.

İlk  dəfə  etika  termini  Ərəstun  tərəfindən  insanın  əxlaqını  xarakterizə  etmək  üçün  istifadə  edilmişdir. Sonralar  eksikologiya (yaxşılıq və  yamanlıq) haqqında  təlim  və  deontologiya (borc  haqqında  təlim) bura daxil  edilərək  genişləndirilmişdir.

Etika  yunan  sözü  olub – adət, mənəviyyat  deməkdir.Eyi məna  əxlaq  sözünə  də  aiddir. Çox  halda etika  dedikdə,əxlaq, mənəviyyat haqda nəzəri  və  elmi  biliklər  nəzərdə  tutulur.

Son  onilliklərdə  tibbi  etika  termini  ilə  yanaşı  deontologiya  termini  də  işlədilir.Deontologiya  yunan  sözü  olub, deon-borc,vaciblik  və  logos-təlim  sözündən  ibarət  olub  borc  haqda  təlim  deməkdir.İlk  dəfə  bu  termin  XIX əsrin  əvvəllərində  ingilis  hüquqşünası  və  filosofu  İ.Bentam   tərəfindən  işlədilmişdir.O, “Deontologiya və  ya  əxlaq  haqda  elm”kitabında  deontologiyanı  insanın  davranış  borcu  haqda təlim  kimi  qiymətləndirir.O,deontologiyanı  etikaya  qarşı  qoyaraq  onu  fərdlərin  davranış  əxlaqı  və  ictimai  borcu  haqda  elm  kimi  qiymətləndirir.

Həkimlik  etikası  və  tibbi  deontologiyanın  əsas  problemləri  aşağıdakılardır:Ailə həkiminin təcrübəsində tibbi deontologiya, həkim etikası, tibbi və ailə psixologiyası, yatrogen xəstəliklər.

  1. Həkim-xəstə
  2. Həkim-xəstənin  qohum-əqrəbası, dost-tanışları
  3. Həkim-həkim (tibb  personalı)
  4. Həkim  sirri
  5. Həkim  səhvi.

Həkim-xəstə  münasibətləri  həkimlik  etikası  və  bioetikanın  mərkəzi  problemidir.Bura  həkimin  etibarlığı, sənətinə  vicdanla  yanaşmağı, həddən-ziyadə  diqqətli  olmağı, xeyirxahlığı, xəstəyə  fərdi  yanaşmağı, xəstənin  psixoloji  xüsusiyyətlərini  nəzərə  almağı, xəstələrin  müalicəsi  və  diaqnostikasında  kliniki  və  deontoloji  əsaslandırma, konfidensiallığı  əsasdır.

Həkim-xəstə  münasibətlərinə  tarixi  baxımdan  2  növ  yanaşma  mövcuddur:

  • paternalistik  (avtoritar  münasibətlər)  modeli
  • antipaternalistik  modellər.

Avtoritar  modeldə  xəstəliyin  gedişi  və  nəticəsi  üzərində  məsuliyyəti  həkim  bütövlükdə  öz  üzərinə  götürür.Bu  modelin  mənfi  cəhəti  xəstənin  müalicə  metodlarına  münasibətinin  nəzərə  alınmaması, onun  hüquqlarının  məhdudlaşdırılmasıdır.

Paternalistik  modeldə  pasiyentə  veriləcək  informativ  məlumat  həkimin  istəyindən  asılı  olurdusa, yeni  modellərdə  bu  məlumatları  almaq  xəstənin  hüququdur.Xəstə  öz  vəziyyəti  haqda  həqiqi  məlumatları, bu  xəstəliyin  bütün  mümkün  müalicə  üsullarını, risklərini  bilməlidir.Tam  və  həqiqi  informasiya  alma  hüququ  Hippokratdan  gələn  klassik  etika  hüquqları  ilə  təzad  təşkil  edir.Hələ  XIX  əsrin  sonunda  Q.A.Zaxarin  yazırdı: “Xəstəyə  onun  vəziyyəti  ilə  bağlı bütün  təhlükəni  açmaq  həkim  tərəfindən  edilən  səhv  və  hətta  cinayət  kimi  qiymətləndirilməlidir”. Bəzi  hallarda  həkimin  xəstə  ilə  açıq  söhbətindən  sonra  informasion  və  ya  psixogen  yatrogeniyalar  yaranır.Xəstənin  ruhi  və  hətta  fiziki  vəziyyəti  pozulur.Buna  baxmayaraq, hazırda  hər  bir  vətəndaşa  özü  haqda tibbi  sənədlərlə  tanış  olmağa, mütəxəssislərlə  məsləhətləşməyə  hüquq  verilir.Vətəndaşın  tələbi  ilə  sənədlərin  sürəti  çıxarılıb  ona  verilə  bilər.Beləliklə, müalicə  ilə  bağlı  xəstənin  könüllü  razılığı  əldə  edilir, hər  bir  şəxs  öz  bədəninin  sahibi  olur, ağlı  başındadırsa  istənilən  tibbi  müdaxilənin  aparılmasına  razılıq  verə  və  ya  qadağan  edə  bilər.

Həkimlərin  kliniki  fəaliyyətində  “yatrogeniya” problemi  müasir  dövrdə  çox  vacibdir.Klassik  şəkildə  yatrogeniya  XX  əsrin  20-ci  illərində  tibb  personalının  qeyri-düzgün  davranışı  ilə  bağlı  xəstəliyin  gedişinin  pisləşməsi  və  psixogen  reaksiyaların  yaranması  şəklində  formalaşıb.Belə  informasion  və  psixogen  yatrogeniyaların  səbəbləri  sırasına  həkimin  xəstə  ilə  diaqnoz  və  proqnozla  bağlı  açıq  söhbəti, mümkün  ola  bilən  ağırlaşmalar, fatal  nəticə, səhiyyə maarifi  işinin  düzgün  aparılmaması, bəzən  xəstəlik  tarixinin  və  digər  tibbi  sənədlərin  xəstəyə  verilməsi  də  səbəb  ola  bilər.

İntensiv  dərman  terapiyasının  gün-gündən  daha  da  genişlənməsi, invaziv  diaqnostika  metodlarından  istifadə  edilməsi, mürəkkəb  cərrahi  müdaxilələr  tibbə  nəinki  böyük müvəffəqiyyətlər  gətirmiş, həm  də  bəzi  çətinliklər  və  fəsadlar  yaratmışdır.

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*