Домой / Nefrologiya / Ailə həkiminin iş təcrübəsində xroniki böyrək çatışmazlığı. Profilaktika.
Ailə həkiminin iş təcrübəsində xroniki böyrək çatışmazlığı. Profilaktika.

Ailə həkiminin iş təcrübəsində xroniki böyrək çatışmazlığı. Profilaktika.

Want create site? Find Free WordPress Themes and plugins.

Uzun sürən ağır xəstəlikdir, yalnız ölümlə nəticələnir. Xəstənin müəyyən müddət yaşaması üçün hemodializ tələb olunur. Xroniki böyrək çatışmazlığının kəskin böyrək çatışmazlığı ilə heç bir əlaqəsi yoxdur. Proses yalnız yumaqcıqlarda lokalizə olunur. Morfoloji ekvivalenti nefroskleroz və (və ya) qlomerulosklerozdur. Əksər yumaqcıqlar natamam və ya tam şəkildə sklerozlaşmış və ya hialinozlaşmışlar.

Yumaqcıqların sklerozlaşması 2 mənşəli ola bilir:

  • Damar mənşəli. Buna böyrəyin birincili büzüşməsi də deyilir. Bu zaman yumaqcıqların sklerozlaşmasının səbəbi böyrək toxumasına qan gətirən damarlardakı patologiya, qanın zəif gəlməsi və toxumada baş verən hipoksiyadır. Böyrək arteriyasının aterosklerozu zamanı damar divarındakı aterosklerotik düyün mənfəzi daraldır və böyrəyə daxil olan qanın miqdarı azalaraq toxumada aclıq və hipoksiya törədir. Xroniki hipoksiya nəticəsində yumaqcıqlar və üzvün interstisiyası sklerozlaşır. Buna aterosklerotik nefroskleroz deyilir. Hipertoniya xəstəliyi zamanı isə (böyrək formasında) böyrəyin daxilindəki arteriolların divarı hialinozlaşır və sklerozlaşır, bu isə damar divarını qalınlaşdıraraq onun mənfəzini daraldır. Beləliklə, toxumanın qanla təchizatı zəifləmiş olur və hipoksiya nəticəsində yumaqcıqlar və interstisiya sklerozlaşır. Buna arteriolosklerotik nefroskleroz deyilir. Birincili böyrək büzüşməsinə həmçinin böyrək arteriyasının anadangəlmə inkişaf anomaliyaları, fibroz-əzələ stenozu və s. vazorenal patologiyalar zamanı da rast gəlinir.
  • Qlomerulyar və ya parenximatoz mənşəli. Buna böyrəyin ikincili büzüşməsi də deyilir. Səbəbi böyrək yumaqcıqlarında baş vermiş bu və ya digər xəstəliklərdir. Məsələn: qlomerulonefritlər (nefritik nefroskleroz), böyrəyin amiloidozu (amiloidli büzüşmə), şəkərli diabet (qlomeruloskleroz) və s.

Nefroskleroz zamanı skleroz yalnız yumaqcıqlarda deyil, həmçinin kanalcıqlarda və böyrəyin interstisiyasında da gedir. Məlumdur ki, interstisiya xüsusi interstisial hüceyrələr vardır ki, bunlar normada prostoqlandin ifraz edərək venoz damarlarla böyrəkdən çıxmaqda olan renini inaktivləşdirir. Prostoqlandinin reninin ingibitorudur. Nefrosklerozlar zamanı interstisial hüceyrələr transformasiya edərək fibroblastlara çevrilir və kollagen liflər sintezi ilə məşğul olur; prostoqlandin ifraz olunmadığı üçün renin aktiv halda qalan digər üzv və toxumalara da yayılır və arterial qan təzyiqinin yüksəlməsinə səbəb olur. Beləliklə, bu xəstələrdə böyrək mənşəli simptomatik hipertoniya da meydana çıxır.

Böyrəkdə baş vermiş nefrosklerozun hansı mənşəli (damar və ya parenximatoz mənşəli) olmasını mikropreparata əsasən təyin etdikdə damar divarındakı dəyişikliklərin olub-olmaması əsas differensial morfoloji kriteriya hesab edilir.

Xroniki böyrək çatışmazlığı olan xəstələr əsasən uremik komadan tələf olurlar.

Sıxılma sindromu və ya Kraş – sindrom (Crush – sindrom) adətən zəlzələlər, dağıntılar və digər təbii fəlakətlər, bədbəxt hadisələr yatrogeniyalar zamanı və digər bəzi hallarda rast gəlinən patologiyadır. Yuxarı və aşağı ətraflardan müəyyən bir nahiyənin uzun müddət iki böyük bərk cisim arasında qalaraq sıxılması nəticəsində bu yerdə magistral arteriya və venoz damar qapanır və bu yerdə periferik hissədəki toxumalarda, o cümlədən də eninəzolaqlı əzələlərdə qan təchizatı kəsilir. Əzələ liflərində homogenizasiya, şişkinlik, koaqulyasyon nekroz və destruksiya edir. Sitoplazmada olan çoxlu miqdarda sarkoplazma zülalı – mioqlobin sərbəstləşərək nekrozlaşmış əzələ hüceyrələrindən kənara çıxır. Xəsarət almış şəxs dağıntıların altından çıxarıldıqda və yaxud ağır fiziki cisim aradan qaldırıldıqda sıxılmış damarlar açılır, periferik hissənin qan dövranı bərpa olunur. Külli miqdarda mioqlobin qanla yuyularaq venoz qanla bütün orqanizmə yayılır. Orqanizmin ümumi intoksikasiyasına səbəb olmaqla yanaşı, mioqlobin orqanizmdən xaric edilmək üçün böyrəyə gətirilir. Yumaqcıq kapilyarlarından keçmiş mioqlobin kanalcıq epitellərinə kəskin toksiki təsir göstərir, onları nekrozlaşdırır. Mikroskopik müayinə zamanı epitelləri nekrozlaşmış kanalcıqların mənfəzində homogen kütlə şəklində çoxlu miqdarda mioqlobin yığıntıları görünür.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publication author

offline 8 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation