Домой / Nefrologiya / Ailə həkiminin iş təcrübəsində pielonefritlər və müalicə-sağlamlaşdırıcı tədbirlər
Ailə həkiminin iş təcrübəsində pielonefritlər və müalicə-sağlamlaşdırıcı tədbirlər

Ailə həkiminin iş təcrübəsində pielonefritlər və müalicə-sağlamlaşdırıcı tədbirlər

Want create site? Find Free WordPress Themes and plugins.

Pielonefrit böyrək ləyəni və kasacıqlarının, böyrək parenximasının, xüsusən ara toxumanın qeyri-spesifik iltihabi prosesidir. Xəstəliyə ən  çox uşaq yaşlarında təsadüf olunur. Yaşlılarda isə uşaq vaxtı sağalmamış piolelonefritin davamı müşahidə olunur. 40 yaşa qədər qadınlar daha tez xəstəliyə tutulur, bu da hamiləlik və aşağı sidik yollarının anatomik xüsusiyyətilə əlaqədardır, ahıl yaşlarda isə kişilər arasında xəstəliyin çox yayılmasını prostat vəzisinin adenoması nəticəsində baş verən sidik stazı ilə izah etmək olar.

Pielonefrit ən çox təsadüf olunan böyrək xəstəliyi olub, eyni zamanda yuxarı tənəffüs orqanları katarından sonra bütün xəstəliklər arasında tezliyinə görə ikinci yeri tutur.

Gedişinə görə, kəskin və xronik pielonefrit ayırd edilir. Kəskin pielonefrit böyrəklərdə gedən müxtəlif intensivlikdə irinli iltihabi prosesdir. Xronik pielonefrit süstgedişli, arabir kəskinləşmə verən, böyrək parenximasının və ləyən-kasacıq sisteminin bakterial iltihabi prosesi olub, böyrək toxumasının sklerozu ilə nəticələnir.

Xronik pielonefrit kəskin pielonefritin xronik hala keçməsi nəticəsində və ya başlanğıcdan xronik proses kimi inkişaf edə bilər.

Pielonefrit birincili, ağırlaşmamış və ya hematogen və ikincili, ağırlaşmış və ya obstruktiv olmaqla iki qrupa ayrılır.

Birincili pielonefritdə xəstəliyin başlanğıcında böyrək və yuxarı sidik yollarında urodinamik dəyişiklik əsasən müşahidə olunmur, ikincili Ailə həkiminin iş təcrübəsində pielonefritlər və müalicə-sağlamlaşdırıcı tədbirlərpielonefritdə isə əksinə, xəstəliyin əmələ gəlməsinin əsas şərtlərindən biri böyrək və yuxarı sidik yollarında urodinamikanın uzvi və funksional pozulmasıdır. Bunun müəyyənləşməsinin böyük klinik əhəmiyyəti vardır, çünki xəstəliyin gedişi, müalicə üsulları və proqnozu bir-birindən fərqlənir.

İkincili pielonefritin baş verməsində yuxarı sidik yollarında urodinamık pozğunluqlarla yanaşı, böyrək, qan və limfa dövranı pozğunluqları böyük rol oynayır. Sidik kisəsi-sidik axarı-böyrək reflyuksu və s. böyük rol oynayır. Çox zaman böyrək daşı xəstəliyi zamanı aşkar edilmiş pielonefriti ikincili pielonefrit qrupuna aid edirlər. Lakin müəyyən olunmuşdur ki bu xəstələrin 1/3 hissəsində əvvəl pielonefrit, sonra isə böyrək daşı müşahidə olunur.

Pielonefritin baş verməsinin əsas şərtlərindən biri orqanizmin ümumi vəziyyəti və müəyyən yerli (mikroflora) faktorların olmasıdır, çünki hələ mikroorqanizmlərin böyrəyin interstisial toxumasına keçməsi heç də həmişə xəstəliklə nəticələnmir. Orqanizmin immun proseslərinin zəifləməsi xəstəliyin baş verməsində əsas şərtlərdən biridir. Həmçinin yorğunluq nəticəsində orqanizmin infeksiyaya qarşı müqavimətinin zəifləməsi, keçirilmiş xəstəliklər, hipovitaminoz pielonefritin inkişafına şərait yaradır.

Xronik pielonefritdə iltihab nəticəsində dəyişmiş nahiyələr sağlam böyrək toxuması ilə növbələşir. Ona görə də böyrəklərdə proses asimmetrik gedir. Histoloji olaraq, xronik pielonefritin 4 mərhələsi aşkar edilir. 1-ci mərhələdə ara toxumanın leykositar infiltrasiyası, yığıcı kanalcıqların atrofiyası baş verir. 2-ci mərhələdə yumaqcıqların hialinozu, kanalcıqların atrofiyası, çapıq toxumanın inkişafı aşkar edilir. 3-cü mərhələdə yumaqcıqların məhv olması ilə yanaşı kanalcıq epitelinin az diferensiasiya etməsi və mənfəzi kolloid kütlə ilə dolması aşkar olunur. 4-cü mərhələdə böyrəyin qabıq maddəsi azalır, böyrəklərdə birləşdirici toxuma inkişaf edir, ikincili büzüşmüş böyrək müşahidə olunur.

Kəskin pielonefritin klinik mənzərəsi ağır intoksikasi ya ilə gedən ümumi ağır infeksion prosesin və yerli əlamətlərin birgə təzahurundən ibarətdir. Xəstəlik kəskin başlayır, yüksək temperatur, üşütmə  və həddən artiq tərləmə çox vaxt bel nahiyəsində ağrılar olur.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Автор публикации

не в сети 7 months

Mariam Sadikova

Комментарии: 0Публикации: 62Регистрация: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Авторизация
*
*


Регистрация
*
*
*


Генерация пароля