Домой / Kardiologiya / Ailə həkiminin iş təcrübəsində hipertonik krizlər – ilk yardım.
Ailə həkiminin iş təcrübəsində hipertonik krizlər – ilk yardım.

Ailə həkiminin iş təcrübəsində hipertonik krizlər – ilk yardım.

Want create site? Find Free WordPress Themes and plugins.

HX-nin  gedişi xəstələrin  əksəriyyətində (20%-dən   33%-dək)  hipertonik  krizlərlə   ağırlaşır. HX-nin  və  simptomatik  hipertenziyaların  ən  çox  rast  gələn  ağırlaşması  hipertoniya  krizidir.O, xəstəliyin  bütün  mərhələlərində  meydana  çıxa  bilər, hətta  hipertonik  krizin  xəstəliyin  yeganə  əlaməti  kimi  təzahür  etməsi  halları  da  məlumdur. Hipertonik  kriz  AT-nin  kəskin  olaraq  əhəmiyyətli  dərəcədə  yüksəlməsi  və  bu  səbəbdən  baş-beyin  qan  dövranında  ciddi  pozğunluqların  və  kəskin  ürək  çatışmazlığının  inkişaf  etməsilə  xarakterizə  olunur. Krizlərə  meyllilik  daha  çox   xarici  qıcıqlara  qarşı  MSS-in  adaptasiya  qabiliyyətinin  əhəmiyyətli  dərəcədə  azalması  olan  nevrozlu  xəstələrə  xasdır.Hipertonik  kriz  zamanı  AT-nin  yüksəlməsi  kifayət  qədər  kəskin  inkişaf  edən, əsasən, serebral  və  kardia  xarakterli  Ailə həkiminin iş təcrübəsində hipertonik krizlər – ilk yardım.klinik  simptomlarla  müşayiət  olunur. Müxtəlif  fiziki  və  psixi  yüklənmə, çoxlu  miqdarda  duz, maye, alkoqol  qəbulu, dərman  müalicəsindən  imtina  etmək  və  s.  krizlərə  təkan  verə  bilər. Bu  zaman  xəstədə  çox  yüksək  AT (DAT 130-140  mm  c.süt) təyin  olunur.Əksər  hallarda  AT-nin  bu  cür  yüksəlməsi  fonunda  beyin  əlamətləri (ürəkbulanma, qusma,gömənin  pozulması)  meydana  çıxa  bilər. Bunlarla  eyni  vaxtda  və  ya  bir  qədər  sonra  AH-nın  digər  əlamətləri  və  ağırlaşmaları (ÜİX-nin  kəskinləşməsi, kəskin  sol  mədəcik  çatışmazlığının  inkişaf  etnəsi)  inkişaf edə  bilər. Ağır  krizlər  zamanı  göz  dibində  qansızmalar, görmə  siniri  diskində  ödemlər  meydana  çıxa  bilər. AH-nin  krizlərlə  gedişi  böyrək  hipertoniyasından  daha  çox  essensial  HX  üçün  səciyyəvidir, lakin   feoxromositoma  və diensefal  sindrom  zamanı  meydana  çıxan   simptomatik  hipertenziyanı  inkar  etməyə  əsas  vermir(dəqiq   diaqnoz  xüsusi  müayinələrin  köməyilə  diaqnostik  axtarışın  sonuncu  mərhələsində  müəyyən  edilir).

Şərti  olaraq  hipertonik  krizlərin  2  növü ayırd  edilir. Xəstəliyi  erkən  mərhələləri  üçün  I tip  krizin (adrenalin  krizi)  inkişafı  səciyyəvidir. Bu  zaman  xəstələr  kəskin  başağrısından, başgicəllənmədən, göz önündə  toranlığın  olmasından, bütün  bədəndə  yaranan  tremordan, istilik  hissindən ,ürək  nahiyəsində  sancı  şəklində  ağrıdan  şikayətlənirlər. Sistolik təzyiq  80-100  mm  c.süt.  qədər, diastolik  təzyiq  isə  30-40  mm  c.süt  qədər  yüksəlir. Ürək  vurğularının  tezliyi  dəqiqədə  20-50 vurğuya  qədər  artmış  olur. Dəqiqəlik  həcmin  Ailə həkiminin iş təcrübəsində hipertonik krizlər – ilk yardım.artması  müşahidə  olunur (hiperkinetik  tip). I tip  kriz  2-3  saatdan  artıq  davam  etmir  və  bir  sıra  hallarda  qeyri-iradi  olaraq  sidik ifrazı  və  ya  defekasiya  aktının  baş  verməsi  ilə  sona  çatır.  Medikamentoz  korreksiyaya  nisbətən  asanlıqla  tabe  olur.

II  tip  kriz (noradrenalin  mənşəli)  HX-nin  son  mərhələsində  bir  qayda  olaraq  AT-nin  kəskin  yüksəlməsi  fonunda  meydana  çıxır.Krizin  inkişafı  tədricən  baş  verir, davametmə  müddəti  bir  neçə  günə  qədər  çata  bilər. Krizin  başlanğıcı  həddən  artıq  güclü  başağrısı  və  başgicəllənmə  ilə  xarakterizə  olunur. Bundan  başqa  görmə  və  eşitmə  qabiliyyətinin  qısamüddətli  pozulması, həmçinin  müxtəlif  əzələlərin (əl,ayaq,sifətin  mimiki  əzələləri)  hərəki  funksiyasının  müvəqqəti  olaraq  itirilməsi, huşun  müvəqqəti  tutqunlaşması, oriyentasiyanın  pozulması, ürək  nahiyyəsində  kəskin  ağrı, ürəkdöyünmə  kimi  əlamətlər  müşahidə  olunur. AT, xüsusən  də  diastolik  təzyiq  kəskin  artmış (140-160 mm  c. Süt) olur. Periferik  damar  müqavimətinin  həddən  artı  yüksəlməsinə  baxmayaraq  dəqiqəlik  həcmin  azalması  müşahidə  olunur (hipokinetik  tip). Yadda  saxlamaq  lazımdır  ki, bu  tip  krizlər  insult, Mİ, torlu  qişanın  qopması  və s.  ilə  nəticələnə  bilər.

Hipertonik  krizlərin  müalicəsi

Hipertonik  krizlərin  müalicəsi  xüsusi  əhəmiyyət  kəsb  etdiyindən  bu  zaman  işlədilən  əsas  dərman  preparatlarıın  siyahısı, dozası  və  təsir  müddəti haqqında  məlumat  ayrıca  cədvəldə  təqdim  olunur.

Dərman preparatlarıDozaTəsirin başlanmasıTəsirin müddəti
Natrium nitroprusid0,25-10 mkq/kq/dəq, v/d damcı iləDərhal1-2 dəq
Nitroqliserin5-100 mkq/kq/dəq, v/d damcı ilə2-5 dəq3-5 dəq
Enalaprilat1,25-5 mkq v/d15-30 dəq6 saat
Diazoksid50-100 mkq v/d (bolyusla) hər 10 dəq. bir, 0,5-2 mkq/dəq. v/d5-10 dəq3-6 saat
Esmolol250-500 mkq/q/dəq. 1 dəqiqəyə, sonra 50-100 mkq/kq/dəq. 4 dəqiqəyə1-2 dəq10-20 dəq
Fentolamin5-15 mq v/d bolyusla1-2 dəq3-10 dəq
Dibazol50-70 mq v/d bolyusla10-15 dəq1 saat və daha artıq
Klonidin0,075-0,150 mq v/d, aramla10-20 dəq4-8 saat
Kaptopril6,25-50 mq daxilə15 dəq6-8 saat
Furosemid20-120 mq v/d bolyusla5 dəq2 saat
Did you find apk for android? You can find new Free Android Games and apps.

Автор публикации

не в сети 7 months

Mariam Sadikova

Комментарии: 0Публикации: 62Регистрация: 26-02-2017

Müəllif Mariam Sadikova

Şərh

  1. Salam. Uzun muddet erzinde hipertoniya xesteliyinden eziyyet cekirem.
    Hekimin yazdigi dermani cox icmishem amma sonuncu 3 hefte erzinde qebul etmedim. Bir qeder evvel hipertonik kriz kecirdim. Oyrenmek isterdim ki, bu dermanin fesadi ola bilermi?

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Авторизация
*
*


Регистрация
*
*
*


Генерация пароля