Домой / Revmatologiya / Ailə həkiminin iş təcrübəsində deformasiyaedici artroz xəstəliyi.
Боль в суставах

Ailə həkiminin iş təcrübəsində deformasiyaedici artroz xəstəliyi.

Want create site? Find Free WordPress Themes and plugins.

Osteoartroz – müxtəlif  eiologiyalı  xəstəliklərin  heterogen  qrupu  olub, oxşar bioloj,mofoloji,kliniki  təzahürlərə  və  nəticələrə  malikdir  və  bunun  əsasında  oynağın  bütün  komponentlərinin, ilk  növbədə, qığırdaq, sümüyün  subxondral  hissəsi, sinovial  qişanın, bağların,kapsulun və  periartikulyar  əzələlərin  zədələnməsi  durur.

Etiologiya.

Birincili  və  ikincili  OA ayırd  edilir.Birincili  OA- əvvəllər  patoloji proseslə  zədələnməmiş  oynaq  qığırdağında  vaxtından  əvvəl  qocalmanın  inkişaf  etməsidir. İkincili  OA – əvvəllər  patoloji  təsirə  məruz  qalmış  oynaq  qığırdağının  zədələnməsidir.

Birincili  OA-da  aşağıdakı  faktorların  əhəmiyyəti  vardır:

  1. genetik (OA  xəstələri  olan  ailələrdə  bu  xəstəlik  kontrol  qrupuna  nisbətən  2  dəfə  çox  hallarda  rast  gəlinir),
  2. endokrin (klimakterik  periodda  OA  daha  sürətli  templə  inkişaf  edir),
  3. oynağın  qeyri-adekvat  fiziki  yüklə (o cümlədən idman) daimi  mikrotravmatizasiyası.

İkincili OA-da  qığırdağın  adi  (fizioloji) yükə qarşı  rezistentliyi  aşağıdakı  səbəblərdən  azalmış  olur:

  1. qığırdağın  travması,
  2. statikanın  anadangəlmə  pozulması,
  3. əzələ və  bağların  zəifliyi,
  4. qabaq  olmuş  artritlər,
  5. oynaq  səthlərinin  konqruentliyinin  pozulması.

Patogenez.

OA  zamanı  qığırdağın  yaş  degenerasiyasının  bütün  mərhələləri  sürətlənmiş  olur  və  nisbətən  gənc  yaşlarda  başlanır. OA –nın  klinik  təzahürünün  patogenezində  3  faktor  rol oynayır.

  1. sümüklərin  oynaq  səthlərinin  dəyişiklikləri,
  2. sinovial  qişanın  fibroz-sklerotik  dəyişiklikləri,
  3. reaktiv  sinovit.

Klinik  mənzərə.

OA, əsasən  40-60  yaşlı  qadınlar  arasında  rast  gəlinir.Əsas təzahür  forması  oynaq  sindromudur. OA  zamanı  oynaqların  zədələnməsinin  aşağıdakı  əsas  formaları  ayırd  edilir:

  • Bud-çanaq oynağının  zədələnməsi – koksartroz. Bu  xəstəliyin  ən  ağır  forması  olub, bütün  OA-nın 40%-ni  təşkil  Birincili  forma  klimakterik  periodda  olan  qadınlarda  ikincili  forma  isə  40  yaşa  qədər  olan  insanlarda (oynağın  anadangəlmə  displaziyası  və  əvvəl  keçirilmiş  artrit  fonunda) rast  gəlnir.
  • Diz oynağının  zədələnməsi- qonartroz. Nisbətən  yüngül  gedişə  33%  hallarda  rast  gəlinir.Birincili  forma  klimakterik  yaşlı  qadınlarda  rast  gəlinir, ikincili  forma  oynağın  travması  və  statikanın  pozulması  nəticəsində  əmələ  gəlir.
  • Distal falanqaarası  oynaqların  zədələnməsinin  Heberden  düyünlərinin (oynaq  nahiyəsində  sümük  artımları) əmələ  gəlməsi ilə  birlikdə  olması.OA-lı  xəstələrin  1/3  hissəsində  əmələ  gəlir.Əsasən  klimakterik  yaşlı  qadınlarda  təsadüf
  • Fəqərə oynaqlarının- fəqərəarası  disklərin (spondiloz  və  ya  fəqərələrin  osteoxondrozu)  və  sinovial  fəqərəarası  oynaqların (spondiloartroz) zədələnməsi.

Diaqnostika.

Ekspertlər  konsiliumu  OA  zamanı  oynaq  sindromumun  aşağıdakı  xüsusiyyətlərini  nəzərə  almağı  məsləhət  görmüşdür:

  • Ağrı küt  xarakter  daşıyır, dərində  yerləşir, hərəkətlə  əlaqəlidir. Sakitlik  vaxtı  ağrının  olması  iltihabi  komponentin  prosesə  cəlb  olunduğunu  göstərir.
  • Hərəkətin səhər  məhdudluğu  30  dəqiqədən  az  davam  edir, iltihabi  komponentin  əlavə  olunması  hərəkətin  səhər  məhdudluğunun  uzanmasına  səbəb
  • Hərəkət vaxtı  krepitasiya  eşidilir.
  • Oynaqlarda hərəkət  məhdudluğu  ağrı, sinovit  və  ya  “oynaq  siçanı” nın  blokadası  ilə  əlaqəli
  • Ətrafların tədricən  deformasiyası  yaranır (diz  oynağının  varus  deformasiyası, “kvadrat” əl, distal  və  proksimal  falanqaarası  oynaqlarda, müvafiq  olaraq, Heberden  və  Buşar  düyünləri).
Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation