Домой / Pulmonologiya / Ailə həkiminin iş təcrübəsində ağciyər xəstəliklərinin obstruktiv sindromunun müalicəsi
Ailə həkiminin iş təcrübəsində ağciyər xəstəliklərinin obstruktiv sindromunun müalicəsi

Ailə həkiminin iş təcrübəsində ağciyər xəstəliklərinin obstruktiv sindromunun müalicəsi

Want create site? Find Free WordPress Themes and plugins.

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri xronik, ləng proqressivləşən xəstəlik olub bronx ağacının geri dönməyən və ya hissəvi geri dönən obstruksiyası ilə xarakterizə olunur. Patologiyanın bronx ağacını zədələməsi, ağciyərlərin emfizeması və ya bunların müştərək olması xarakterizə edir. Xəstəlik tənəffüs çatışmazlığına və ağciyər ödeminə səbəb olur və ağciyər hipertenziyasi ilə fəsadlaşır. Xəstəliyin özlüyündə aşağıdakılar durur: xronik obstruktiv bronxit, ağır bronxial astma, ağciyərlərin emfizeması. Ağciyərlərin obstruktiv xəstəliklərinin əmələ gəlməsində xroniki obstruktiv bronxitin, bronxial astmanın da rolu olduğu güman edilir. Xəstələrin sikayətləri artan ekspirator təngnəfəslik, fiziki gərginlik zamanı halsızlıq, bəlğəmli öskürək, arıqlamadan ibarət olur. Xəstəliyin kəskinləşməsi zamanı bəlğəmin miqdarı və təngnəfəslik artır. Xəstəliyin kəskinləşməsində papirosçəkmənin xüsusi əhəmiyyəti var.

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri zamanı obyektiv müayinənin əlamətləri diaqnozun qoyulmasında əsas prinsiplərdən hesab edilir. Obyektiv müayinə zamanı xəstələrdə köməkçi əzələlərin tənəffüsdə iştirakı, uzadılmış nəfəsvermədə boyun venalarının şişməsi, sianoz, periferik ödemlər qeyd edilir. Həkim əlamətləri və testlərin nəticələrini nəzərdən keçirib AXOX diaqnozunu qoyur.

Diaqnoz qoymaq üçün ağciyərlərin auskultasiyası və rentgenoloji müayinələr əsas götürülür. İltihabın kəskinləşməsi dövründə bronxlarda yaş xırıltılar müşahidə edilir. Bronxoqrafiya və bronxoskopiya diaqnozun tam dəqiqləşməsinə əminlik yaradır. Diaqnozu təsdiqləmək üçün spirometriya adlanan tənəffüs testi aparılmalıdır. Spirometriya hava axını sürətinin məhdudlaşmasının ölçülməsidir. Bu test vasitəsilə tənəffüs yollarının keçiriciliyi yoxlanılır.

AXOX–un əlamətləri: Tənəffüsün çətinləşməsi (nəfəs darlığı hissi), patoloji bəlğəm (tənəffüs yollarında ifrazat, selik qarışığı), xroniki öskürək, xəstəliyin inkişafından asılı olaraq piləkəni çıxa bilmək və ya çamadanı daşımaq kimi gündəlik fiziki aktivliklərdə nəzərəçarpan çətinliklər yarana bilir.

AXOX bir sıra səbəblər üzündən baş verə bilər, lakin siqaret çəkmə bu səbəblərin arasında ən tez-tez rast gəlinənidir. AXOX-un yaranmasına, həmçinin ətraf mühit faktorları səbəb ola bilər. Məsələn, iş yerində müəyyən tozların, kimyəvi maddələrin təsirinə məruz qalma, havanın çirklənməsi xəstəliyin yaranmasında rol oynaya bilər. Bu xəstəlik bütün siqaret çəkən şəxslərdə yaranmır və eyni zamanda elə hallar olur ki, xəstəlik siqaret çəkməyən insanlarda da baş verir. Bu vəziyyətlərin səbəbləri hələ də aydınlaşdırılmamışdır. İrsi faktorun da AXOX-un yaranmasında müəyyən rolu vardır.

Risk faktorları: Tütün tüstüsü, peşə tozları (üzvi və qeyri-üzvi), pis ventilyasiya olunan yerlərdə isitmə və yemək bişirilməsi məqsədilə bioorqanik yanacağın istifadəsi nəticəsində havanın çirklənməsi, atmosfer havasının çirklənməsi, genetik meyllilik, ağciyərlərin böyüməsi və inkişaf etməsi ilə bağlı amillər, oksidləşdirici stress (oksidantların təsiri), cins (kişi), yaş (35 yaşdan yuxarı), respirator infeksiyalar, sosial-iqtisadi status, qidalanma, yanaşı gedən xəstəliklər

Siqaret çəkən şəxslərdə müalicənin birinci və ən vacib addımı siqaret çəkməyin dayandırılmasıdır. Dərman preparatları adətən bronxların genişlənməsi (bronxodilatatorlar qrupu), tənəffüs yollarının şişkinliyinin azaldılması (steroidlər kimi iltihab əleyhinə  dərman vasitələri) və infeksiyaların müalicəsi (antibiotiklər) üçün istifadə olunur. AXOX zamanı qanda oksigenin səviyyəsi aşağı düşür. Belə olduqda, əlavə olaraq oksigenlə terapiya təyin edilir. Xəstəliyi nəzarət altında saxlamaq üçün dərmanları mütəmadi olaraq hər gün qəbul etmək lazımdır, bu, adətən ömür boyu davam edir. Bəzi hallarda ağciyərlər üzərində cərrahi əməliyyat da aparıla bilər. Ağciyərlərin reabilitasiyası proqramları da həyata keçirilə bilər. Bu proqramlar vasitəsilə tənəffüs çətinləşməsi olan bütün xəstələrin maarifləndirilməsi aparılır və onlar mütəxəssis nəzarəti altında fiziki hərəkətlər yerinə yetirirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Publiction author

offline 6 months

Mariam Sadikova

Comments: 0Publics: 62Registration: 26-02-2017

Müəllif Mariam Sadikova

Cavab yaz

E-mail ünvanınız dərc olunmayacaq.Vacib xanalar *

*

Authorization
*
*


Registration
*
*
*


Password generation